Papaların cinsiyyəti niyə yoxlanılır? - İnanılmaz sirr
Maraqlı18 dekabr 2016 13:47
PAPA latın dilində “ata” mənasını verir. Bu sözdən həmçinin 4-cü əsrdən bəri Katolik xristianların dini liderini təyin etmək üçün istifadə edirlər. Katolik kilsəsi İsa peyğəmbərin papalıq vəzifəsini verdiyi Aziz Petrodan bəri katolik xristianlarının ən uca məqamı və müqəddəs təşkilatı olaraq qəbul olunur.
Vatikanda Kardinallar tərəfindən papa vəzifəsinə irəli çəkilən şəxslər bu xüsusiyyətlərə sahib insanlar arasından seçilirdi: Mütləq surətdə kişi olmalı, heç vaxt evlənməyən, uşaq sahibi olmayan, bəkarət andı vermiş və qadınlarla əlaqə qurmayan, ömrünü dünya nemətlərindən çəkindirərək yaşayan.
2000 illik Papaların tarixi son dərəcə maraqlı hadisələrlə doludur. Publika.az bu yazıda məhz həmin məqamalara toxunub. Tarix boyunca dindən istifadə edərək böyük siyasi güc və zənginlik əldə edən papalar, dini liderlikləri ilə bərabər siyasətlə də məşğul olmuş, bu yolda qan belə axıtmaqdan çəkinməyiblər. Səlib yürüşlərini buna misal göstərmək olar. Amma bu nəhəng gücə sahib papalıq tarixindəki bəlkə də ən maraqlı hadisə Vatikanın üz qarası olaraq bilinən və tarixdən silinməyə çalışılan qadın papa İoanna hadisəsidir.
Katolik kilsəsini əsrlərdir narahat edən hekayənin baş qəhrəmanı İoanna 9-cu əsrdə Almaniyada yaşayan dindar ailənin övladlığa götürdüyü ingilis qızı idi. Yaxınları onu “Gilberta”, yaxud “Jutta” deyə çağırırdılar. Olduqca ağıllı qız olan İoanna, qadın olmasının özünə perspektiv yaratmadığını düşünür və 12 yaşında kişi paltarları geyinməyə və kişi kimi davranmağa başlayır. Daha sonrakı illərdə İoanna xristian missionerlərə qatılır və onlarla birlikdə getdiyi Afinada din və fəlsəfəni öyrənir. Zamanla dövrün bütün xristian qaydalarına yiyələnir. Daha sonra Romaya gələrək, burada özünü Con Anglikus adı ilə kişi olaraq tanıdan İoanna Benediktin monastırına qatılır. Bildikləri ilə qısa müddətdə rahib və kardınalların olduğu geniş ətrafla tanış olur. Hər kəs onu dövrün ən yaxşı din alimləri arasında qəbul edirlər. Papa IV Leonun xəstəliyi şiddətləndiyindən kardinallar, papalığa ən layiq adam olaraq onun adını söyləyirlər. 853-ci ildə Papa Leon dünyasını dəyişəndə yerinə Con seçilir və 8-ci Con adı ilə papalıq vəzifəsinə başlayır. Papa Con 2 il 5 ay 4 gün müddətində Papalıq taxtında oturur. Zamanla İoanna rahiblərdən biri ilə sevgili olur və ondan hamilə qalır. Hamiləliyini geyindiyi bol paltarlarla gizlətməyi bacaran İonna doğulan uşağını kilsədə tərk edilmiş uşaqlarla birlikdə böyüdəcəyini düşünürdü. Ancaq 855-ci ildə kilsədən kənar dini mərasimdə doğuş sancıları başlayır. Oradaca övladını doğmaq məcburiyyətində qalır. Beləliklə, onun qadın olduğu ortaya çıxır. Rəvayətə görə, övladı ilə birlikdə həmin an öldürülür. Bəziləri əsəbi romalılar tərəfindən parçalandığı, bəziləri isə ata bağlanaraq yol boyu süründürülərək öldürüldüyü deyir.
Öldürüldüyü yerdə basdırılır və orada heykəli ucaldılır. Heykəlin üzərinə “papaların papası qadın papanın xəyanəti” yazısı yazılır. Heykəl 16-cı əsrin sonlarında ondan iz qalmasın deyə Papa 5-ci Piusun əmri ilə sındırılır və adı papalıq siyahısından silinir.
İoanna hadisəsindən sonra 1200 ildir papa seçkilərində cinsiyyətin yoxlanıldığı rəvayət edilir. Eyni səhvi bir daha təkrarlamamaq üçün yeni papanın cinsiyyəti üzərindən özlərini zəmanətə almaq istəyən kardinallar test müayinəsi edirlər.
NUH.az
Oxşar xəbərlər
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- MƏN BUNU DEMƏKLƏ MÜKƏLLƏFƏM QISAQAPANMA-REKLAMLAR
7 aprel 2024 21:05
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya