Apteklər boşalır: “Dərman mafiyası”nın yeni planı
Dərmanlar yenə qəhətə çəkilib, bahalaşma dalğası gəlir
Adil Qeybulla: “Dərmanlar öz ölkəsində olduğu qiymətdən iki dəfə yarım çoxdur. Bu, həddən artıq bahadır”
Bir neçə gündür ki, apteklərdə dərman qıtlığı yaşanır. Vətəndaşlar isə dərman qıtlığı ilə üz-üzə qalıb. Apteklərdə müxtəlif adda dərmanlara ehtiyac yaranıb. Aptek işçiləri isə problemin səbəbini alıcılara izah etməkdə çətinlik çəkiblər. Dərman idxal edən şirkətlər qar səbəbindən apteklərə mal buraxmadıqlarını bildirsələr də, məsələ tamamilə başqadır. Belə ki, “Zeytun”, “Avromed”, “Diamed”, “Zəfəran” və digər dərman satan şirkətlər Tarif Şurası qarşısında məsələ qaldırıblar ki, ya dərmanların qiyməti dərman şirkətləriylə razılaşdırılsın, ya da anbarlardan dərman preparatları apteklərə paylanmayacaq.
Dərman şirkətlərini narazı salan məsələ də ondadır ki, Azərbaycanda dərman istehsalı olmadığına görə, məhsullar xaricdən idxal olunur. Tanınmış dərman firmalarından biri olan “Avromed” şirkəti dərman preparatlarını Bakı və bölgələrdə olan anbarlarında saxlamaqla özündən asılı olan apteklərin fəaliyyətini iflic edib. Bu şirkət rəqabət qaydalarını pozaraq fırıldaqçı yola əl atıb. Bu şirkətlə yanaşı digər dərman firmaları hələlik dərman preparatlarını anbarlarda saxlamaqda davam edir. “Avromed” şirkətinə daxil olan qeyri-rəsmi informasiyaya görə Tarif Şurası dərman preparatlarının qiymətini 12% artıracaq.Bu səbəbdən anbarlarında olan malların uzərində əlavə 12% qazanmaq imkanıni itirməmək üçün dərman şirkətləri əhalini çıxılmaz vəziyyətə salıb. Prosesin nə qədər davam edəcəyi məlum deyil. Məlum olan isə odur ki, ölkədə, kiçik və orta sahibkarlığın inkişafına əsas əngəl olan qeyri sağlam rəqabət mühiti, monopoliya qalmaqda davam edir. Ekspertlər hesab edir ki, bir qrup oliqarx deputat və məmur azad bazar münasibətlərinin formalaşmasının qarşısını almaqla ölkəni uçuruma sürükləməkdədir.
“Nə qədər ki, manat sabitləşmir...”
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə bildirib ki, dərman preparatlarının qiymətlərinin artması ehtimalı var: “Çünki nə qədər ki, manatın ucuzlaşması prosesi gedir, nə qədər ki, manat stabilləşmir, bu gözlənilən haldır. Nəinki dərman preparatlarına, ölkəyə idxal olunan bütün məhsullara bu aiddir. Yəni, bu təbii bir şeydir. Ölkəyə idxalla məşğul olan şəxslər dərmanları manatdan valyutaya çevirib aldıqlarına görə, o tənzimlənməlidir. Sadəcə olaraq dövlət vətəndaşlara daxili bazarda dərmanların ucuz olması üçün hansısa dotasiya verə bilər. Bundan əlavə başqa digər tədbirləri də görə bilər. Amma dərmanları ölkəyə idxal edən şirkət öz gəlirini də nəzərə alaraq müəyyən qiymətə satmaq üçün məcburdur”.
Ekspert deyib ki, Tarif Şurasının bu məsələyə müdaxiləsinin nə qədər düzgün olub-olmamasını demək çətindir: “Amma fikrimcə, azad rəqabət olsa, dərman preparatlarının qiymətləri açıq rəqabət prinsipinə tənzimlənər. Dərmanlar öz ölkəsində olduğu qiymətdən iki dəfə yarım çoxdur. Bu həddən artıq bahadır. Nəzərə alaq ki, əhalinin də alıcılıq qabiliyyəti yetərincə aşağıdır”.
Adil Qeybullanın sözlərinə görə, Azərbaycanda dərman istehsalı mürəkkəb məsələdir: “Dərman istehsalından öncə yaxşı olardı ki, ən azı yarımfabrikat xammal malların Azərbaycanda qablaşdırılmasına nail ola bilsək, yaxşı olardı. Məsələn, antibiotiklərin tozları, müxtəlif dərman maddələrinin maye tərkibləridir ki, onlar Azərbaycanda qablaşdırılsa, son məhsul zavodu da olar. Bu üsul ilkin olaraq Türkiyədə də həyata keçirilmişdi. Öz firması indi Almaniyanın şirkətidir ki, Türkiyədə onun zabodu var. Almaniyadan ora birbaşa məhsul gəlir və orada qablaşdırılır. Almaniya ilə müqayisədə dərman Türkiyədə xeyli ucuzdur. Kimyəvi təhlükə və keyfiyyət baxımından isə eyni məhsuldur. O baxımdan hələlik Azərbaycan mürəkkəb istehsala başlamazdan əvvəl istehsalın bu mərhələsindən yararlansa, yaxşı olar”.
NUH.az
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15