Oliqarxların Beynəlxalq Banka olan borcu silinib?
Beynəlxalq Bankın borcları ötürülür. Ekspertlər bunu silinmə kimi dəyərləndirirlər və bunu bankın özəlləşdirilməyə hazırlanması ilə izah edirlər. Səbəblər isə çoxdur.
“Qafqazinfo” xəbər verir ki, Musavat.com-un yaydığı məlumata görə, bankın cari ilin I yarısına aid konsolidasiya edilmiş audit hesabatında bildirilir ki, 2016-cı ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC-yə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb. Audit “Deloitte” şirkəti tərəfindən aparılıb. Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlərin həcmi 9 milyard 930 milyon manat həcmindədir.
Qeyd edilib ki, I mərhələdə bankın balansından çıxarılan problemli aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır. “Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin II yarısı- 2017-ci ilin I yarısında tamamlanması planlaşdırılır” deyə, sənəddə qeyd edilib.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı bildirib ki, hökumət Beynəlxalq Bankı “təmizləyir” ki, sonra sata, özəlləşdirə bilsin: “Bankın geri qayıtmayan problemlı kreditlərini ”Aqrokredit" adlı bir quruma ötürür, açıq desək, pulları orada basdırır, kreditləri silir, borcları ləğv edir. “Aqrokredit”ə ötürülən kreditlər batdı, bir daha o pullar dirilməyəcək. Tək bir ildə bankdan 10 milyard kredit silinib, yəni məmur-oliqarxlara, onların yaxınlarına zənglə, tapşırıqla, bəzən “şapka” ilə verilən kreditlər onlara bağışlanıb, pullar yeyilib, üstündən də su içilib. 10 milyard manat beləcə “buxarlanıb”".
Ekspert Rövşən Ağayevin fikrincə, Beynəlxalq Bankın problemi aktivlərinin maksimum 6 milyard manat olduğu deyilsə də, indi məlumat verilir ki, 2016-cı il ərzində 10 milyard manata yaxın toksik aktiv “Aqrarkredit”ə ötürülüb: “Bunun da əksəriyyəti xarici valyutada olan aktivlərdir. İl ərzində valyuta bazarını silkələyən, manatı xarici valyutalar qarşısında çökməyə məcbur edən əsas səbəblərdən birini burda axtarmaq lazımdır. Mərkəzi Bankın çap maşını ”zəmanətli hökumət borcu" formasında Beynəlxalq Bankda illər ərzində korrupsiyanın əritdiyi vəsaitlərin yerini manatla doldurur, həmin manat isə dollara çevrilib banka dollarla depozit qoyan, borc verən subyektlərə qayıdır. Hələ ən pisi də bununla bitmir: sən demə, 10 milyard manatlıq əməliyyat hələ sağlamlaşdırmanın 1-ci mərhələsiymiş, 2 mərhələ gələn il başlayır. Bu mərhələdə nə qədər problemli aktiv Mərkəzi Bankın çap maşınını hərəkətə gətirəcək, onu dilə gətirmirlər. Bu gedişlə axırda məlum olacaq ki, Beynəlxalq Bankda ən azı 10 milyard dollar “sehrli mədə”nin qurbanı olub". Azərbaycan miqyasda ölkə üçün bu, “əsrin korrupsiyası”dır. Ətrafımızda olan heç bir ölkənin bank sektorunda bu cür genişmiqyaslı korrupsiya cinayəti baş verməyib".
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, “Aqrarkredit”ə ötürülən pullar qayıtmayacaq: “Deyilənə görə, Beynəlxalq Bank 10 milyard manata yaxın problemli kreditlərini ”Aqrarkredit"ə ötürüb ki, sonuncu qaytarsın. Böyük ehtimalla, bu vəsaitlərin əksəriyyəti qayıtmayacaq. Yalnız ona görə yox ki, borclu oliqarxların pulu yoxdur. Həmçinin ona görə ki, “Aqrarkredit” 20-ci əsrin ortalarında ilişib qalmış arxaik bir qurumdur. “Aqrarkredit” özü nədir ki, ölkənin əsas problemlərindən biri olan Beynəlxalq Bankın kreditlərini qaytarsın?".
NUH.az
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10