“Az ye, həmişə ye...” - Abdolbari Gözəl
Bu gün "Azərsun Holdinq" MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gözələ "Şöhrət" ordeni təqdim edilib.
Economics xəbər verir ki, iş adamına ordeni Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.
Qeyd edək ki, 2016-cı ilin dekabr ayının 28-də prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, A. Gözəl "Şöhrət" ordeni ilə təltif edilib.
Təqdimat mərasimində çıxış edən Ə. Həsənov qeyd edib ki, “Azərsun Holdinq” artıq milli şirkət deyil, xarici bazarlarda ciddi, rəqabətədavamlı oyunçu kimi qəbul olunur: “Təkcə onu qeyd etmək kifayət edir ki, holdinqin yaratdığı infrastruktur, istehsalat sahələri, logistika beynəlxalq standartlara cavab verir. Şirkətlər qrupunda on minlərlə vətəndaşımız çalışır ki, onlar yüksək əmək haqları ilə təmin olunublar. Holdinqin istehsal etdiyi məhsullar nəinki daxili tələbatı ödəyir, eyni zamanda milli brend kimi xarici bazarlarda tanınır ki, bunun nəticəsində ölkəyə xarici valyuta daxil olur. “Azərsun Holdinq” ölkəmizə yeni istehsalat mədəniyyəti gətirib. Holdinqin uğurlarının təməlində dayanan əsas amil odur ki, Abdolbari Gözəl bura zəhmətkeş insanları toplaya bilib. “Azərsun Holdinq” ölkənin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna yer tutur. Bu cür şirkətlər isə dövlətin diqqət və qayğısından bəhrələnir”.
Çıxışına yekun vuran prezidentin köməkçisi A. Gözəli çalışqan bir insan kimi xarakterizə edib. “Belə bir deyim var: hər gün öləcəyin kimi yaşa, lakin heç zaman ölmədiyin kimi çalış. Abdolbari Gözəl bu cür insanlardandır”, - deyə Ə. Həsənov qeyd edib.
A. Gözəl isə çıxışına xatirələri ilə başlayıb: “Mən Azərbaycana Turqut Özalın təklifi ilə gəlmişəm. O vaxt İrandan Türkiyəyə gedərkən Özala İsveçrəyə gedəcəyimi dedim. Çünki İran hakimiyyətinə dəstək verdik, amma bunun qarşılığını almadıq. Özal isə məni israrla Azərbaycana göndərdi. O zaman ilk dəstəyi Heydər Əliyevdən aldıq. Həmin dövrdə bizə tez-tez nazirlər “qonaq gəlirdi”. Bu barədə Heydər Əliyevə dedim. Prezident çox əsəbləşdi və onlara ciddi xəbərdarlıq etdi. Ardınca ölkə başçısı mənə dedi ki, “bundan sonra qonaq gələn olmayacaq". Biz o zaman qida sektoruna daxil olduq. İstehsal etdiyimiz çay artıq bir dünya brendinə çevrilib. Biz iş görərkən heç vaxt pulu, qazancı düşünməmişik. Bizdə bir məşhur misal var: böyük tikə boğazda qalar. Başqa sözlə, az ye, həmişə ye. Həmin dövrdə Azərbaycanda insanların maddi durumu çox pis idi. Qolundakı saatı sataraq evinə çörək alan adamları tanıyırdım. Çox şükür, o çətinliklərin öhdəsindən gəldik. Bu gün isə mənə prezident İlham Əliyevin verdiyi “Şörhət” ordeni təqdim edilir. Ölkə başçısının bu mükafatı onu göstərir ki, biz həqiqətən də çalışmışıq və çalışırıq. Bu mükafat mənə bir daha onu göstərdi ki, çəkilən zəhmət qiymətsiz qalmır”.
NUH.az
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Bu qan qrupundan olan qadınlar ən ağıllı və gözəl uşaqları dünyaya gətirir
7 aprel 2024 20:59
- İstədiyimiz nəticəni əldə edə bilmədik - Ərdoğan seçkidən danışdı
1 aprel 2024 10:30
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49