Salyanda "qaz oyunu": başçı açılış etdi, qaz gəlmədi
Reportaj21 dekabr 2016 14:12
Son dövrlər ölkənin bir çox kəndlərinə yeni qaz xəttləri çəkilir və uzun fasilədən sonra həmin kəndlərə mavi yanacaq verilir. Təbii ki, bu da uzun illər elektrik enerjisi və qazla bağlı problemlərdən cana doymuş kəndliləri sevindirir. Amma...
Bəzi yerlərdə məmurlar həmişəki kimi insanları aldatmaqla məşğuldu. Dəm-dəsgahla açılış edirlər, sonra isə məlum olur ki, kəmərlər tam çəkilməyib, sayğaclar quraşdırılmayıb və açılış olan kənddə qaz yoxdur. Belə hadisələrdən biri bu günlərdə Salyan rayonunun Marışlı kəndində baş verib.
Mətləbə keçməzdən əvvəl bildirək ki, Marışlı Salyanın ən böyük kəndlərindən biridi. Amma bu kəndə sonuncu dəfə SSRİ dövründə qaz çəkilib və ittifaq dağılandan bir neçə il sonra xəttlər sıradan çıxıb, qazın verilişi dayandırılıb. Marışlı ilə qonşu kəndlər - Arbatana bir neçə il əvvəl, Seyidsadıqlıya isə bu ilin əvvəlində yeni qaz xətti çəkilib.
Bu ilin sentyabrında Marışlıda sakinlərlə görüşən icra başçısı Sevindik Hətəmov söz vrmişdi ki, dekabrın 15-dək kəndə qaz veriləcək. Bundan sonra işlər sürətləndi, sayğaclar quruldu (əksər sayğacların düzgün quraşdırılmadığı sonradan məlum olduğundan söküb yenidən quraşdırmalı olublar - red.) və icra başçısı vədinə əməl etdi. Belə ki, dekabrın 15-dən sonra kənddə dəm-dəstgahla açılış mərasimi olub və Sevindik Hətəmov da mərasimə qatılaraq kəndlilərə verdiyi sözü yerinə yetirdiyini deyib.
Əsl həngamə də bundan sonra başlayıb. İcra başçısı kəndi tərk edən kimi qazın verilişi dayandırılıb. Məlum olub ki, işlər tam başa çatmayıb, kəndin əksər evlərinə qaz xəttləri çəkilməyib, sayğaclar qurulmayıb. Sadəcə icra başçısı söz verib deyə, iş bitməmiş tez-tələsik açılış ediblər, o kəndi tərk edən kimi isə qazı bağlayıblar. Qazın nə vaxt veriləcəyi isə bilinmir.
Oxşar hadisə ötən il Salyanın Sarvan kəndində baş vermişdi. Belə ki, qaz balonu qoyaraq kənddə açılış mərasimi keçrilmiş, həmin vaxt icra başçısı olan Tahir Kərimov tədbirdə iştirak etmiş və AZTV çəkiliş aparmışdı. Mərasimdən sonra məlum olmuşdu ki, açılış qaz balonu vasitəsi ilə edilib. Başçı kəndi tərk edəndən uzun müddət sonra da sarvanlılar mavi yanacağa həsrət qalmışdı. Məsələ mətbuata çıxandan sonra kəndə qaz verildi.
İndi deyəsən Sevindik Hətəmov Tahir Kərimovun yolunu getməyə başlayıb. Vəd verib, dediyi vaxtda açılış edən icra başçısı öz sözünü yerinə yetirsə də, Marışlı sakinləri hələ də mavi yanacağın istisinə həsrətdi. İndi onlar bunun səbəbini öyrənmək üçün Sevindik Hətəmovun kəndə növbəti səfərini gözləyir. Amma bunun nə vaxt baş verəcəyini isə heç kim bilmir...
NUH.az
Oxşar xəbərlər
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya