Nazir müavinin himayə etdiyi xanım direktor müəllimlərə qan uddurur – Gəncədən xəbər var
Bu gün Bizimxeber.az-ın redaksiyasına Gəncə şəhəri, 10 saylı məktəbin bir qrup müəllimi tərəfindən şok edici müraciət daxil olub. Məktubda qeyd olunan fikirlərin etik olmayan hissələrini redaktə etməklə təqdim edirik.
Məktubda deyilir:
Bir neçə vaxtdır ki, adı kütləvi informasiya vasitələrində davamlı olaraq hallandırılan Gəncə şəhərindəki 10 saylı məktəbin direktoru Arzu Əliyeva öz müavini Rəna İsmayılovanı dünən xəstəxanalıq etdi…
Buna səbəb müavinin direktor Arzu Əliyevanın çirkin əməllərinə dəstək verməməsi olub. Vəziyyət o yerə çatıb ki, müavin Rəna İsmayılova iş otağında yüksək təzyiq keçirmiş, vəziyyəti ağırlaşmış və dünən günorta saatlarında məktəbə bir-birinin ardınca təcili tibbi yardım maşını çağırılmışdır. Rəna İsmayılova hal-hazırda ambulator müalicə altındadır.
Bəli, bu özündən razı direktorun məktəbdə etmədiyi biabırçılıq qalmayıb. Niyə? Çünki, güc strukturları, aidiyyəti orqanlar Təhsil Nazirliyi səviyyəsində hələlik, buna göz yumur.
Direktor Arzu Əliyeva isə hazırda özünü Təhsil Nazirinin müavini Mətin Eynullayevin yaxın adamı kimi təqdim edərək hamıya aşkar şəkildə direktor seçilərkən keçirilən müsabiqədə ona Mətin Eynullayevin kömək etdiyini belə bildirməkdən çəkinmir. Mətin Eynullayevin onlarla ailəvi yaxın olduğunu, nazir müavini ilə bir evli kimi olduğunu hamıya tez-tez deməkdən ləzzət alır. Sanki bu direktorun psixoloji problemləri var. Tez-tez koridora çıxıb telefonla uzun -uzadı danışır və müəllimlər otağına gəlib cənab nazir Mikayıl Cabbarovla danışdığını bildirir.
“Kim mənə nə edə bilər, məni bir başa Mətin Eynullayev himayə edir , axşam da ailəlikcə ailəvi istirahət mərkəzində bir yerdə idik” deyir.
Bu günlərdə Arzu Əliyeva müəllimlər otağında məktəbin fəal müəllimlərindən olan Nuridə müəlliməni təhqir etmiş, nəticədə onunla əlbəyəxa olmuşdur.
“Sən məni tanımırsan, mənə dəli ceyran deyərlər” deyə öyünmüşdür. Bundan sonra telefonla öz həyat yoldaşına zəng edib məktəbə çağırmış və məktəb direktoruna yaraşmayan biabırçı hərəkətlərə imza atmışdır.
Direktor təyin olunan gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı. Bu adam qadın olmağına baxmayaraq dərsə girib hətta anası və atası yaşında olan müəllimlərə belə şagirdlərin gözü qarşısında qışqırır,ədəbsiz sözlər işlədir. Belə hərəkət heç bir pedaqoji etikaya sığmır. Məktəbdə rüşvət ayaq tutub yeriyir.
Bəzi işçilər var ki, məsələn, Təhminə Əliqızı, Xəyalə, Təranə və Nigar xanım adı işdə olsa da bu adamları məktəbdə görən olmayıb, çünki bunların maaş kartı direktor Arzu Əliyevadadır. Məktəbəqədər hazırlıq qruplarında dərs demək üçün məktəbin iki laborantından (?) hərəsindən 5000 manat pul alaraq həmin qrupları onlara vermişdir. Həmin işçilər qanunsuz hazırlıq qruplarında dərs aparırlar.
Bu məsələ mətbuatda işıqlandırılandan sonra bu dərslərin başqa sahibləri də meydana çıxıb, məlum olub ki, eyni bir dərsi müxtəlif adamlara verməklə maliyyə pozğunluğu yaradılıb .
Bundan başqa məktəbin 90 nəfərə yaxın müəllimindən hər birindən abunə pulu adı ilə 12 manatdan pul yığmış, bu pulun 300 manatını abunəyə keçirtmiş və qalan hissəsini isə özü mənimsəmişdir.
Arzu Əliyeva adını çəkmək istəmədiyimiz özünü jurnalist kimi təqdim edən bir xanıma (amma, əslində bu adam jurnalist deyil) 500 manat pul verib özü haqqında bir nömrədən ibarət bir qəzetdə material yazdırıb, onu həm müəllimlər otağında stolların üstə qoyub müəllimlərə oxutdurur, həm də kseroks edib məktəbin şagirdlərinə paylayır ki, oxuyun görün mənim haqqımda qəzetdə müsbət bir məqalə yazılıb. Bütün günü dərs otaqlarına girib sinif rəhbərlərinə həmin cəmi bir nüsxədən və bir nömrədən ibarət olan daha çox sovet dövrlərinin fotomontajını xatırladan həmin qəzetdə dərc olunan məqalənin müzakirəsini keçirtdirir. Amma bizim fikrimizcə, orta məktəblərdə gənc nəsilə elm öyrədilməlidir.
Bu insan məktəbi vahimə yuvasına çevirmişdir və hər kəslə qəddarcasına rəftar edir. Məktəbdə oxuyan şagirdlərin təhsilinə və xarakterinə zərbə vuran, tədris binasında söyüşlə danışmağa üstünlük verən belə bir şəxsin qanı Azərbaycanlı qanı ola bilməz. Apardığımız araşdırmalar bunu deməyə əsas verir. Bu barədə, yəni direktorun anasının kimliyi və milliyəti barədə əldə etdiyimiz sənədlərin surətini yaxın günlərdə Sizə təqdim edəcəyik (hələlik müəyyən dəqiqləşdirmələr aparılır)
Cəmiyyətin bu qədər problemləri arasında, təhsil işçisinin də bir yandan özbaşınalığına şahiddir, bu gün Gəncə!…
Bu gün Gəncə “qansız başların” meydanına çevrilmişdir. Gələcəyimiz olan gənclərin təhsil aldığı elm ocağı bax bu haldadır. Hər kəs də buna göz yumur.
NUH.az
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04