«KARQO ŞAMİL» KİM(LƏR)İN HİMAYƏSİNƏ ARXALANIR?
Bu gün ölkə ərazisində fəaliyyət göstərən bir neçə karqo daşımaları və hər cür şəraitə malik, örtüklü anbarları olan şirkətlər mövcuddur. Onlardan birinin «Karqo Şamil» kimi tanınan şəxsə məxsus olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, həmin şirkət əsasən Türkiyə, Rusiya, Çin və s. ölkələrdən birbaşa malların gətirilməsilə məşğul olur və bu ticarətdən külli miqdarda gəlir əldə edir.
Beləliklə, «Karqo Şamil»in sözügedən sahəni monopoliyaya aldığını qeyd edən mənbənin iddiasına görə, o və sahibi olduğu şirkətin əməkdaşları müxtəlif yollara baş vuraraq sahibkarları aldadır, onları əlavə xərcə salır: «Hər kəsə bəllidir ki, bu gün ölkə iqtisadiyyatının inkişafı baxımından xarici ticarət əlaqələri mühüm əhəmiyyət kəsb edir. O cümlədən idxal-ixrac əməliyyatlarının həcminin artması istehlak bazarında sağlam rəqabətin güclənməsinə zəmin yaradır. Bu isə öz növbəsində, sahibkarların maraqlarına tam uyğundur. Lakin idxal-ixrac əməliyyatları həm də oliqarx məmurların, inhisarçıların hər zaman diqqət mərkəzində saxladıqları sahədir. Bir tərəfdən ölkənin gömrük sistemində son vaxtlar formalaşmış xüsusi vəziyyət bu sahədən külli-miqdarda qeyri-rəsmi gəlirlərin əldə olunmasına şərait yaradır. Digər tərəfdən isə məhz idxal-ixrac əməliyyatları ilə olunan manipulyasiyalar bu və ya digər sahəni öz inhisarına almış maqnatların maraqlarının gözlənməsini təmin edir. Ümumiyyətlə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bilməlidir ki, istər xarici, istərsə də yerli iş adamlarının son vaxtlar ən çox şikayət etdikləri qurumlar sırasında ilk yerlərdən birində məhz onun rəhbərlik etdiyi qurum dayanır. Çünki gömrükdən keçən bütün yükdaşımalara, yəni karqo biznesinə nəzarət sistemi orta və kiçik sahibkarlara əlavə problemlər yaradır. Deyilənlərə görə, bu işin başında «Karqo Şamil» kimi tanınan şəxs və onun rəhbərlik etdiyi şirkət dayanır. Belə ki, son dövrlər «Karqo Şamil» bu sahəni öz inhisarına almağı bacarıb. Məhz elə bu səbəbdən də o, xaricdən ölkəyə mal gətirən və ya ölkədən kənara mal daşıyan sahibkarlara əlavə problemlər yaradır, öz bildiyini diqtə etməyə çalışır». Əldə etdiyimiz bilgilərdə həmçinin, o da bildirilir ki, «Karqo Şamil»ə məxsus olan şirkətin xaricdən gətirdiyi mallar hər dəfə əskik çıxır: «Deyilənlərə görə, «Karqo Şamil» kürəkəni Ramin və onunla birlikdə çalışan Muxtar vasitəsilə müxtəlif yollara baş vuraraq külli miqdarda gəlir əldə edir. Belə ki, «Karqo Şamil»ə məxsus olan şirkətin əməkdaşları idxal olunan malların həcmini süni şəkildə şişirdərək sahibkarlardan əlavə ödəniş tələb edirlər. Bu isə ciddi narazılığa səbəb olur. Lakin bu cür manipulyasiyalar «Karqo Şamil»ə davamlı olaraq külli miqdarda pul qazandırır. Məsələnin maraqlı tərəfi ondadır ki, «Karqo Şamil» hərdən özünü professor, hərdən karoqo sahibi, hərdən isə broker kimi təqdim edir. O, bir müddət əvvəl Türkiyədə «Boğaz» deyilən ərazidə başqa bir şəxsin adına özünə əzəmətli, yetərincə bahalı ev alıb. Lakin həmin şəxs, yəni rəsmi sənədlərdə evin sahibi kimi qeyd olunan şəxs «Karqo Şamil»ə atıb, həmin evi özününküləşdirib. Bir qədər sonra isə sözügedən ev Türkiyənin tanınmış müğənnilərindən birinə 1 milyon 300 min dollara satılıb. Hələ bu, harasıdır. «Karqo Şamil»ə atan həmin şəxs bir müddət sonra öz yaşadığı evdə asılı vəziyyətdə tapılıb. Lakin bu hadisə yetərincə araşdırılmayıb. Əgər müvafiq qurumlar həmin şəxsin ölüm faktını ən incə detallarınadək araşdırsalar, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər». Bu arada, «Karqo Şamil»in onunla birlikdə çalışan Muxtar adlı şəxs vasitəsilə bir müddət əvvəl 1 milyarda yaxın pul gətirdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, bui şin kökü çox dərinlərə gedir: «Deyilənlərə görə, bu məsələnin öz tarixi var. Odur ki, hələlik bunun üzərindən sükutla keçsəm də, tezliklə bütün məqamlara aydınlıq gətirəcəm. Hələlik isə onu deyə bilərəm ki, «Sahil» metrostansiyasının yaxınlığındakı evdə baş verənlərdən sonra 500 min də gedib. Ümumiyyətlə, «Karqo Şamil» əlində olan imkanlardan istifadə edərək karqo işlədənlərə problemlər yaradır, onların gəlirlərinə sahib çıxmağa çalışır. Elə bu səbəbdən də demək olar ki, artıq hamı yollarda kimin malının nə üçün tutulduğunu və bunun kim tərəfindən edildiyini çox yaxşı bilir. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, «Karqo Şamil» artıq yeni karqo şirkəti yaradıb və bu sahəni tam şəkildə inhisarına alıb. Qeyd edim ki, «Karqo Şamil» həmin şirkətdə kiminlə şərikdirsə, o adamı da nüfuzdan salır. O, məclislərin birində deyib ki, məndən başqa heç kim ucuz mal apara bilməz. Bu isə «Karqo Şamil»in kimlərinsə himayəsində olduğunu və elə bu səbəbdən də bu qədər arxayın danışdığını deməyə əsas verir. Əgər belə olmasaydı, o zaman o, bu qədər arxayın olmazdı. Deməli, «Karqo Şamil»in arxasında kimlərsə dayanır. Əgər Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu məsələyə diqqət yetirsə, daha dəqiq desəm, «Karqo Şamil»in fəaliyyətilə yaxından tanış olsa, o zaman onun şirkətinin sözügedən sahəni inhisarda saxladığını və istədiyi kimi hərəkət etdiyini müəyyən edə bilər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
NUH.az
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Səməd Vurğunun qeyri-adi DƏFNİ
21 mart 2024 21:47
- Köçkünlər üçün imtiyazlar və çörək pulu nə vaxtadək davam edəcək?
21 mart 2024 15:17
- Azərbaycanda uşaqları bu valideynlərindən alacaqlar
17 mart 2024 10:55
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ
12 mart 2024 19:54
- Yüzminlər adından deputatlara: mühüm və təcili müraciət
10 mart 2024 18:49
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları....
3 mart 2024 12:09
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20