Suyun qiymətini qaldırmaq istəyən deputatın ŞOKEDİCİ kimliyi
Hadisə10 dekabr 2016 19:28
Milli Məclis üzvü olan ASC rəhbəri imarətlərində işlətdiyi ustaların və fəhlələrin pulunu kəsməklə ad çıxarıb; o, 55 min manat borclu olduğu iş icraçısını ölümlə hədələyir
41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı, "Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilov villasında işlətdiyi ustaların pulunu vermir. Bu azmış kimi ustalara briqadirlik etmiş Laçın rayonundan məcburi köçkün Zülfüqar Əliyevi yox etməklə hədələyir.
Bu barədə oktyabrın 3-də "Yeni Müsavat”ın redaksiyasına gələn Zülfüqar Əliyev məlumat verib. Başına gələnləri əməkdaşımıza danışan və ictimailəşməsini istəyən üç uşaq atası Zülfüqar Əliyev bildirdi ki, 2013-cü ildə Mirzəcan Xəlilovla Novxanıdakı villasının fasadının təbii daş örtüyü ilə üzlənməsi üçün aralarında anlaşma olub. Materialların alınması, daşınması xərcləri və işçilərin zəhmət haqqı ümumilikdə 185 min manat dəyərləndirilib.
Zülfüqar Əliyev və briqadiri olduğu 20 nəfərlik usta-fəhlə heyəti işə başlayıb. 2014-cü ilin may ayına qədər işlərin 90 faizə yaxını görülüb. 2014-cü ilin may ayından isə Mirzəcan Xəlilovla Zülfüqar Əliyev arasında problemlər meydana gəlib.
Zülfüqar Əliyev münaqişənin yaranmasının səbəblərini belə izah etdi: "Materialların qiymətləri getdikcə bahalaşdığı və ortaya görüləsi əlavə işlər çıxdığından bəlli oldu ki, 185 min manata işi sona çatdırmağa bəs etməyəcək. Hesabladıq ki, 55 min manat da materiallar və işçilərin zəhmət haqqı üçün lazımdır. Villa elə-belə villa deyil, qiyməti bir neçə milyon olan böyük saraydır. Təkcə fasadının daşla üzlənməsinə bu qədər vəsaitin sərf olunduğu villanın necə olduğunu hər halda təsəvvür edirsiniz. Biz hesablayıb artımı Mirzəcan müəllimə deyəndə, çox sərt reaksiya verdi və bildirdi ki, bir manat da verməyəcək.
Mirzəcan müəllim əvvəldən razılaşdığımız məbləği də tam olaraq ödəmədi. Əvvəldən razılaşdığımız 185 min manatın 25 min manatını vermədi. Biz də məcbur olduq işi dayandırdıq. Həm materialları aldığım adamlara, həm də usta və fəhlələrə borclu qaldım. Məcbur olub cibimdən, ordan-burdan borc alıb ustaların pulunu verməli oldum. İndi özüm qalmışam borclu. Üzlük daş və digər materiallar aldığımız bir neçə sexə də borc hələ qalır. Mirzəcan Xəlilovun villası üçün aldığım materialların pulunu vermir ki, aparıb ödəyim. Onun mənə ümumilikdə 55 min manat borcu var. Hələ də ödəməkdən imtina edir”.
Zülfüqar Əliyevin sözlərinə görə, Mirzəcan Xəlilovdan pulu tələb edəndə onu hədələyib: "Mənə dedi ki, 150 min manat xərc çəkib səni tutduracağam, başına oyun gətirdəcəyəm. Mən bundan sonra onun yanına üç dəfə ağsaqqal göndərdim ki, məsələ dinc yolla həllini tapsın. Ağsaqqal birinci dəfə gedəndə Mirzəcan Xəlilov demişdi ki, üzlük daşları aldıqları sexin pulunu verərəm. İkinci dəfə gedəndə isə bildirmişdi ki, Zülfüqar sexin pulunu cibindən verməyəydi, mən Zülfüqara pul verəsi deyiləm. Üçüncü dəfə isə demişdi ki, bir də qapıma bu məsələ ilə bağlı kim gəlsə, tutduracağam.
Bundan bir sıra yüksək dövlət orqanlarına rəsmi ərizə ilə müraciət etdim. Mirzəcan Xəlilov vəzifəsindən və maddi imkanından istifadə edir, hara ərizə yazıramsa baxılmasına mane olur. Mirzəcan Xəlilov borcunu ödəmək əvəzinə məni həbs etdirmək üçün 5 may 2016-cı ildə məhkəməyə də şikayət edib. Mən prezidentə şikayət ünvanlamışdım. Mirzəcan Xəlilov bundan qəzəblənib, Abşeron Rayon Məhkəməsinə həbs olunmağım tələbi ilə şikayət verib. Guya onun şərəf və ləyaqətini təhqir eləmişəm. Şikayətində məni ondan 35 min manat alıb işi yarımçıq qoyub qaçmaqda şərləyirdi və həbsimi tələb edirdi. Məhkəmə oldu və mən ondan iş üçün 160 min manat aldığımı və son qəpiyinə qədər işə xərcləndiyini sübuta yetirdim.
Bildirdim ki, Mirzəcan müəllim mən işi dayandırdıqdan sonra işləyən ustaya 15 min manat veribsə, bu, mənlik deyil. Məhkəmə günahkar olmadığımdan xüsusi ittiham qaydasında şikayət üzrə icraata iyunun 29-da xitam verdi. Bundan sonra Mirzəcan Xəlilov Ağdam Rayon Məhkəməsinə şikayət verib. Bu dəfə də mənə qarşı eyni şərləmələr iddiada əksini tapır və bu dəfə həbsimi yox, 100 min manat təzminat ödəməyim barədə qərar çıxarılmasını istəyir. Hazırda iş Ağdam məhkəməsindədir. Əslində Mirzəcan Xəlilovun məqsədi odur ki, məni qorxutsun və ondan borcunu ödəməsini tələb etməyim.
Mən burdan Azərbaycanın baş prokuroruna, daxili işlər nazirinə müraciət edirəm ki, cibində deputat mandatı daşıyan Mirzəcan Xəlilovun mənə olan borcunu ödəməsi, məni hədələməkdən əl çəkməsi üçün qanun çərçivəsində tədbirlər görülsün. Mirzəcan Xəlilov deputat olduğunu və heç kimdən, heç nədən qorxmadığını deyir, məni yox elətdirməklə hədələyib. Həyatıma təhlükə var. Xahiş edirəm, təhlükəsizliyimi təmin edin".
"Yeni Müsavat” Mirzəcan Xəlilovla bağlı kiçik bir araşdırma aparıb. Nəticədə ortaya ilginc faktlar çıxıb.
1954-cü ildə Sabirabad rayonunun Kovlar kəndində anadan olan Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən M.Xəlilov seçkidə məğlub olub. 2006-cı ildə təkrar seçkidə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib. Hakimiyyətin yuxarı qatlarında nədənsə bu şəxsə qarşı bir inamsızlıq hiss edilib. Onun 2010-cu il parlament seçkilərində də 65 saylı Sabirabad dairəsindən də mandat almaq ümidləri doğrulmayıb. YAP-ın namizədlər siyahısına adı daxil edilməyib.
2015-ci il parlament seçkilərində də M.Xəlilovun adı hakim partiyanın namizədləri siyahısına daxil edilməyib. M.Xəlilov YAP-ın üzvü olsa da fərdi qaydada namizədliyini 41 saylı Sumqayıt Seçki Dairəsindən irəli sürüb. Baxmayaraq ki, YAP-ın siyahıdan kənarda fərdi qaydada namizədliyini irəli sürən YAP üzvlərinə qadağası elan edilmişdi. Nədənsə bu qadağanı pozan Xəlilov partiyadan çıxarılmadı. Əksinə, 41 saylı Sumqayıt seçki dairəsindən YAP-ın vahid namizədi, həmin dairənin deputatı Leyla Abdullayeva seçkilərdən qəfil geri çəkildi. M.Xəlilov deputat mandatına məhz bundan sonra sahib ola bilib.
M.Xəlilovun dəyəri milyonlarla ölçülən mülklərə sahiblənməsi isə deputatlıqdan xeyli əvvəllərə gedib çıxır. "Azərsu” ASC-nin ən böyük layihələrində bir qayda olaraq nə sirdirsə məhz M.Xəlilovun rəhbərlik etdiyi "Azərsutəchizattikinti” ASC tenderlərin qalibi elan olunur. Son 6 ildə bu ASC milyonlarla manatlıq tenderlərin "qalibi” olub.
İlkin araşdırma nəticəsində o da məlum olub ki, M.Xəlilov təkcə villasının fasadında işləyənlərin deyil, villanın içində işləmiş ustanın da pulunu kəsibmiş. Araşdırmamız zamanı bir il öncə - 2015-ci il oktyabrın 8-də bir neçə internet portalında bu barədə vətəndaş şikayətlərinin yazıldığı ortaya çıxdı. Məsələn, bəlli olub ki, vətəndaş Mikayılov Zaur Əjdər oğlu 2015-ci ilin iyul-avqust aylarında M.Xəlilovun Novxanıdakı nəhəng şəxsi imarətinin sauna hissəsinə jalüzlərin qurulması işini görüb, dizayner xidməti göstərib.
Prosesin gedişində işlərin həcmi artıb Z.Mikayılov 3950 manata kəsdikləri əvvəlki qiymətin müvafiq olaraq 4900 manata çıxacağını M.Xəlilovun adamlarına bildirdiyində ona işinə davam etməyini tövsiyə ediblər və pulun qalanının da ödəniləcəyinə əmin ediblər. Lakin iş başa çatandan sonra M.Xəlilov ilkin razılaşma çərçivəsindən kənara çıxan 1000 manata yaxın pulu ödəməkdən imtina edib. O, hətta zəhmətinin haqqını tələb edən ustanı kobud sözlərlə təhqir edərək, villasından qovub.
Zülfüqar Əliyevin dedikləri ilə bağlı Mirzəcan Xəlilovun fikirlərini dərc etməyimiz üçün köməkçisinin bizdə olan telefon nömrəsinə dəfələrlə zəng etsək də cavab verən olmadı. Deputatın mövqeyini dərc etməyə hazırıq. (musavat.com)
NUH.az
Oxşar xəbərlər
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- Terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb, 4-ü axtarılır - Fotolar
23 mart 2024 14:05
- Sərxoş Çörçill, həyat yoldaşını itirən Ruzvelt, limon becərən Stalin...
20 mart 2024 19:01
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya