Cavid Qurbanovun “kombi”li Dəlləri vətəndaşları necə dəli edir? – Yolüstü reportaj
Ölkənin dəmiryol sisteminin standartlara uyğun səviyyəyə çatdırılması hələ də arzu olaraq qalır
Ötən ilin noyabrında təbii qazın və elektrik enerjisinin qiyməti artanda əhali digər xidmət sahələrində də bahalaşmanın labüdlüyünü dərk edirdi. Həmin günlərdə jurnalistlərin qarşısına çıxan məmurlar da rəhbərlik etdikləri sferalarda tarif artımının zəruriliyini həvəslə əsaslandırmağa çalışırdılar. Aydın məsələdir, qazın və işığın qiyməti qalxıbsa, deməyə söz var.
Nəzərdə tutulan məmurlar arasında xüsusi canfəşanlığı ilə seçilən “Azərbaycan Dəmir Yolları”nın rəhbəri Cavid Qurbanov qiymət artımı barəsində konkret danışmışdı:
“Hər ay dəmir yolları işığa görə 1 milyon 300 min manat pul ödəyir. İşığın qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı ola bilər. Təbii ki, bu məsələ ilə bağlı yalnız rəhbərliklə razılışdırıldıqdan sonra qərar veriləcək”.
Dəmir yollarında sərnişindaşıma üzrə tariflər hələlik artırılmayıb. Qurbanovun təbirincə desək, yəqin rəhbərlik bu addıma razılıq verməyib. Ancaq qiymətin artırılmaması o demək deyil ki, Qurbanovun başında dayandığı bu nəqliyyat sistemindəki nöqsanlara görə vətəndaşlar əziyyət çəkməlidirlər. Onsuz da, büdcədən maliyyələşən “Azərbaycan Dəmir Yolları”nın xərclərini bütün hallarda vətəndaş ödəyir: ya vergi yolu ilə, ya da aldığı biletlə.
Düz bir il əvvəl Şəmkirdən Bakıya qayıdanda da “Azərbaycan Dəmir Yolları”nı tənqid etmişdim. O zaman vaqonda ayaqyolu işləmədiyindən, bələdçilər təbii ehtiyaclarını ödəmək istəyən sərnişinləri digər vaqonlara göndərirdilər.
Təsəvvür edirsiniz?
Bu dəfə baş verənlər də tragikomikliyinə görə həmin hadisədən geri qalmır. Dünən, yanvar ayının 2-də, saat 21.40 radələrində Dəllər stansiyasına yetişməli olan Böyük Kəsik – Bakı qatarı az qala 2 saat gecikdi. Dəllər, ölkənin nisbətən böyük və tələbatlı stansiyalarından biridir. Ancaq qatarın bu qədər gecikməsinə baxmayaraq, stansiyada bir dəfə də olsun, qatarın niyə gecikdiyi və nə zaman gələcəyi haqda sərnişinlərə məlumat verilmədi. Gözləməkdən bezən insanlar zavallı kassirin yaxasından yapışsalar da, suallarına doğru-düzgün cavab ala bilmirdilər. Stansiyanın sıravi əməkdaşlarının “qatar yarım saata gələr”, “bir saata burda olar” kimi cavabları isə sərnişinlərin əsəblərini daha da gərginləşdirirdi.
Gözləmək demişkən… onlarla sərnişinin qatarın gecikdiyi iki saat ərzində nə çəkdiyini ancaq özləri bilər. Şaxtalı qış günündə perronda qatar gözləməyin “lüks”ü tamam başqadır. Niyə perronda gözləyirdilər? İşə baxın, Dəllər stansiyasının yaxşı təmir olunmuş Gözləmə zalı var. Mərmər döşəməli zalda 12 nəfərlik skamya qoyulub, hətta “kombi” sistemi də quraşdırılıb. Ancaq… Heç olmasa, belə bir gündə də o “kombi”ni işə salıb, sərnişinlərin əsəblərinə su çiləmək kimsənin ağlına gəlmir. Bayır gözləmə zalından daha isti olduğu üçün, sərnişinlər gecikən qatarı perronda gözləməyə üstünlük verirdilər.
İşçilərdən öyrənirəm ki, Dəllər stansiyasının rəisi Əli Əsgərov adlı birisidir… Bir az da konkretləşdirsək, Cavid Qurbanovun sələfi, nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır. Stansiya rəisini bəlkə də yada salmazdım. Lakin adamda “məsuliyyət”in dərəcəsinə baxın ki, qatarın bu qədər gecikdiyi vaxtda da özünə əziyyət verib, stansiyaya gəlmədi.
…Cavid Qurbanov isə dəmir yolunda qiymət artımının zəruriliyindən danışır. Hansı üzlə?
Dia.az
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Qırmızı soğan ürək xəstəlikləri və prostat xərçənginə qarşı effektiv vasitədir
24 mart 2024 23:42
- İmamoğlu utanmadan bunu deyir - Ərdoğan
24 mart 2024 22:09
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41