Çingiz Əsədullayev haqda şok fakt - Mahmudovun pullarını saxlayıb
Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra cinayət işinə cəlb olunmayan digər bir neçə dövlət adamının da bu işdən xəbərdar olması və ya birbaşa iştirak etməsi ortaya çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bunlardan biri də sabiq deputat, “Azəriqazbank”ın sədri Çingiz Əsədullayevdir.
Ç.Əsədullayevin sabiq nazir Eldar Mahmudovla biznes əlaqələrinin olduğu barədə materiallar mediada yayımlansa da, sabiq deputat bunu təkzib edirdi.
“Rabitə işi” üzrə cinayət işinin materiallarında isə bu məlumat bir daha öz təsdiqini tapır.
Belə ki, Baş Prokurorluq tərəfindən istintaqa təqdim edilən rəsmi məktubda göstərilir ki, Eldar Mahmudovun oğlu Anar Mahmudov və ortağı Ayaz Kərimov Cartburg NC” şirkəti ilə bağlı sabiq nazir Əli Abbasovla görüşərək nazirliyin həmin şirkətlə müqavilə imzalamasına dair razılıq əldə ediblər. Bu sövdələşmədən qazandıqları pullar isə Ç.Əsədullayevin bankında, onun qaynı Mişa tərəfindən saxlanılıb. Qeyd edək ki, Mişanın bankın müşahidə şurasının üzvü Françev Mixail Yuryeviç olması müəyyən edilib.
İş materiallarına əlavə edilmiş Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Əməliyyat İdarəsinin 22 dekabr 2015-ci il tarixli və 21 yanvar 2016-cı il tarixli xidməti məktublarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Caspian Telecommunication LTD” şirkətinin faktiki olaraq sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov və onun dostu Ayaz Kərimovun müştərək şirkətləri olması müəyyən olunub. “Cartburg NC” şirkətinin Azərbaycandakı fəaliyyətinə Ayaz Kərimov rəhbərlik edib.
“Cartburg NC” şirkəti tərəfindən əldə olunmuş aylıq külli miqdarda gəlir qeyri-qanuni yolla “Azəriqazbank” ASC-nin Mişa adlı işçisində toplanıb, onun tərəfindən əvvəlcədən müəyyən edilmiş razılığa əsasən aidiyyatı üzrə Ayaz Kərimova və digərlərinə verilib. Mişa toplanmış vəsaitin bir hissəsini özündə saxlayıb. Istintaqla müəyyən olunub ki, Mişa adlı şəxs 19 aprel 1967-ci ildə Bakı şəhərində anadan olub, “Azəriqazbank” ASC-nin Müşahidə şurasının sədri Çingiz Əsədullayevin qaynıdır.
Qeyd edək ki, Ayaz Kərimovla Anar Mahmudovun “SMS” yazışmalarında Çingiz Əsədullayevin və “Mişa”nın adları keçir. A.Kərimov sabiq nazir oğluna pulları Mişaya verdiyinə dair mesaj yazıb.
Rəsmən “Azəriqazbank” ASC-yə aid olan və “Mişa”nın işlətdiyi telefon nömrəsindən 2013-cü ilin 30 dekabrında rəsmi olaraq Eldar Mahmudovun adına olan, lakin oğlu Anarın işlətdiyi nömrəyə “20.... səndə. Fuad 347000 AZN gətirdi. Bir daha qarşıdan gələn bayram münasibətilə” məzmununda yazılan mesaj irəli sürülən ittiham üçün sübut qismində göstərilir.
Onu da xatırladaq ki, Azərbaycanda sonuncu parlament seçkiləri zamanı Ç. Əsədullayevin namizəd kimi iştirak etdiyi 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələri ləğv edilib.
NUH.az
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Çingiz Abdullayev xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
13 aprel 2024 08:38
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22