“Bu adam heç pul yeyənə oxşayır?” - “Rabitə işi”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digər yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.
“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədov ifadə verərək deyib ki, 1997-ci ildəb sahibkarlıqla məşğuldur: "Bizə qarşı açılan cinayət işinin istintaqı zamanı bəlli olur ki, biz tenderlər və katirovka sorğularında qiymətləri şişirtmişik. Biz qanuna uyğun olaraq işləmişik. İstintaqa görə, mənim "Aztelekom"dan 16 milyon alacağım var, 4 milyon da mənimsəmişəm. Mənimsədiyim pullar mənə ödəniləcək pullardan silinsə, hələ yenə də alacağım qalır. Onda niyə həbs olunmuşam?
Maliyyə Nazirliyi hesablaşmaları 1991-ci ilin bais qiymətlərinə uyğun hesablayır. Bu gün isə qiymətlər 2-3 dəfə bahalaşıb. Buna görə də istintaqda hesablamalar səhv aparılır. Bakıdakı bütün kameraları biz çəkmişik. Mən 16 milyon manat pulumu dövlətdən ala bilmirəm. Vidadi Zeynalova əlavə paketdə pul verməmişik. Müsahibimə də hər ay maaşdan əlavə 400 manat verməmişəm. Mən belə ifadə verməmişəm. Bəzən müsahibimizin uşağı xəstə olanda əlavə pul verirdim. Şəxsi pulum idi, özüm bilərdim kimə verirəm".
Hakim bildirib ki, N.Məmmədova 4 yox, 12 milyon manat mənimsə ittihamı verilib: "İttihama görə, siz 12 milyon manatın 4 milyonunu özünüzə götürmüsüz".
N.Məmmədov deyib ki, Vidadi Zeynalovla bağ qonşusu olub, Məhəmməd Məmmədovu isə 1988-ci ildən BTRİB-də işlədiyi vaxtdan tanıyır.
N.Məmmədov digər təqsirləndirilən və nisbətən arıq olan Səhrab Hümbətovu göstərərək "Xahiş edirəm, buna baxın, bu adam heç pul yeyənə oxşuyur?" deyib.
Təqsirləndirilən Cəlil Cəfərov ifadə verərək deyib ki, hər ay paket formasında maaş ayırıb: "Rabitə" Voleybol klubunun prezidenti idim. Biz Bakıda keçirilən beynəlxalq yarışlarda, həmçinin Avropa Oyunlarında yüksək səviyyədə işləmişik, mükafatlandırılmışıq da. Biz həbs olunandan sonra "Rabitə" Voleybol Klubu da dağıldı. Azərbaycan interneti üçün beynəlxalq kanalı Rusiya üzərindən alırdıq, onlar monopoliya qurmuşdular, bizi kənara çıxmağa buraxmırdılar.
Biz Almaniyadan kanala qoşulduq və qiyməti 10 sentdən 2 sentə endirdik, xərclər 300 milyon azaldı. Naxçıvan da blokadadaydı, ora ilə danışmaq mümkün deyildi. Orada yüksək vəzifədə olan dostum vasitəsilə İranla anlaşma əldə etdik, xüsusi tariflə roaminq açıldı və Naxçıvana optik açıldı. Həmin vaxt heç "Azərcell", "Bakcell" və "Nar Mobile"ın İranda roaminqi yox idi. Mən bütün işlərimi qanunlara uyğun olaraq aparmışam. Nazirliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirmişəm. İttiham aktında qeyd edilib ki, "Rostelekom" guya daha aşağı qiymətlər təklif edib. Orada cinayətkarlıq baş alıb gedirdi, bunu MTN də araşdırmışdı.
Mağazalara pulsuz aparat verirdilər ki, guya wifi gücləndirilir. Həmin aparatları açanda qapaqda xüsusi hissə vardı, orada mobil nömrə yerləşdirdilər. Yəni, mini mobil operator yaradərdılar. Sonra onun üzərindən insanlara zəng edirdilər. Həmin vaxt insanlara beynəlxalq nömrələrdən zəng gəlirdi, araşdıranda görünürdü ki, yerli nömrədir. Onlar elə peşəkar oğurluq edirdi ki, heç qeydiyyata da düşmürdü. Biz bunlarla mübarizə aparırdıq. MTN də bizi sıxışdırırdı. Çünki terrorist də belə zəng edə biıərdi.
Burda əsas dövlətin təhlükəsizliyi məsələsidir. Bizim işlər daha keyfiyyətli idi. Biz tutulandan sonra yenə də bunlar ortaya çıxdı və indi daha çoxdu. Heç bir qayda pozuntusuna da yol verməmişik. Biz müqavilə bağladığımız şirkətin də kimlərin olduğu bəllidir. "Azİntelekom"a hər ay 300 min, mənə 50 min manat verilən paket məsələsini "Cartburq" şirkətindən soruşdum, dedilər bu, yuxarılarla razılaşdırılıb, paketi nazirliyin aparatında da, rəhbərliyində də verirdilər. Mənim həmin pulub mənbəyini soruşmaq ixtiyarım yox idi. Poçt şirkəti "PSG" ilə müqavilə bağlanması da nazirlik rəhbərliyinin öz seçimi idi. Mənə göstəriş verildi ki, bu şirkətlə işlə, çünki daha keyfiyyətli idi. Buna görə Vidadi Zeynalov mənə 1 qəpik də verməyib. Aylıq paketləri isə nazirin göstərişi ilə əvvəldən də alırdım.
Nazir Əli Abbasov əvvəl deyirdi paketi aparat rəhbərindən al, sonra deyirdi aldığın puldan bir hissəsini aparat rəhbərinə ver, qalanını özünə götür. Mən də belə edirdim. "Cartburq" şirkətinin kimə məxsus olmasını bilirdim, lakin bunun məsələyə aidiyyatı yox idi. Bilirsiniz ki, həmin vaxt mənim səsimi çıxarmağım da mümkün deyildi. Qanunsuz zənglərlə bağlı sabiq nazir Eldar Mahmudovla da danışıqlar aparılmışdı".
Prosesdə fasilə elan olunub.
Qeyd edək ki, "Cartburq" şirkəti sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun olub. Şirkəti A.Mahmudovun dostu Ayaz Kərimov idarə edib.
NUH.az
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Xaçmazda qadın özündən 39 yaş kiçik qohumu tərəfindən öldürüldü... VİDEO
23 mart 2024 18:31
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
- MASAZIRDA hoteldə qadını 150 manata görə öldürübmüş - 19 il cəza
22 mart 2024 09:10
- Amerikalı kişi 3600 qartalı öldürdüyünü etiraf etdi
21 mart 2024 23:52
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29