Gömrük generalının atasının adı “Rabitə işi”ndə
Kriminal9 dekabr 2016 16:19
Azərbaycanda adı "Rabitə İşi” adı ilə gündəmə gələn Rabitə və Yüksək Texnologiyalar nazirliyinin həbs olunmuş bir qrup işçisinin məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Həmin prosesdə nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov dövlət əmlakını mənimsəmək adı altında həbs olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Ancaq ötən həftədə "Rabitə İşi"ndə yeni gəlişmə oldu. Həmin gəlişmə isə həbs olunan və hazırda dövlət əmlakını mənimsəməkdə itihham olunan "Aztelekom” MMC sabiq baş direktoru Məhəmməd Məmmədov və baş mühasib Oktay Rüstəmovun dəymiş ziyanı ödəmələri barədə məlumatın yayılması oldu. Belə ki, "Aztelekom” MMC-nin keçmiş baş direktorunun vəkili Şahin Rəfiyev mətbuata verdiyi açıqlamada hüquqlarını müdaifə eydiyi Məhəmməd Məmmədovun və baş mühasib Oktay Rüstəmovun qohumlaır təərfindən ittiham aktında göstərilən dəymiş zərərin tam şəkildə ödənildiyini bildirdi. Vəkil "Aztelekom” MMC epizodu üzrə heç bir ziyanın qalmadığını və həmin şəxslərin əməllərində cinayət tərkibinin olub-olmamasının isə məhkəmə araşdırmasından sonra bəlli olacağını qeyd etdi və Məhəmməd Məmmədov bu cinayət işində olan qurbanlardan birinin olduğunu bildirdi.
"Aztelekom” MMC-nin sabiq baş direktorunun haqqında irəli sürülən cinayətlərdən qurtulmaq üçün milyonlarla vəsaiti necə ödəməsi ilə bağlı AzToday.az-a ilginc məlumat daxil olub. Həmin məlumatı saytımıza verən mənbənin iddiasına görə Məhəmməd Məmmədovun dəymiş ziyanının bir hissəsini onun tikinti məsələləri üzrə muşaviri Zeynal Novruzov ödəyib.
Belə ki, Zeynal Novruzov onu həbsdən xilas edən Məhəmməd Məmmədova məcburi "qaydada” köməklik edib. İnformasiya mənbəmiz qeyd edir ki, "Aztelekom” MMC-də baş direktorun tikinti üzrə müşaviri postunu tutan Zeynal Novruzov da cinayət məsuliyyətinə cəlb edilməliydi. Çünki "Aztelekom” MMC baş direktoru qurumun vəsaitlərinin böyük bir hissəsini tikinti işləri adı altında mənimsədiyi deyilir. Zeynal Novruzovun qurumda hər hansı bir rolu olmasada ən azından tikinti adı altında mənimsənilən milyonlara rəy verib. Çünki onun əsas funksiyası məhz tikintilərə nəzarət olub. Aldığımız məlumata görə Məhəmməd Məmmədovun həbsindən sonra Zeynal Novruzov hakimiyyətdəki əlaqələrindən istifadə edərək hakimiyyətin yuxarı dairələri ilə danışıqlar apararaq özünün bu məsələlərdə hər hansı bir rolunun olmadığını bildirib.
Mənbə qeyd edir ki, Zeynal Novruzov bütün "Aztelekom” MMC rəhbərliyinin həbs olunacağından qorxuya düşərək bu addımı atıb. Çünki MMC-nin rəhbərliyində məhz baş direktorun tikinti işlər üzrə müşaviri vəzifəsini özü tutur.
Məlumata görə Məhəmməd Məmmədovun dövlətə ödədiyi vəsaitin bir hissəsini Zeynal Novruzov ona görə ödəyib ki, baş direktor tikinti işləri üzrə müşavirini satmayıb.
Azfakt.com isə xəbər verir ki, yazıda sözügedən Zeynal Novruzov Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun atasıdır. Yayılan məlumatlarda o da bildirilir ki, Zeynal Novruzovun bu prosesdən kənarda qalmasında Vüsal Novruzovun böyük xidməti olub. Maraqlıdır ki, məlumat bir neçə gün davamlı yayılsa da, adıçəkilən şəxslər heç bir mövqe sərgiləməyiblər.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Arqument.Az
NUH.az
Oxşar xəbərlər
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- NAR ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
20 mart 2024 15:28
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Azərbaycan İsraildən ultra-müasir silahlar istəyir: İngilis saytı SİYAHI yaydı!
16 mart 2024 22:24
- NAR-ın Dinlət xidməti pulsuz oldu!
14 mart 2024 07:56
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Əhmədlə bağlı şok detal: Onunla maraqlanan şəxs kimdir?
12 mart 2024 09:59
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Atasından Şəbnəmə - Bu qapı üzünə açılmayacaq
10 mart 2024 21:13
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya