Deputat Tahir Kərimlidən Etibar Hüseynova sərt cavab — "O elə ünsürdür ki..."
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli sabiq millət vəkili Etibar Hüseynovun onun haqqında söylədiyi fikirlərə cavab verib.
T.Kərimli Ölkə.Az-a açıqlamasında deyib ki, Etibar Hüseynov bu cür çıxışlarla oxucuları çaşdırmaq istəyir:
“Partiyamızın mətbuat xidməti bu adama cavab verib. O elə ünsürdür ki, artıq mənim ona cavab verməyim doğru olmaz. Əvvəla, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalara Dövlət Büdcəsindən 8 min manat vəsait verilir. Digər tərəfdən isə Etibar Hüseynov “8 nəfər üzvü yoxdur” deməklə Vəhdət Partiyasını aşağılamağa çalışıb. Əgər o həqiqəti öyrənmək üçün bir az maraqlansaydı, bilərdi ki, Vəhdət Partiyasının 8 deyil, minlərlə üzvü var. Ümumiyyətlə, bizim partiyanın üzv sayı baxımından heç zaman çətinliyi olmayıb. Hazırda təkcə partiyamızın qərargahında ən azı 15 nəfər çalışır”.
Deputat söyləyib ki, Etibar Hüseynov Vəhdət Partiyasına “üzvü yoxdur” deməklə onu aşağılamağa çalışıb:
“Bu, insanlığa sığmayan hərəkətdir. Görünür ki, Etibar Hüseynov uzun zamandır danışa bilmir. Həm də onu ikinci dəfə deputat seçmədilər. İndi bu cür yolla gündəmə gəlməyə çalışır. Mənə sataşmaqla da mövzu yaradıb gündəmə gəlmək istəyir. Bildiyim qədər, onu “Lider TV” və ATV-dən də uzaqlaşdırıblar. Bu adam həm iqtidarı, müxalifəti, həm də məcburi köçkünləri təhqir edirdi. Ona görə də hamının gözündən düşüb. İndi də qalıb kimsəsiz və mənə sataşmaqla gündəmə gəlmək istəyir. Mən ona cavab verməyi nüfuzuma uyğun görmürəm. Yaxşı olar ki, Etibar Hüseynov gedib özü kimi adamlara sataşsın. Mən bu cür adama cavab verməyi ar bilirəm”.
Xatırladaq ki, sabiq deputat Etibar Hüseynov özünün sosial şəbəkədəki səhifəsində millət vəkili Tahir Kərimli ilə bağlı tənqidi sözlər işlədib. E.Hüseynov maaşından şikayət edən deputatlarla bağlı bildirib ki, Tahir Kərimli hər ay büdcədən 8 min manat alır:
“Tahir Kərimli deyir ki, maaş alanda utanıram ki, müəllimlər, həkimlər 300-400 man alır, amma mən 1750 manat alıram. Əvvəla, 1750 deyil, 2200 manatdır. Digər tərəfdənsə mən insanlardakı bu eybəcər pafos və riyakarlığı anlaya bilmirəm. Sən halal maaşından niyə utanmalısan ki? Belə utanansansa, 8 nəfər üzvü olmayan partiyana görə, hər ay büdcədən aldığın 8000 manata görə utan da!”.
NUH.az
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO
22 mart 2024 23:36
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29