"Xəlilov dələduz olduğundan çox borcu var" - Akif Çovdarov
Cəmiyyət26 dekabr 2016 13:32
İlham Xəlilov özü dələduz olduğundan çox borcu var. Bunun üçün də mənə böhtan atır və aldatdığı şəxslərdən vaxt udub, səbəbkar kimi məni göstərir.
Musavat.com xəbər verir ki, bu sözləri istintaqa ifadəsində ləğv edilmiş MTN-nin həbsdə olan generalı Akif Çovdarov ondan şikayətçi olan bələdiyyə sədrinin ittihamlarına cavab verərkən deyib.
MTN-nin həbs edilmiş generalından zərərçəkmişlər sırasında Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov və Binəqədi bələdiyyəsinin sədri Elman Salmanovun da adı göstərilir. Hər iki şəxs Çovdarovun həbsindən sonra hüquq-mühafizə orqanlarına müraciət edərək generaldan zərərçəkdiklərini deyiblər.
İlham Xəlilovun istintaqa bildirdiyinə görə, 2008-ci ilin martında tanışı Adil Yaqubov ona xəbər çatdıb ki, general Çovdarovun yanına getməlidir.
Adil Yaqubov kimdir?
A.Yaqubov Akif Çovdarov MTN-ə gəlmədən polisdə onunla bir yerdə işləyib, sonradan isə pensiyaya çıxıb. Sonuncu işi isə Çovdarovun Masazırdakı istixanasını idarə etmək olub. O, 2010-cu ildən Çovdarovun arvadı İbadət Çovdarovaya məxsus "Bəhrə-2010" MMC-nin direktorudur.
Bələdiyyə sədri İ.Xəlilov deyir ki, Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına gedərək Akif Çovdarovla görüşüb. Qısa danışıqdan sonra ondan 100 min istənilib. Binəqədi bələdiyyəsinin sədri Elman Salmanovdan isə 150 min gətirməsi tələb olunub. A.Çovdarov bu ismarıcın Elman Salmanova onun çatdırmasını tapşırıb.
Çovdarovun göstərişini alan E.Salmanov cəmi 90 min manat, İ.Xəlilov isə 50 min manat düzəldə biliblər. İ.Xəlilov həmin pulu götürüb, Rəsulzadə-Biləcəri yolunda Çovdarovun göndərdiyi adamlara verib. Qalan 110 min manatı isə 1 ay sonra Yaqubova çatdırıblar.
İ.Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, "Zəli gölü"nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin.
Bunlardan əlavə ondan 120 min də tələb olunduğunu deyən bələdiyyə sədri Çovdarovdan "Sən generalı barmağına dolamısan? Deyəsən, məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram" deyə təhdidlər də eşitdiyini söyləyib.
İstintaqda Bilcəri bələdiyyəsinin sədri ilə Çovdarovu üzləşdiriblər. Bələdiyyə sədri bunları təkrar danışsa da, Çovdarov təkzib edib.
Çovdarovun adamı Adil Yaqubov da bu epizod üzrə dindirib. O da Çovdarov kimi deyilənləri rədd edib bə bildirib ki, bələdiyyə sədrləri generalın həbsindən istifadə edib onun üzünə dururlar.
Bəs Çovdarov özü bu epizodlar üzrə nə deyib?
Çovdarov ilk olaraq Elman Salmanov epizodundan danışıb. O, deyib ki, bu adda şəxs tanımır. Ondan pul tələb etməsi isə yalandır.
General İlham Xəlilov epizodu üzrə isə geniş danışıb.
"İlham Xəlilovu uzun müddətdir tanıyıram. Onu DİN-də işləmiş Adil Yaqubov vasitəsilə tanımışam. İlham Xəlilovla çox yaxşı münasibət olub və 1998-ci ildən tanımışam. 2005-ci ildən Biləcəri qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləyib, dəfələrlə bir məclisdə olmuşuq. Lakin hazırda göstərilənlər tamamilə yalandır. İlham Xəlilova heç vaxt Elman Salmanov adlı şəxsdən hər hansı bir məbləğdə pul alıb mənə çatdırmasını deməmişəm, bununla bağlı nə İlham Xəlilova, nə də, Elman Salmanov adlı şəxsə hər hansı bir formada hədə-qorxu gəlib tələb irəli sürməmişəm", - deyə Çovdarov ifadəsinə əlavə edib.
"Lazım olsa, özüm çağırardım"
Akif Çovdarov iddia edib ki, ola bilsin ki, İlham Xəlilov onun adından istifadə etməklə Elman Salmanovdan pul alıb: "Hesab edirəm ki, bu elə belədir. Ümumiyyətlə, Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım".
Çovdarov Elman Salmanov adlı şəxsdən İ.Xəlilovun vasitəsilə 150 min dolları hədə-qorxu ilə tələb etməsi barədə ittihamı böhtan adlandırıb.
Çovdarov deyib ki, Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləmiş İlham Xəlilov özü dələduz adamdır: "İlham Xəlilov özü dələduz olduğundan, çox borcu var. Bunun üçün də mənə böhtan atır və aldatdığı şəxslərdən vaxt udub səbəbkar kimi məni göstərir".
A.Çovdarov ifadəsində bildirir ki, İlham Xəlilovu Adil Yaqubov vasitəsilə MTN-ə çağırıb ona "3 ildir bələdiyyə sədr işləyirsən 100 min gətir" sözünü deməyib.
"İlham Xəlilov mənə böhtan atır. Onlardan pul almamışam. 2014-cü ildə Masazır qəsəbəsində "Zəli gölü" adlanan ərazidə Adil Yaqubovun adına 10 hektar torpaq sahəsinin sənədləşdirilməsini də tələb etməmişəm. Həmin ərazini Adil Yaqubov almaq istəyib. Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. İlham Adil Yaqubovdan pul alsa da, sonradan nə həmin torpaq sahəsini, nə də buna görə Adil Yaqubovdan aldığı pulu qaytarmayıb. Bütün bunları Adil Yaqubovdan eşidib", - deyə Akif Çovdarov ifadəsinə bildirib.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Onun rəhbəri olduğu MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, mayor Akif Əliyev və şöbə rəisi Orxan Osmanov da həbs edilib. Həmin cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var.
NUH.az
Oxşar xəbərlər
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Bu gün DƏDƏ Ələsgərin doğum günüdür
22 mart 2024 11:35
- Bərgüşadçay su anbarı ilə bağlı MÜHÜM AÇIQLAMA
20 mart 2024 18:08
- Mehman Xəlilova hökm oxundu - 19 il həbs
20 mart 2024 12:10
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Mikrobioloq gözəlliyin sirrini açdı: bağırsaqlarınızın qeydinə qalın!
17 mart 2024 20:05
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Sahibkarlarla Fərəcov arasında borc qalmaqalı - Bizi aldadır, pulumuzu vermir
15 mart 2024 22:48
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya