Azadlıqda olan general hara qaçıb?- Şıxəliyev milyonlarla yoxa çıxıb
MTN-in şöbə rəisi olmuş Vüsal Ələkbərov növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, sabiq MTN zabitinin vəkillərindən biri olan Cahangir Cavadov hazırda zərərçəkmiş kimi tanınan iş adamı Nizami Kazımov 2008-ci ildə həbs edilən zaman onun vəkili olub.
O vaxt Nizami Kazımovun vəkili olan Cahangir Cavadov indi həbs edilən MTN zabitinin vəkili olması mübahisə yaradıb. Nizami Kazımov və onun hüquqşünası buna etiraz ediblər. Hakim S.Hacıyev isə deyib ki, vəkil C.Cavadov prosesdə iştirak etmədiyi üçün bu məsələyə növbəti məhkəmədə baxılacaq.
Sabiq MTN zabiti Vüsal Ələkbərov isə qeyd edib ki, vəkilindən qətiyyən imtina etmək fikri yoxdur: “Cahangir Cavadov Nizami Kazımovun müdafiəçisi olub. Bildirim ki, bu cinayət işində adı keçən zərərçəkmişlər 613 saylı cinayət işində zərərçəkmiş olublar. Mən də həmin cinayət işini aparan istintaq qrupunun rəhbəri olmuşam. Belə çıxır ki, həmin işə rəhbərlik edən şəxs bu işdə təqsirləndirilən şəxs ola bilər, zərərçəkmişlər zərərçəkmiş kimi tanına bilər, amma başqa işdə vəkil çıxan şəxs bu işdə çıxa bilməz. Mən vəkilimdən imtina etmirəm”.
“Azadlıqda olmağım onların xeyrinə olacaq”
Məhkəmənin davamında Vüsal Ələkbərov barəsində seçilmiş həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Daha əvvəl də belə bir vəsatətlə çıxış edən MTN zabiti azadlığa buraxılmasını istəyib: “Bundan əvvəldə mən belə bir vəsatətlə çıxış etmişəm. Amma məhkəmə həmin vəsatəti təmin etmədi. Bildirdi ki, zərərçəkmişlər aqressivdir, mənim azadlıqda olmağım təhlükə yarada bilər. Amma bu düzgün yanaşma deyil. Mənim azadlıqda olmağım onların xeyrinə olacaq. Bunu əminliklə deyirəm. Mənim azadlığa buraxılmağıma zərərçəkmişlərin heç biri etiraz etmir”.
Ancaq məhkəmə zalında olan zərərçəkmişlərdən biri MTN zabitinin bu çıxışına müdaxilə eədərk etirazını bildirib. Zərərçəkmiş Namil Rzayev yerindən deyib: “Burada camaatın adından danışma. Camaatı razı sal, səndən şiakyətimiz olmasın”.
Dövlət ittihamçısı Vüqar Quliyev isə vəsatətin təmin edilməsi üçün əsas olmadığını deyib.
Digər zərərçəkmiş Nizami Kazımov isə dəymiş ziyan ödənildikdən sonra MTN zabitinin azadlığa buraxılmasını istəyib.
“Pullarımız ödənilsin, onun da azadlığa buraxılması barədə vəsatəti təmin edilsin. Əks halda, biz onun azadlığa buraxılması ilə razı deyilik”- deyə zərərçəkmiş qeyd edib.
Zalda olan zərərçəkmişlərdən Hüseyn Səfərov dəymiş ziyanın ödənilməsini və belə olan halda Vüsal Ələkbərovun azadlığa buraxılmasını istəyib.
Pullar Eldar Mahmudovdadır...
“Bizim obyektimiz, evimiz satılıb. Biz burada pullarımızı tələb edirik. Vüsal Ələkbərovun da həbs edilməsini istəmirik. Biz özümüz həbs olunmamaq üçün Vüsal Ələkbərova pul vermişik. İndi də Vüsal Ələkbərov dəymiş ziyanı ödəməlidir ki, onu həbs edən azad etsinlər”- deyə zərərçəkmiş Elşən Mədətov çıxışında deyib.
Zərərçəkmiş Namil Rzayev isə həbs edilən MTN zabitinin xeyrinə çıxış edib. O, deyib ki, Vüsal Ələkbərov aldığı pulların hamısını özünə götürməyib. O, qeyd edib ki, azadlıqda olan sabiq nazir Eldar Mahmudov, general Mövlam Şıxəliyevdən də pulun əsas hissəsi tələb edilməlidir.
Vüsal Ələkbərovun vəkilləri də müdafiə etdiyi şəxsin vəsatətinin təmin edilməsini istəyib.
Vəkillərin sözlərinə görə məhkəmə proseslərinin gedişatında məlum olub ki, zərərçəkmişlərin Vüsal Ələkbərova qarşı münasibətləri yumşalıb.
General hara qaçıb?
Vüsal Ələkbərovun azadlığa buraxılmasını istəyən vəkillər belə olan halda dəymiş zərərin daha tez bir vaxtda qaytarıla biləcəyini əsas gətiriblər.
Məhkəmə prosesi zərərçəkmiş Nizami Kazımovun epizodu üzrə davam etdirilməli olub.
Bu epizod üzrə MTN sabiq generalı, hazırda azadlıqda olan Mövlam Şıxəliyevin məhkəməyə gəlmədiyi məlum olub. Məhkəmə katibi deyib ki, Şıxəliyevin iki telefonundan heç birinə zəng çatmayıb, bu səbəbdən onun məhkəməyə gəlməsini müəyyən etmək mümkün olmayıb.
Hazırda həbsdə olan “Texnikabank” ASC-nin filial müdiri olmuş Zal Yusifovun da məhkəməyə gətirilməsi mümkün olmayıb.
Məhkəmə prosesi Nizami Kazımovun epizodu üzrə şahidlərin ifadə verməsi ilə davam etdirilib.
“Çanaqqala” restoranını sahibi ifadə verib
Nizami Kazımovun qudası, “Çanaqqala” restoranını sahibi Tahir Əbdülqasımov şahid qismində ifadə verib. O bildirib ki, Nizami Kazımov həbs olunan zaman Azərbaycandan kənarda olub və qayıdanda onun həbs xəbərini alıb.
“Dedilər ki, banka pul qoyub, buna görə də həbs ediblər. Buna inanmadım, fikirləşdim ki, adam banka pul qoyduğu üçün həbs edərlər?
Düşündüm ki, burada başqa iş var. Onunla məhkəmədə görüşdük, dedi ki, banka pul qoyduğu üçün həbs ediblər. Nizaminin dilindən eşidəndən sonra deyilənlərin düzgün olduğunu bildim. Nizami dedi ki, həbsdən azad edilməsi üçün 2 milyon dollar istəyirlər, həm də bankda pulu batıb” deyən restoran sahibi MTN zabiti Vüsal Ələkbərova ilk olaraq 1 milyon dollar verildiyini söyləyib.
“Mühafizəçi ilə getmişdim”
Prokurorun suallarını cavablandıran Tahir Əbdülqasımovun sözlərinə görə, banka oğlunun adına 704 min avro qoylub: “1 milyon dolların toplanması üçün məndə 500 min dollara yaxın pul qoymuşam. 1 milyon dolları torplayaraq Vüsal Ələkbərova vermişik. Biz pulu aparanda oğlum Samir, sürücüm Vüqar və mühafizəçim Şahin də orada olub. Az pul aparmamışdıq, ona görə də mühafizəçi ilə ora getmişdim. MTN-çilər reketçilik edərək Nizami Kazımovu tutublar, onun azad edilməsi üçün pul tələb ediblər. Guya oğlum qayınatası Nizami Kazımovdan şikayətçi olub. Amma onun azadlığa çıxması üçün pulu biz toplamışıq, daha niyə ondan şikayətçi olaq?”.
Məhkəmədə Nizami Kazımovun kürəkəni Samir Nadirli də ifadə verib.
S.Nadirli “Texnikabank”a qoyulan depozit puldan, sonra Nizami Kazımovun həbs olunduğunu və Vüsal Ələkbərovun ondan qayınatasının üzünə durmağı tələb etdiyini söyləyib: “Bu işlə bağlı mənim ərizəmi aldılar, amma məni dindirmədilər”.
Məhkəmə prosesi fevralın 9-da davam etdiriləcək.
NUH.az
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10