Əflatun Amaşov deputatlığının bir ili barədə seçicilərinə üzbəüz hesabat verdi... - FOTO
Fevralın 3-də Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Saatlıda bu rayonun icra hakimiyyətinin 2016-cı ildə gördüyü işlərə dair hesabat konfransında iştirak edib.
Hesabat konfransını giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirib ki, respublikanın digər bölgələri, şəhərləri, qəsəbə və kəndləri kimi, Saatlı rayonunda da son illər iqtisadiyyatda, sosial-mədəni həyatda qazanılan bütün uğurlar dövlət başçısının göstərdiyi yüksək diqqət və qayğı sayəsində əldə olunub. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrasından ötən 3 il ərzində Saatlı rayonunda görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilir və hər bir sahədə uğurlar var. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır. Rayonun 2016-cı ildəki sosial-iqtisadi göstəriciləri bunun əyani təzahürüdür. Belə ki, 2016-cı ildə rayonda ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 1,1 faiz artaraq 217328,1 min manat olub. Ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 90,0 faizə yaxın təşkil edir. S.Cabbarov çıxışında digər iqtisadi göstəricilərə toxunub, o cümlədən vətəndaşlarla iş sahəsindəki vəziyyətlə əlaqədar spesifik məqamları qabardıb.
Hesabat konfransındakı çıxışında Milli Məclisin deputatı Ə.Amaşov Saatlı Rayon İcra Hakimiyyətinin baqçısı S.Cabbarovun 2016-cı ilə dair hesabatını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyevin məmurlar qarşısında müəyyənləşdirdiyi başlıca tələb əhalinin problemlərinə münasibətdə həssas davranmaqdır. Həssas münasibət həm qanunlardan irəli gələn tələbdir, həm də mənəvi məsələdir.
Ə.Amaşov da çıxışında Milli Məclisin üzvü kimi fəaliyyətinin ötən bir ili ilə bağlı bəzi statistik rəqəmləri açıqlayıb. Deputat deyib ki, 2016-cı ildə ona 292 məktub daxil olub ki, həmin sənədlərdən də 158-i bilavasitə vətəndaş müraciətidir. Daha 10 vətəndaş müraciəti aidiyyatı üzrə daxil olub. Ümumilikdə 168 vətəndaş müraciətindən 23-ü ilkin mərhələdə araşdırılıb və orada göstərilən problem həll olunub. Digər 145 müraciət ilə əlaqədar müvafiq qurumlara sorğu göndərilib. Həmin sorğulardan 124-nə rəsmən cavab alınıb.
"İl ərzindəki 168 vətəndaş müraciətindən 112-i deputatı seçildiyim 62 saylı Saatlı seçki dairəsinə daxil olan kənd və qəsəbələrin sakinlərindəndir. 56 müraciət isə Saatlı sakini olmayan vətəndaşlardandır. 155 müraciətlə bağlı ayrı-ayrı qurumlara ünvanlanmış sorğulara verilmiş 124 cavab nəticəsində müəyyənləşdirilib ki, 86 vətəndaşın istəyi təmin olunub. Digər 38 cavab məktubundan 30-da vətəndaşın istəyinin qeyri-qanuni olduğu barədə məlumat verilib. Yerdə qalan 8 cavabda vətəndaşın istəyinin mərhələlərlə təmin ediləcəyi əsaslandırılıb", - deyən Ə.Amaşov onu da bildirib ki, deputat kimi ona şifahi müraciətlər də daxil olmaqdadır. İl ərzində ona edilən 108 şifahi müraciət üzrə ayrı-ayrı qurumlarla əlaqə saxlanıb. Ümumilikdə 80-ə yaxın vətəndaşın istəyi təmin olunub.
Deputat, həmçinin, Saatlı rayonunun sosial-iqtisadi vəziyyətinin, yol infrasturukturunun yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi üçün Saatlı Rayon İcra Hakimiyyəti ilə birgə fəaliyyətin uğurlu nəticələr verdiyini vurğulayıb. Qarşıda daha mühüm vəzifələrin dayandığını diqqətə çatdırıb.
Hesabat konfransında çıxış edən Milli Məclisin 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə deputatı, parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Prezident Administrasiyasının əməkdaşı İbrahim Mustafayev və başqaları Saatlı rayonunda 2016-cı ildə görülmüş işlərin tempinin respublika üzrə həyata keçirilən tədbirlərə adekvat olduğunu vurğulayıb, gələcəkdə daha çevik fəaliyyət göstərilməsinin zəruriliyini əsaslandırıblar. Tədbirdə bu istiqamətdə rayon ictimaiyyətinin təmsilçiləri ilə də müzakirələr aparılıb.
NUH.az
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 2024 13:04
- Rubensin 400 illik şah əsərindəki qırmızı tutuquşunun sirri açıldı (FOTO)
11 aprel 2024 23:53
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- 7 ay komada qalan zabitimiz bu gün şəhid oldu - Foto
7 aprel 2024 20:49
- Nazir sabiq baş həkimə vəzifə verdi (FOTO)
5 aprel 2024 11:15
- İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib - FOTO
24 mart 2024 06:08
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39