Büdcədə çay üçün 10 manat nəzərdə tutulub...- ŞƏRH
“Büdcə təşkilatlarının normativləri: çaya 10, nahar yeməyinə 40, şam yeməyinə 60, ziyafətə adambaşına 80 manata qədər vəsait və 1173 xidməti minik avtomobilinə ayda 2000 km yürüş”.
Qaynarinfo.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu büdcə müzakirəsinə münasibət bildirərkən, deyib.
Qubad İbadoğlu sözlərinə görə, dövlət büdcəsində israfçılığın qarşısını almaq üçün ilk növbədə tənzimləyici normativlər hazırkı dövrün tələbləri nəzərə alınmaqla yenidən işlənməlidir: “Təəssüf ki, büdcə müzakirələrində, eləcə də onun icrası və icrasına dair hesabatı dövründə bu məsələlər diqqətdən kənarda qalır.
Ekspert belə normativlərdən ikisinə diqqət çəkməyi vacib sayır.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 318 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları”na edilən əlavəyə görə, xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərc normaları hər bir nəfər üçün danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi zamanı 10 manata qədər, nahar yeməyi zamanı 40 manata qədər, şam yeməyi zamanı 60 manata qədər, ziyafətlər zamanı 80 manata qədər təsdiq edilib.
Bununla yanaşı, nümayəndə heyətinin rəhbəri üçün dəftərxana xərcləri üçün 60 manata qədər, nümayəndə heyətinin üzvləri üçün 30 manata qədər əlavə vəsait ayrılmasına icazə verilir. Bundan əlavə, Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri nümayəndə heyətinin rəhbəri üçün 100 manata qədər, nümayəndə heyətinin üzvləri üçün 50 manata qədər təsdiq edilib.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2011-ci il tarixli 120 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qaydalarla Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi tənzimlənir.
Qaydalara görə, xidməti minik avtomobilləri üçün aylıq yürüş norması 2000 km, qonaqlara xidmət edən minik avtomobilləri üçün 1000 km müəyyənləşdirilib.
Son məlumatlara görə, ölkə üzrə xidməti minik avtomobillərin sayı 1173, aparat üzrə olanların sayı isə 343-dür. Avtomobillərin bir ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtomobillərin texniki göstəricilərinə əsasən hər 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun olaraq müəyyən edilir.
Nəzərə alsaq ki, xidməti maşınların, xüsusilə də aparata məxsus olanların böyük əksəriyyəti mühərrik gücü yuxarıdır, onda onların hər 100 km məsafəyə görə yanacaq sərfi 20 litrdən çoxdur”.
Q.İibadoğlu hesab edir ki, növbəti ilin büdcəsinin icrası başlamamışdan əvvəl xərclərin tənzimləyici normativləri hazırkı iqtisadi gerçəkliyin tələbləri nəzərə alınmaqla, yenidən işlənilməlidir.
NUH.az
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15