Rektor milli qəhrəmanı BSU-ya çağırdı - Qalmaqalla bağlı rəsmi açıqlama
Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə gəlişi və universitetə buraxılmaması barədə informasiyalara ali məktəbdən reaksiya verilib.
Universitetin Mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev BakiPost.az-a bildirib ki, məsələ qəsdən şişirdilib:
"Məsələnin mahiyyətini dəqiq bilməyənlər onu müxtəlif şəkildə şərh edirlər.
Bəri başdan bildirmək istəyirik ki, BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılıb. Universitetin birinci mərtəbəsində Milli Qəhrəmanların şəkli asılıb. Xaricdən gələn bütün qonaqlar onlarla tanış edilir, birinci kurs tələbələrinə tədris ilinin başlanğıcında onların qəhrəmanlığı, döyüş şücaəti, igidliyi haqqında məlumat verilir.
Üstəlik, BSU-nun qapıları təkcə Mili Qəhrəmanların deyil, bütün insanlarımızın üzünə açıqdır. Universitetin rektoru, professor Nurlana Əliyeva demək olar ki, hər gün valideynlərin və tələbələrin problemlərinin həlli üçün qəbul saatları keçirir”.
Onun sözlərinə görə, imtahan sessiyası vaxtı olduğundan və təhlükəsizlik tədbirləri gücləndirildiyindən BSU-ya giriş-çıxış nisbətən məhdudlaşdırılıb: "BSU-da təhlükəsizliyin qorunması məqsədi ilə ciddi işlər görülüb, mühafizə xidməti gücləndirilmiş rejimdə fəaliyyət göstərir. İmtahan sessiyası vaxtı imtahanlara kənar müdaxilələrin qarşısının alınması məqsədi ilə universitetə kənar adamların girişi nisbətən məhdudlaşdırılır. Amma bu heç vaxt torpaqlarımız uğrunda döyüşmüş, qəhrəmalıq məktəbi keçmiş Milli Qəhrəmanlara aid deyil.
Milli Qəhrəman M.Həsənov mühafizə xidmətinin rəisi, Qarabağ müharibəsi veteranı Ramil Şükürlüyə yaxınlaşaraq, vaxtilə bu universitetdə təhsil aldığını bildirib və universiteti gəzmək istədiyini qeyd edib. Mühafizə xidmətinin rəisi İnzibati-təsərrüfat işləri üzrə prorektor əvəzi Əbülfəz Nağıyevlə əlaqə saxlayıb və Milli Qəhrəmanın universitetlə tanış olmaq istədiyini bildirib. Görüş qabaqcadan nəzərdə tutulmadığından, imtahan sessiyası dövrü olduğundan və bütün müəllim və tələbələrin başı imtahanla qarışdığından prorektor Ə.Nağıyev əgər məzunun özünün tanıdığı bir şəxs varsa, birlikdə mərtəbələri gəzsin, universitetlə tanış olsun, deyib. Ancaq bundan sonra Milli Qəhrəman universitet binasını tərk edib”.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, rektor Nurlana Əliyeva baş verən hadisədən xəbər tutduqdan sonra, məsələni araşdırıb və milli qəhrəmanı BSU-ya dəvət edib: "İnsident bundan ibarətdir. Lakin çox təəssüf edirik ki, bir çox qəzet və saytlar məsələni həqiqi mahiyyətindən çıxararaq öz istədikləri kimi təqdim ediblər. Onlar bunu universitetin rektoru professor N.Əliyeva ilə bağlamağa çalışıblar, universitet rəhbərinin isə bundan qətiyyən xəbəri olmayıb. O, məsələni bildikdən sonra isə dərhal Milli Qərhrəmanla əlaqə saxlayıb və onu BSU-ya dəvət edib.
Təkrar edirik, Milli Qəhrəmanlar bizim fəxrimiz və qürurumuzdur. Universitet rəhbərliyi daim bütün görüş və çıxışlarında onların gənclərə örnək məktəbi olmasını bəyan edir. Bizi təəssüfləndirən xırda anlaşılmazlığı bəzi mətbuat orqanlarının adekvat olmayan şəkildə təqdim etməsidir.
BSU-nun Mətbuat xidməti olaraq biz bu anlaşılmazlığa görə təəssüflənirik. Bununla bərabər, onu da arzu edirik ki, mətbuat orqanları hər hansı bir hadisəni işıqlandırarkən obyektivlik göstərsinlər”.
NUH.az
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10