“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal
Şəmkir rayonundakı Seyfəli kənd tam orta məktəbində direktor və laborant arasındakı pornoqrafiya qalmaqalı səngiməmiş daha bir xəbər Cəlilabaddakı Göytəpə şəhər 1 saylı tam orta məktəbindən gəldi.
Məktəbin müəlliməsi Etiraf Vəliyeva “Azadlıq” radiosuna müraciət edərək məktəbin isidilməsi üçün odun çatmadığını, şagirdlərdən odun və digər bəhanələrlə pul yığıldığını, bu təhsil müəssisəsində antisanitariyanın hökm sürdüyünü bildirərək direktor əvəzi Natavan Şıxovanı ittiham etdi.
Virtualaz.org saytı ittihamlarla bağlı sözügedən məktəbin direktor əvəzi Natavan Şıxova ilə əlaqə saxlamışdı. N.Şıxova məktəbin təmirsiz olduğunu etiraf etsə də, odun üçün şagirdlərdən pul yığılmadığını demişdi. Direktor əvəzi məktəbin problemlərini ictimailəşdirən müəlliməni də qınamışdı.
Bu günlərdə isə müəllimə Etiraf Vəliyeva azadliq.info vasitəsilə təhsil naziri Mikayıl Cabbarova açıq məktubla müraciət edərək baş verənlərlə bağlı nazirdən yardım istəyib.
Müəllimə yazır ki, məktəbin problemləri işıqlandırıldıqdan sonra direktor əvəzi onu əxlaqsız söyüşlərlə təhqir edib. “Valideynlərdən pul yığaraq odun- yanacaq alınması bir yana, odunu şagirdə doğradıb heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən elə şagirdlərin özlərinə sobanı yandırtdırırlar. Anti-sanitariya baş alıb gedir. Məktəbin ərazisinə qonşuluqda olan evlərdən kanalizasiya suları və zibillər tökülür. Şagirdlər üçün ayaqyolu yoxdur. Toz-torpaq içərisində olan siniflər, şagirdlər pul verməsələr, təmizlənmir”, -müəllimə yazır.
Şikayətlər bununla yekunlaşmır. Müəllimə direktoru maaş kartlarını mənimsəməkdə ittiham edir. Onun sözlərinə görə, direktor maaş kartlarının Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirovaya verdiyini deyir. Bir-iki sinif istisna olmaqla bütün siniflərdəki partalar, stol-stullar sınıqdır və bu üzdən siniflərdə şagirdlər üç-üç otururlar. Son iki aydır məktəbdəki siniflərin çoxunda istilik yoxdur.
Hətta məktəbdə şagirdlər arasında bıçaqlanma olduğu, direktorun bu hadisəni gizlətdiyi də iddialar sırasındadır.
Cəlilabad Rayon Təhsil Şöbəsindən məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə deyib ki, rayon Təhsil Şöbəsi 1 nömrəli Göytəpə qəsəbə tam orta məktəbinin istilik təminatı ilə bağlı araşdırma aparılıb və hazırda ümumtəhsil məktəbində tədris normal, ahənginə uyğun davam etdirilir. “Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, istilik sistemi ilə təminatı diqqət mərkəzində saxlanılır və bununla bağlı davamlı tədbirlər görülür. Belə ki, bu tədris ilinin əvvəlindən 79 ümumtəhsil məktəbi qazlaşdırılıb, 130-dan artıq ümumtəhsil məktəbində qaz sayğacları dəyişdirilib, boru xətləri yenilənib, qaz detektorları quraşdırılıb. Bu işlər 2017-2018-ci tədris ilində daha geniş coğrafiyada davam etdiriləcək”, -C.Valehov əlavə edib.
O ki qaldı maaş kartlarının direktor əvəzi Natavan Şıxovada olması, şagirdlərdən odun üçün pul yığılması, N. Şıxovanın etiraz edən müəllimləri ağır sözlərlə təhqir etməsi və digər ittihamlar, mətbuat xidmətinin rəhbəri məsələnin araşdırılacağını deyi
Onu da xatırladaq ki, son vaxtlar təhsil müəssisələrində bu cür qalmaqallı hadisələr baş verir. Nazirlik isə qalmaqala səbəb olanları işdən kənarlaşdırmaqla işini bitmiş sayır. Necə ki, Şəmkirin Seyfəli kəndində pornoqrafiya qalmaqalı yalnız direktoru işdən azad etməklə həll edildi. Laborant, Şəmkir Rayon Təhsil Şöbəsi isə cəzadan kənarda qaldılar...
NUH.az
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04