Abutalıbov MTN şefinin toruna necə düşüb? - “Oğlu ilə bağlı faktlar...”
Vaxtı ilə radikalları tora salıb onlarla əlaqələr quran keçmiş Eldar Mahmudovun indi həmin qrupdan özünü həbsdən sığortalamaq üçün istifadə etdiyi iddia olunur
Son 4 ayda Azərbaycanda 9 terrorçu məhv edilib. Daha dəqiqi, onlara qarşı əməliyyat keçirilərkən hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərdikləri üçün bu şəxslər yerindəcə zərərsizləşdirilib.
Dünyada yüksəlməkdə olan terror təhdidləri fonunda ölkəmizə qarşı da bu yöndə hədələr artmaqdadır. Bəzən internet üzərindən ölkəmizə yönəlik hədə dolu videomüraciətlər də yayılır. 2 ay ərzində bir neçə belə video paylaşılıb. Bu hədələrin məqsədi, arxasında hansı niyyətlərin dayanması haqda sabiq təhlükəsizlik xidməti polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın fikirlərini təqdim etmişdik. Ekspert bildirmişdi ki, Azərbaycan böyük mənada terrorçuların hədəfində deyil, amma beynəlxalq terror təşkilatları bir qayda olaraq müsəlman ölkələrinin hamısını hədəfə götürürlər…
Maraqlıdır ki, 2016-cı ildə Eldar Mahmudovun ləğv edilmiş MTN-ə rəhbərlik etdiyi 11 il ərzində Azərbaycanda bu qədər terrorçu zərərsizləşdirilməmişdi. Bununla bağlı müxtəlif fikirlər səsləndirilsə də, əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, sabiq nazir bir çox sahələri nəzarətinə alıb pul qazandığı kimi, vəhhabi amilindən də ciblərini doldurmaq üçün istifadə edib.
Bunun üçün çox maraqlı iş üslubu seçilib. Vəhhabilərin pullarını almaqla özlərini də təsir altına sala biliblər. Vəhhabi qrupları və bu qruplara üzv olan şəxslərlə bağlı ətraflı informasiya toplayan E. Mahmudovun dəstəsi əsasən onların toplantı və tədbirlərində yeni-yeni görünməyə başlayan gəncləri həbs edib.
Bundan sonra həmin şəxsin ailə üzvləri, qohumları ilə əlaqə yaradıb vəziyyətin pis olduğunu deyiblər. “Yuxarıların” istədiyi pulu ödəməsələr, övladlarının uzunmüddətli həbsə göndəriləcəyini söyləyiblər. Beləcə, vəhhabilərin həm pulları əllərindən alınıb, həm də özləri “mahmudovçu”ların nəzarəti altına düşüblər. Vəhhabi qruplarına rəhbərlik edən şəxsləri də həbs etməməklə nəzarət altında saxlayıblar.
Zaman-zaman mətbuatda MTN-in sabiq rəhbərliyinin gizli silahı – radikal vəhhabilərlə bağlantıları barədə məlumatlar geniş yer aldığından bu mövzu üzərində çox dayanmaq istəmirik…
Bir maraqlı məqamı da qeyd edək: Mətbuatda əvvəllər yazıldığı kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da vəhhabidir. Merin oğlu Azərbaycandakı vəhhabilərin əsas sponsoru rolunu da oynayıb. Təbii ki, bunu E.Mahmudov da bilməmiş olmayıb. H.Abutalıbovun oğlunu nəzarətdə saxlayıb, öz adamlarını onun yaxın ətrafına yerləşdirməklə daha radikal düşüncəli dindaşları ilə yaxınlığı, radikal təriqətə maliyyə yardımının göstərilməsi “təmin” edilib.
Oğul Abutalıbov xirtdəyə qədər zibilə batandan sonra isə bütün faktlar, sübutlar Hacıbala Abutalıbovun masasının üzərinə qoyulub. Bu əməliyyatdan sonra Bakı meri Eldar Mahmudovun təsir dairəsinə düşüb, onun şirkətlərinə şəhərin mərkəzində çoxmərtəbəli binalar tikmək üçün icazələr verilib.
Oxşar əməliyyatlar digər məmurlara qarşı da keçirilib və bu əməliyyatlar əksərən sabiq nazirin və ətrafının varlanmasına xidmət edib. İşin gedişində vəhhabilərin özləri də nəzarət altına alınıblar.
Gerçək təhlükə mənbəyi olan radikal dini cərəyanın ölkədaxili artımını maliyyələşdirən və Mahmudovun çətiri altında, ən müxtəlif bizneslərdə onunla ortaq olan vəhhabilərin biznes şəbəkələrinə isə “yaşıl işıq” yandırılıb. Sadalananlar böyük bir prosesin – dini müxalifəti nəzarətdə saxlamaq adı ilə bu sferada törədilən özbaşınalıqların epizodik hallarıdır. Lakin bunlar belə Mahmudov çetesi tərəfindən radikal cərəyanlarla mübarizə əvəzinə, onlardan məmurları ovlamaq üçün tələ kimi istifadə etdiyinin bir nümunəsidir. Digər tərəfdən də, bu faktlar Mahmudovun radikallarla əlaqələrinin haralara qədər gedib çıxdığını göstərir. Ən başlıcası isə Eldar Mahmudov bu gün azadlıqdadır və onunla biznes ortaqlığı olan vəhhabilərlə əlaqələri də qalmaqdadır.
Mümkündür ki, ölkəmizə qarşı atılan addımlarda, vəhhabilərin radikallaşmasında, bir-birinin ardınca hədə videoları yaymalarında Mahmudov faktoru da rol alır.
Azərbaycan böyük mənada terror təşkilatlarının hədəfində deyilsə, onda son vaxtlar bir qrup vəhhabinin aktivləşməsinin digər səbəbləri üzərində düşünməyə dəyər. Sirr deyil ki, Eldar Mahmudov özünü həbsdən sığortalamaq üçün bütün imkanlarından istifadə etməyə çalışıb. Mümkündür ki, onun sağ əli olmuş general Akif Çovdarov və digər sabiq MTN generallarının məhkəmə prosesinin gedişində Mahmudovun həbsi məsələsi yenidən gündəmə gəlib və bunun üçün əsaslar yaranıb. Güman edilir ki, Eldar Mahmudov bu dəfə əlaqələri olan radikal islamçıları hərəkətləndirərək, hakimiyyət dairələrinə “mənim əmrimə tabe olan xeyli radikal vəhhabi var, problem yarada bilərəm” mesajını ötürmək və bu vasitə ilə növbəti dəfə həbs təhlükəsini önləmək cəhdi edir./musavat.com/
NUH.az
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06