- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
- Hermosonu öpən prezident həbs oluna bilər
Özünü binadan atan MTN zabitinin ölümü iş adamını necə xilas edib?
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin intihar edən polkovnik-leytenantı Azər Əliyevin ölmədən öncə iş adamını hədələyərək ondan külli miqdarda pul tələb etməsi məlum olub. Bu barədə zərərçəkmiş şəxs kimi tanınmış iş adamı Budaqov İlqar Məhərrəm oğlu özü istintaqa ifadəsində məlumat verib.
Həbsdə olan MTN generalı Akif Çovdarovun adamı kimi tanınan Azər Əliyevin intihar səbəbi kimi də məhz onun həbs ediləcəyindən qorxduğu üçün bu yola əl atdığı göstərilirdi. Belə ki, MTN-nin yüksək vəzifəli şəxslərinin həbsi başlayarkən Azər Əliyev yaşadığı binadan özünü ataraq intihar edib.
Polkovnik intihardan öncə iş adamından nə tələb edib?
Bu haqda iş adamı İlqar Budaqov ifadəsində göstərib ki, tibbi ləvazimatları yerli firmalardan alaraq müxtəlif klinikalara satmaqla məşğul olub.
Hazırda “Vivalap” firmasının təsisçisi olan İ.Budaqov ifadəsində deyib ki, 2015-ci ilin mart ayında “Əcəmi” metrostansiyasının yaxınlığındakı ofisinə 8-9 nəfər mülki geyimli şəxslər gələrək özlərini MTN əməkdaşı kimi təqdim ediblər.
“Birinin adı Azər idi. Məhkəmə qərarı göstərərək ofisdə axtarış aparılacağını dedi. Qərarla tanış oldum. Səbail Rayon Məhkəməsinin qərarı idi. Ofisdə və maşınımda axtarış aparıldı. Ancaq heç nə götürülmədi. Azər Əliyev mənə qeyri-qanuni dərman vəsaitlərinin satışı ilə məşğul olduğumu, ölkədə botoks dərmanının satışını həyata keçirdiyimi dedi. Belə bir halın olmadığını dəfələrlə bildirdim. Azər Əliyev məni “podval”a saldıracağı, həbs edəcəyi ilə hədələməyə başladı. 30 min manat pul tələb etdi, fikirləşməyim üçün də vaxt verdi”.
İş adamı deyir ki, Azər Əliyev bir gün sonra zəng edib pulu istəyəndə ona imkanının olmadığını deyib. Bu zaman Azər Əliyev güzəşt edərək heç olmasa 10 min verməsini istəyib.
“Bununla da razılaşmadım. Telefonda mənə hədə-qorxu gələrək tutduracağını söylədi. Dedi ki, çox az vaxtın qalır, həbs ediləcəksən. Təxminən 1 həftə sonra Azər yenidən zəng elədi. Mənə “krişalık” edəcəyini deyib heç olmasa aylıq ona min manat verməyini təklif etdi. Bununla da razılaşmadım və maksimum olaraq ayda 200 manat verə biləcəyini bildirdim. Bunu da ona görə etdim ki, məndən əl çəksin” - deyə zərərçəkmiş kimi tanınan iş adamı ifadəsində deyib.
MTN zabiti iş adamına 2 ay vaxt verib və sonra ona ayda min manat verməsini tələb edib.
İ.Budaqov ifadəsinin davamına bunları əlavə edib: “Azərin bu sözündən sonra razılaşdım ki, yayda iş yoxdur. İki aydan sonra danışarıq. Söhbətimiz belə də başa çatdı. Bundan sonra Azər mənə zəng etməyib. 2015-ci ilin aprel ayında dostumun toy mərasimində olarkən təsadüfən oradakı tanışlarından Azərin intihar etdiyini eşitdim. Sonra da bu xəbəri internetdə oxuyub dəqiqləşdirdim. Sonra mənə məlum oldu ki, intihar etmiş MTN işçisi məndən hədə-qorxu ilə pul tələb edən Azər Əliyevdir”.
İş adamının zərərçəkmiş kimi tanınmasına gəlincə, o, MTN tərəfindən telefon danışıqları qanunsuz olaraq dinlənilən şəxslər sırasında olub. Və buna görə də zərərçəkmiş kimi tanınıb. İ.Budaqov onu da deyib ki, heç vaxt MTN-ə çağırılmayıb və digər MTN əməkdaşları ilə danışığı olmayıb.
Bildirək ki, MTN zabiti iş adamı ilə bu söhbətlərdən cəmi bir ay sonra intihar edib. MTN polkovnik-leytenantı Azər Əliyevin adı həbsdə olan general Akif Çovdarovun ittiham aktında hallanır. Cinayət işinin materiallarında A.Əliyev “Çovdarovun adamı” kimi tanınıb. Hətta A.Əliyev özünü Nərimanov rayonu, Həsənoğlu küçəsindəki yaşayış binasının 7-ci mərtəbəsindən atmasaydı, çox güman ki, cinayət işinə cəlb ediləcəkdi.
Qeyd edək ki, həbsdə olan general Çovdarov da istintaqa ifadəsində bu epizod üzrə dindirilib. O, intihar edən MTN zabitinin iş adamı İlqar Budaqovun ofisində axtarış aparmasından xəbərsiz olduğunu deyib.
Çovdarov MTN zabitinin intiharının səbəbi haqda bunları qeyd edib: “Azər Əliyev isə mənim bildiyim qədərilə məişət zəminində intihar edib”.
Akif Çovdarov və MTN-nin digər vəzifəli şəxsləri qulluq mövqelərindən sui-istifadə etmədə, gizli qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarını dinləmədə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirmədə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşlara qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilirlər.
Onu da əlavə edək ki, MTN ləğv edildikdən sonra həmin qurumun iki əməkdaşının intiharı qeydə alınıb. Azər Əliyevdən sonra MTN-nin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev də saxlanıldığı təcridxanada özünü asaraq intihar etmişdi.
NUH.az
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59