Deputat Mirzəcan Xəlilovun usta puluna tikdirdiyi villası və fəhlələrin etirazı [Foto-video]
Reportaj28 dekabr 2016 19:17
“9 ay 20 nəfər fəhlə ilə gecə-gündüz oranı işlədik, axırda da 55 min manat zəhmət haqqımızı ala bilmədik”
Bu sözləri saytımıza usta-briqadir Zülfüqar Əliyev deyib. O bildirib ki, Sumqayıtın deputatı heç bir səbəb açıqlamadan fəhlələrin pulunu vermir.
“Axırda dedim ki, Mirzəcan müəllim, mənim o qədər pulum yoxdu axı bu qədər borcu camaata necə qaytarım? Mənə dedi ki, elə bil qumar oynamısan, uduzmusan”, – deyə usta bildirir.
Züflüqar Əliyev bildirib ki, məsələ ilə bağlı prezidentə, Milli Məclisə və prokururluğa hüquqlarının pozulması, haqlarının yeyilməsi ilə bağlı müraciət etsələr də, problem həllini tapmayıb. Əksinə, müraciətlərdən sonra Mirzəcan Xəlilov onu məhkəməyə verib.
“Məni qorxudurlar, başqa məqsədləri yoxdur”
“Problem yaranandan sonra deputatın özü ilə görüşə bilməsəm də telefonla danışığımız oldu. Dedim ki, vəziyyət pisdir, sexin yiyəsi sıxır, fəhlələrin pulunu verməliyəm, mənə cavabında dedi ki, sən deyəsən boş qabı dolu qaba vurub sındırmaq istəyirsən. Bunun mənası nədir mən hələ başa düşə bilməmişəm. Mənə belə bir kinayəli cavab verdi”, – deyə briqadir bildirib.
Usta deyir ki, deputat Mirzəcan Xəlilov onu birinci Abşeron rayon məhkəməsinə verib. Abşeron məhkəməsində şikayətin əsassız olduğunu nəzərə alaraq hakim şikayəti təmin etmədi, bundan sonra deputat Ağdam rayon məhkəməsinə yeni, daha böyük miqdarda təzminat tələbi ilə şikayət göndərib.
“Deputatın şərəf və ləyaqətinə görə verilən 100 manat təzminatı ödəyə bilərəm”
“Məhkəmədə də bizdən israrla tələb etdilər ki, onlarla barışaq. Bildirdilər ki, əgər barışsa, biz bu təzminatı ona bağışlayırıq. Bir də yazsın ki, mən səhv edib ərizələri, şikayətləri yazmışam. Mən də dedim ki, mən düz edib yazmışam axı, niyə imtina etməliyəm yazdıqlarımdan? Məni qorxudurlar, bunların başqa məqsədi yoxdur”, – deyə Zülfüqar Əliyev bildirib.
Briqadir deyir ki, bir ildi, iki ildi deputat onu məhkəmələrdə süründürür: “Pulumuzu vermir, üstəlik 30 min pul tələb edir. 100 min də şərəfinə görə, məhkəmə də elə onun şərəfinə yaxşı 100 manat qiymət qoydu. O 100 manatı ödəyə bilərəm, amma 29 mini yox”.
Deputat deyir elə bil qumarda uduzmusan
Usta deyir nəticə onu gözləyirəm ki, deputat ya məni həbs etdirəcək, ya da öldürtdürəcək, başqa yolu yoxdu:
“Elə nə qədər sağam çıxış edirəm ki, yadigar qalsın. Axıra qədər pulumu tələb edəcəm. Mənim onunla heç bir düşmənçiliyim yoxdur, nə prinripi var demir. Mən ona sual verirəm ki, qardaş mən kasıb adamam, pulumu ver camaatın borcunu qaytarım, mənə deyir ki, elə bil qumar oynayıb uduzmusan. Mən 55 minlik qumar oynaya bilərəm? Gecə-gündüz işləyirəm, zəhmətkeç adamam, nə qumar oynayıram?!”
Zülfüqar Əliyev deyir ki, bir tərəfdə də 20 ailə qalıb ehtiyac içində. Hər gün gəlirlər ki, bizim pulumuz nə oldu, sənə pislik etməmişik axı, pulumuzu ver.
Mirzəcan Xəlilov kimdir?
Mirzəcan Xəlilov 1954-cü ildə Sabirabad rayonunda anadan olub. Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) inşaat fakültəsinə daxil olub, 1974-1976-cı illərdə isə ordu sıralarında xidmət keçib. Daha sonra ali təhsilini qiyabi olaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda davam etdirib.
Əmək fəaliyyətinə inşaatçı kimi 1977-ci ildə doğma Sabirabad rayonunda “Muğanmeliosutukinti” Trestinin 10 saylı səyyar mexanikləşdirmə dəstəsində başlayıb. Əvvəlcə fəhlə, sonra isə briqadir işləyib.
1979-cu ildə ali təhsilini çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi ixtisası üzrə başa vuran M. Xəlilov “Azərkəndsutəchizattikinti” İstehsalat Birliyinin 20 saylı səyyar mexanikləşdirmə dəstəsində hidrotexnik-mühəndis kimi əmək fəaliyyətinə davam edib.
Daha sonralara vəzifə pillələrində irəliləyən M.Xəlilov 2003-cü ildə mülkiyyət formasını dəyişərək “Azərsutəchizattikinti” ASC kimi fəaliyyətini davam etdirən bu quruma sədr təyin olunub.
Mirzəcan Xəlilov həm də YAP Sabirabad rayon təşkilatı idarə heyətinin üzvü, mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edən “Xalqa bağışlanan ömür” kitabının tərtibçisidir.
2014-cü ilin aprelində Prezident İlham Əliyevin imzalıdığı sərəncamla “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
NUH.az
Mirzəcan Xəlilov (sağda)
Oxşar xəbərlər
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya