Sübh düşüncələri...
Rasət Pirisoyu
Sübh düşüncələri
(Esse)
Füzuli istedadı xarakterinə görə öz içərisində Sabiri gəzdirirdi. Sabir istedadı xarkterinə görə öz içərinsində Füzulini gəzdirdiyi kimi.
İndi biz Füzuli ilə Sabiri tanıdığımıza görə asanlıqla təyin edə bilərik ki, Sabir Füzulinin içərisində, Füzuli Sabirin içərisində, əgər belə demək mümükünsə, hansı təzyiq dərəcəsində mövcud olub.
Füzuli deyəndə ki, «Salam verdim, rüşvət deyildir deyə almadılar», bu Füzulidən çox Sabir idi. Yaxud Sabir deyəndə ki, «İstəsən zülfün kimi könlüm pərişan olmasın, ol qədər cövr et mənə, ah etmək imkan olmasın!» Bu isə Füzuli idi.
Bunları niyə yazıram.
Elə indicə F. Kafkanın «Məhkəməsini» bir daha oxuyub qurtardım.
Əsərdə «Kilsə» hissəsi var. Sonuncudan əvvəlki fəsil. K-nın məhkəmə keşişi ilə söhbəti Fantastik dərəcədə yüz faizlik yazıçı qələmi ilə yazılımış «Bibliya» mövzusudur.
Mətnin gücü sadəcə oxucunu yerlə yeksan edir.
Mətnin aurası mənim yadıma Füzulini, Nəsimini, Əl - Qəzali nəfəsi toxunmamış süfiləri, ən nəhayət Sabiri saldı. F. Kafkanın nəfəsi (mən mövzunu demirəm, bu ayrı söhbətin mövzusudur) həmin nəfəsdir. Quran mövzusundan möcüzələr yaradan, sonradan Sabirdə maarifşilik kimi peyda olan həmin nəfəs.
Mən hələ Frans Kafka ilə Mirzə Cəlil arasındakı mövzu yaxınlığını demirəm.
Arada fikirləşdim ki, səhərin açıldığını bircə quş səsi (sonradan bütün quşlar ona qoşulur), yaxud axşamın düşüdüyünü bircə qurbağa səsi (sonradan bütün qurbağalar o səsə qoşulur, təbii ki gecə cırcıramaları da öz yerində!) xəbər verdiyi kimi, BÖYÜK VAXTIN yetişdiyini də bəzən bir dahi xəbər verir, sonradan quşlar o dahinin səsinə quş kimi, qurbağalar qurbağa kimi, cırcıramalar da cırcırama kimi qoşulur.
Fransızların maraqlı bir filosofu var; Mişel Fuko. Mişel Fukoya qədər demək olar ki, filosofların böyük əksəriyyəti, XX əsrə qədərki dövrü AĞILSIZLIQ DÖVRÜ adlandırırdı. Mişel Fuko ilk dəfə bəyan etdi ki, yox, cənablar, biz XX əsrlə BÖYÜK AĞILSIZLIQ dövrünə qədəm qoymuşuq.
İndi içərimdə bu paralelləri apara - apara düşünürəm ki, bizim bu gün ki GÜNÜMÜZÜN adı nədir, yadıma bu misralar düşür:
Dərd çox, həmdərd yox, düşmən qəvi , tale zəbun.
Bu misra ən azı bu gün Azərbaycanda yaşayan və adamlığını itirməyən bütün adamların aqibət pasportudur.
Nəzərə alsaq ki, Füzuli islam mühafizəkarlığının darmadağın etdiyi, tapdalayıb heçə döndərdiyi, K-dan da ağır ittihamlar qarşınsında qoyduğu şərq müsəlmaının yazıçısı idi, onda çox şey aydın olar.
- Sirrlər açılır- Əşrəf Qani Əfqanıstandan BƏƏ-yə necə qaçdı
3 oktyabr 2021 10:22
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20