Dövlət rüsumları azaldılır: 5500 manatlıq rüsum 1000 manat olacaq
İqtisadiyyat19 yanvar 2017 18:33
Azərbaycanda bəzi dövlət rüsumlarının məbləğində dəyişiklik edilir.
"APA-Economics”in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini Fikrət Şirinov bildirib.
Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, əlverişli biznes mühitinin yaradılması və onların ilkin maliyyə resurslarının formalaşdırılması məqsədilə bəzi lisenziyalar üzrə dövlət rüsumunun məbləğləri bir neçə dəfə aşağı salınır.
F. Şirinov əlavə edib ki, dərman vasitələrinin satışı ilə məşğul olmaq üçün lisenziyanın alınması üçün dövlət rüsumu hazırda 5500 manat olduğu halda, təklif olunan dəyişiklikdə dərman vasitələrinin pərakəndə satışı üçün cəmi 1000 manat dövlət rüsumu müəyyən edilib: "Bundan başqa, məktəbəqədər təhsil müəssisələrindən lisenziya üçün 2500 manat dövlət rüsumu alınırdısa, bu rüsumun 1250 manata endirilməsi təklif olunur. Baytarlıq preparatlarının istehsalı ilə məşğul olmaq üçün lisenziyaya görə isə dövlət rüsumunun məbləği 3000 manatdan 1500 manata endirilir”.
F. Şirinov əlavə edib ki, qanun layihəsində bəzi maliyyə xidmətləri göstərən publik hüquqi şəxslər tərəfindən lisenziyalaşdırılan fəaliyyət növlərinə görə dövlət rüsumlarının tam məbləğdə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulub. "2016-cı ilin yanvarın 1-dən dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək üçün dövlət rüsumunun 25%-i həmin orqanların maddi təminatının formalaşmasına yönəldilir. Layihədə isə nəzərdə tutulur ki, bir əqd üzrə dövlət rüsumu 5000 manatdan yuxarı olmadıqda həmin xidməti göstərən dövlət orqanının hesabına köçürüləcək”.
O, dövlət rüsumunun məbləğinin Bakıda tam, regionlarda isə müəyyən olunmuş dövlət rüsumunun 50%-nin dövlət büdcəsinə ödənilməli olduğunu qeyd edib.
Layihə MM-in plenara iclasına tövsiyə olunub.
NUH.az
Oxşar xəbərlər
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Bu günlə bağlı VACİB XƏBƏR - Saat 13:32-də...
25 mart 2024 10:04
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya