Ruhumuzdakı keçəllik və kosalıq...
Milli Elmər Akademiyamız Novruz bayramında papaq atmaqdan imtina etməyə çağırıb.
AXCP-nin rəhbərlərindən biri hörmətli Razi Nurullyev də KOSA-dan və KEÇƏL-dən imtina eləməyə və yeni obrazlar yaratmağı təklif edib.
Gənc siyasətçi öz təklifində qeyd edib, ki, “Bizim Novruz bayramı qəhrəmanlarımız olan Kosa və Keçəl obrazları xoşuma gəlmir. Mənə belə gəlir ki, bizim müdrik olan babalarımız xalqımız üçün belə aşağılayıcı obrazlar düşünə bilməzdilər. Deyirik ki, mədəniyyətimizi Avropada, dünyada təbliğ edək. Keçəli və Kosanı görənlər düşünəcəklər ki, bizim hamımız Kosa və Keçəlik. Bu obrazlardan imtina etmək zamanı deyilmi? Niyə xalqımıza başucalığı gətirən obrazlar yaratmayaq”
Razi Nurulalyevin düşüncəsinə görə, Kosadan və Keçəldən imtina edən kimi Avropa ailəsinə qovuşacğıq.
Qərbə inteqrasiyanın yolu guya Keçəldən və Kosadan imtina etməkdən keçir...
Vallah, bunlar hamısı sadəlövh düşüncənin məhsuludur. Yaxşı, tutaq ki, Keçəldən və Kosadan imtina etdik və onların yerinə hansısa bir modern obrazlar qoyduq. Bəs, sonra?
Bəs, ən əsası içimizdəki keçəlliyi və ruhumuzdakı kosalığı nə edək? Bunları ki, kəsib atmaq mümkün deyil.
Bu bilirsiniz nəyə oxşayır? Mən müşahidə etmişəm ki, bəzi deputatlarımız Avropaya inteqrasiya olunmaq üçün lopa bığlarını qırxırlar və elə bilirlər ki, bununla Avropanın ürəyinə yol tapacaqlar. Biz bir cəmiyyət olaraq elliklə bığımızı, başımızı, hər yerimizi qırxdırsaq da Avropaya inteqrasiya oluna bilmərik. Avropaya inteqrasiyanın yolu başqa yerdən keçir və başqa yazının mövzusudur.
Razi Nurullayev deyir ki, “Keçəli və Kosanı görənlər düşünəcəklər ki, bizim hamımız Kosa və Keçəlik”.
Bəs, əksini necə düşünsünlər, a bəy?
Bəlkə, sən özün haqqında başqa cür düşünürsən?
Deyirsən ki, “Bizim müdrik olan babalarımız xalqımız üçün Kosa və Keçəl kimi aşağılayıcı obrazlar düşünə bilməzdilər”.
Bəs, bu obrazlar göydən düşüb?
Fikirini davam etdirən Razi Nurullayev bildirir ki, “Vaxtı ilə "Bakılı oğlanlar" da Moskvada verilişlərində azərbaycanlıları kartofsatan, göysatan kimi təqdim edirdilər. Elə bizi ona görə də bütün post-sovet məkanında bazar adamı kimi tanıdılar. Axı, bizim dünyaya təqdim edəcəyimiz mədəniyyət nümunələrimiz çoxdur. Niyə də özümüzü aşağılayıcı obrazlarla rüsvay edirik”
“Bazar adamı” geniş anlayışdır, a bəy...
AXCP sədrinin müavini başa düşmür ki, bazar adamı geniş anlyışdır. Təkcə bazarda kartof, soğan satana bazar adamı demirlər. Alim də, xalq şairi də, akademik də, siaysətçi də, deputata da, nazir də, din xadimi də bazar adamı ola bilər. Və bunlar bazarda göy satan, kartof satandan daha qorxulu və təhlükəlidir. Avropa bizim kartof-soğan satanlara görə, Kosaya, keçələ görə bizə gülməz, diplom satanlar, millətin maraqlarını satanlara, deputat mandatı və başqa şeyləri satanlara görə bizə yuxarıdan aşağı baxır, bizi ələ salırlar. Bu gün alimlik 5-6 min dollara, doktorluq 10 min dollara satılır. Müxalifətdə nə qədər mandat alverçisi var? Niyə onlardan deyil, Keçəldən, Kosadan imtina edək? Kosa, Keçəl onlardan biabırçıdır?
Kosadan, Keçəldən imtina etməyə nə var..?
Niyə bazarda kartof satana, göy satana bazar adamı deyə bilirik, ancaq diplom satana ziyalı deyirik.
Öz təşkilatını bir mandata satana müxalifətin vahid namizəd deyirik.
Gənc siyasətçi Kosadan, Keçəldən imtina edəndən sonra təklif edir ki, “Niyə xalqımıza başucalığı gətirən obrazlar yaratmayaq”.
Bax, ən maraqlı məqam budur ki, dövləti idarə etmək iddiasında olan (əslində mən burada heç bir pis şey görmürəm) bir siyasi təşkilatın liderlərindən biri heç nə təklif etmir. Ancaq Kosanı, Keçəli yıxaq...Bəs, sonra..? Bəs, onların yerinə nə qoyaq..?
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Prezidentliyə namizədə sual
28 mart 2018 13:34
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31