Fuad Ələsgərov müsahibə verdi: “İslahatların yeni mərhələsi…”
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamla əlaqədar AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb. Bu Sərəncamın qəbul edilməsi hansı zərurətdən irəli gəlib?
– İmzalanan Sərəncam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Bu Sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir.
Azadlığın cəmiyyətin ən ümdə və zəruri şərti olduğunu dəfələrlə vurğulayan cənab Prezident verdiyi tapşırıqlar, qəbul etdiyi hüquqi aktlar, mütəmadi imzalanan əfv sərəncamları ilə cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcrid etmədən islah etmənin daha effektiv və səmərəli olduğunu göstərib.
Bu sahədə görülən işlərə və həyata keçirilən islahatlara baxmayaraq, aparılmış araşdırmalar və analitik təhlillər göstərib ki, ibtidai istintaq və məhkəmə orqanları cinayət təqibinin gedişində zərurət olmadan şəxslərin həbs edilməsinə yol verirlər. Azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir. Cəzaların icra edilməsinə məsul olan orqanlar tərəfindən cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır.
Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini təmin edəcək. Qeyd edilən hər bir istiqamətdə növbəti islahatlar dalğasının həyata keçirilməsinə təkan verəcək.
Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaq.
– İnstitusional islahatları qeyd etdiniz. Yeni yaradılacaq Probasiya xidməti barədə nə məlumat verə bilərsiniz?
– Qeyd etdiyimiz kimi, Sərəncamın əsas məqsədlərindən biri də cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah olunmasını təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Məhz bu məqsədə nail olmaq üçün ixtisaslaşmış yeni qurumun – Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasına qərar verilib.
Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.
Xarici ölkələrdə mövcud Probasiya xidmətlərinin funksiyaları və səlahiyyət dairəsi müəyyən cəhətlərinə görə fərqlənsə də, onları birləşdirən ümumi xarakterik xüsusiyyətlər var. Bu xidmətlər şərti məhkumetmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarət edən, habelə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən qurumlardır.
Ölkəmizdə yaradılacaq Probasiya xidmətinin əsas vəzifələri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş və ya şərti məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, bu fəaliyyətə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin etmək olacaq.
– Cəzaların icrası prosesində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi hansı imkanları yaradacaq?
– Azərbaycan Respublikasının Prezidenti istintaq və məhkəmə orqanlarına həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqini azaltmaq və alternativ cəza və qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü nəzərdən keçirməyi tövsiyə edib.
Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq edilir. Əfsuslar olsun ki, cinayət-prosessual qanunvericilikdə elektron nəzarət vasitələrinin tətbiqinə dair bir sıra ümumi müddəlar nəzərdə tutulsa da, bu günədək təcrübədə hüquq mühafizə orqanları onlardan istifadəni təmin etməyiblər. Məsələyə aydınlıq gətirmək üçün bu vasitələrin təbiqinin bəzi xüsusiyyətləri barədə məlumat vermək istərdim.
Elektron nəzarət vasitələrinin tətbiqi – məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir. Bu vasitələr çox vaxt qolbaq və ya saat formasında hazırlanır, xüsusi çiplərlə təhciz edilir və rabitə şəbəkələrinə qoşulur.
Elektron nəzarət vasitələrinin zədələnməsi, icazəsiz çıxarılması və ya onlara müdaxilə edilməsi cəhdləri olduqda bu barədə dərhal monitorinq mərkəzinə siqnal ötürülür və həmin şəxslərin qanunazidd davranışının qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
Sözsüz ki, elektron nəzarət vasitələrinin tətbiqi halları, qaydaları və şərtləri, həmçinin onların tətbiqinə məhdudiyyətlər detallı şəkildə işlənib hazırlanmalıdır. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu tərəfindən müvafiq normativ aktların layihələri hazırlanacaq.
– Sərəncamın əsas məqsədlərindən biri cəza siyasətinin humanistləşdirilməsidir. Bu, hansı formada həyata keçiriləcək?
– Cənab Prezident hər zaman olduğu kimi, şəxslərin azadlıq hüququnu ön plana çıxarıb və Sərəncamda həbs edilən və azadlıqdan məhrum edilən şəxslərin sayının artması ilə bağlı narahatlığını bildirib.
Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub. İlk növbədə, məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri tövsiyə olunub.
İkinci istiqamət isə qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunmasıdır. Bu məqsədlə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması və alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.
Bundan başqa, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması tövsiyə edilib.
Burada bir məsələyə diqqətinizi cəlb etmək istərdim. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görüləcək işlər ölkədə cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri zəiflətməməlidir. İctimai asayişin qorunması və cinayətlərin qarşısının alınması sahəsində zəruri tədbirlər davam etdiriləcək.
– Sərəncamın böyük bir hissəsi həbs qətimkan tədbirinin tətbiqi ilə bağlıdır. Bu barədə fikirlərinizi öyrənmək istərdik.
– Aparılmış təhlillər göstərir ki, bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir. Bu halların qarşısının alınması məqsədilə istintaq və məhkəmə orqanlarına tövsiyə edilib ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən hər bir şəxs barəsində ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər üzrə həbs qətimkan tədbiri yalnız müstəsna hallarda müvafiq əsaslar mövcud olduqda tətbiq edilsin.
Bildiyimiz kimi, həbs qətimkan tədbirinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətidir. Bəzi hallarda icra hakimiyyəti orqanları tərəfindən məhkəmələrə həbs qətimkan tədbirlərinin seçilməsi məsələləri ilə əlaqədar təsir etmək cəhdləri ilə bağlı Prezident Adminstrasiyasına məlumatlar daxil olur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti məhz bu kimi neqativ halların tam istisna olunması üçün məhkəmələrə həbsin seçilməsi ilə bağlı yalnız qanunun tələblərini rəhbər tutmalı olduqlarını xüsusi vurğulayıb.
Sərəncamda, həmçinin Ali Məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi olaraq ümumiləşdirilməsi tövsiyə edilib.
– Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı hansı tapşırıqlar verilib?
– Penitensiar müəssisələrdə infrastrukturun yenilənməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, məhkumların və həbs edilmiş şəxslərin elektron qeydiyyatını aparacaq yeni informasiya sistemininin təşkil edilməsi tapşırıqları verilib.
Penitensiar xidmətin peşəkar kadr korpusunun tam formalaşdırılması, etibarlı mühafizəsinin təşkil edilməsi üçün komplektləşdirilməsi və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub.
Cəzaçəkmə müəssisələrində məhkumların ictimai faydalı əməyə cəlb olunması məqsədilə həmin müəssisələrdə yeni istehsal sahələrinin yaradılmasına dair tapşırıqlar verilib, bu işə sahibkarların cəlb edilməsinin təşviq olunması üçün tədbir görülməsinin zəruriliyi vurğulanıb.
Penitensiar müəssisələrdə saxlanılan şəxslərin yemək, tibbi-sanitariya, maddi-məişət təminatına nəzarətin gücləndirilməsinə dair ayrıca göstərişlər verilib.
Yekunda bildirmək istərdim ki, artıq Sərəncamın icrası ilə bağlı işlərə başlanılıb. Möhtərəm Prezidentin verdiyi tapşırıqların icrasına ciddi nəzarət həyata keçiriləcək və əminəm ki, gözlənilən nəticələr əldə olunacaq.
NUH.az
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- 26 ildir restoranda yemək yeyən qarğa insan kimi danışır - VİDEO
23 mart 2024 21:35
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06