MTN generallarını kim qoruyur?
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) adı ən müxtəlif cinayətlərdə hallanan vəzifəli əməkdaşlarının həbs edilməməsi hələ də geniş müzakirə mövzusudur.
“Yeni Müsavat” yazır ki, niyə adları müxtəlif cinayətlərdə hallanan sabiq MTN-çilər azadlıqda gəzirlər və onları qoruyan kimlərdir? Bu işdə böyük bir nazirliyin ləğvinə gətirib çıxaran, ancaq azadlıqda qalmağı bacaran Eldar Mahmudovun rolu varmı?
Məsələn, “MTN işi” üzrə zərərçəkən Hüseyn Səfərov Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə prosesdə çox kəskin şəkildə istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin həbsini tələb edib. Onun məhkəmədə dediklərindən sitat: “Mövlam Şıxəliyev niyə gizlənir? Bu adam general olsa da, dövlətə xəyanət edib. Akif Çovdarov bir az abırlıdır, heç olmasa, bir neçə epizodu etiraf edir, bunlar onu da eləmir”.
Akif Çovdarov da, Mövlam Şıxəliyev də böyük idarələrin rəisləri olublar. Hər iki şəxs generaldır. Hər birinin əməlləri haqda kifayət qədər məlumatlar, ifadələr ortadadır. Bəs niyə Akif Çovdarov həbsdə, Mövlam Şıxəliyev azadlıqdadır?
Azadlıqda qalan digər bir şəxs isə Mövlam Şıxəliyevin işçisi Elşən Murtuzovdur. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, hazırda həbsdə olan general Elçin Quliyevlə nazirliyin İstintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Elşən Murtuzov arasında bir müddət əvvəl üzləşmə keçirilmişdi. Yayılan xəbərlərdən bəlli olurdu ki, rəislə müstəntiq 2014-cü ildə intihar edən MTN polkovniki Malik Mustafayevin və nazirlik tərəfindən saxta, qondarma ittihamlarla qanunsuz həbs olunan şəxslərin işi üzrə üzləşdirilib. Müstəntiq Elşən Murtuzov apardığı saxta cinayət işlərindən danışıb. Belə ki, qanunsuz həbslərlə bağlı qərəzli istintaqın birbaşa MTN generallarının tapşırığı ilə həyata keçirildiyini səmimi etiraf edib. O, üzləşmə prosesində general Elçin Quliyevin və MTN-in həbsdə olan digər yüksək vəzifəli şəxslərinin qanunsuz əmrlərini icra etdiyini açıqlayıb. E.Murtuzov hazırda həbsdə deyil, hətta əvvəlki vəzifəsini MTN-in bazasında yaradılan yeni qurumda davam etdirməsi haqda da bilgilər var. Amma E.Murtuzovun əməllərindən zərərçəkənlər də az deyil. Konkret olaraq, intihara vadar edilən MTN polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayev hüquq-mühafizə orqanlarından vaxtilə onu qanunsuz həbsə almış Elşən Murtuzovun da həbsini tələb edir.
Bugünlərdə “MTN çetesi” üzvlərinin işi üzrə keçirilən daha bir prosesdə əsas diqqətçəkən məqam polkovnik Təhsin Ağayevlə bağlı oldu. T.Ağayev MTN-in İstintaq Baş İdarəsində rəis müavini olub. Baş idarədə 1-ci idarənin rəisi olan Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş kimi tanınan Müsənnif Salahov Təhsin Ağayevin də əleyhinə ifadə verib. M.Salahov istintaqa ifadəsində bildirib ki, Təhsin Ağayev və Vüsal Ələkbərov ona hədə-qorxu gələrək 600 min manatını alıblar. M.Salahov deyib ki, 2012-ci ildə bank rəhbəri Etibar Əliyev həbs olunduqdan sonra bir qrup MTN əməkdaşı onun çalışdığı filiala gəliblər. Növbəti gün onu Vüsal Ələkbərovun yanına, o isə öz növbəsində Təhsin Ağayevin otağına aparıb.
Zərərçəkmiş deyib ki, bu epizod üzrə ittiham olunan şəxslərdən biri də Təhsin Ağayevdir. Lakin V.Ələkbərovun barəsində olan cinayət işinin ittiham aktında T.Ağayevin dindirilməsinin “səhhəti ilə bağlı mümkün olmadığı” qeyd edilib
Vəkili isə deyib ki, müvəkkilinin dili tutulub, danışa bilmir.
Vəzifədə ikən xəstəliyinin işinə mane olmayan birinin işdən çıxarılandan dərhal sonra “ağır xəstələnməsi” və bu səbəbdən onun dindirilməsinin mümkünsüzlüyünün əsas gətirilməsinə kim inanar?
Bu günədək azadlıqda qalmağı bacaranlardan biri də sabiq nazir Eldar Mahmudovun müavini Hilal Əsədovdur.
General Hilal Əsədovun keçmiş şefi Eldar Mahmudovun cinayətləri haqda, istintaqçıların dili ilə desək, “səmimi ifadə” verdiyinə görə azadlıqda qaldığı bildirilir. Eldar Mahmudov Hilal Əsədovu 2005-ci ildə özünə müavin təyin edib. Hilal Əsədov Eldar Mahmudovun şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib. O, nəzarətində olan idarə və mərkəzin fəaliyyəti çərçivəsində tədbirləri, məlumatları Eldar Mahmudova məruzə edib.
Hilal Əsədov “8-ci kilometr bazarı”nın sahiblərindən pul alınmasının birbaşa iştirakçısıdır. Və bunu gizlətmir də. Bir müddət əvvəl yayılan ifadəsində belə bir cümlə də vardı: “Eldar Mahmudov dedi ki, halallıqla bazarı alın”.
“Halallıq” deyilən məsələ bazarın sahibləri olan qardaşların MTN-ə aparılaraq döyülməsi, əmlaklarının əlindən alınması olub. Hilal Əsədov da azadlıqdadır. Baş Prokurorluğun yaydığı məlumatlardan belə aydın olur ki, bu gün həbsdə 20 MTN əməkdaşı var. Həbsdə olanlarla azadlıqda qalanların əməlləri arasındakı fərq isə demək olar ki, yoxdur. Bəs bu ayrı-seçkiliyin səbəbi nədir?
NUH.az
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
- Bunu qatığa 1 qaşıq əlavə etsəniz, sonsuz faydalarını görərsiniz- Sağlamlıq sirri
23 mart 2024 20:40
- Orucluq dövründə intim münasibət olarmı ? - Halal və haram olan nələrdi..
11 mart 2024 13:25
- Sumqayıtın qorxu doğuran daha bir problemi: Kütləvi şəkildə çoxalan təhlükəli küçə itləri..
10 mart 2024 20:52
- “Bakcell”in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir - Fotolar
30 noyabr 2023 17:40
- Səbail Bələdiyyəsindəki özbaşınalıq dalğası səngimək bilmir...
17 oktyabr 2023 13:44
- Prezident Gədəbəy hadisələrindən danışdı
11 iyul 2023 22:54
- Putinə və Kabayevaya görə insanların Valday gölünə çıxışı QADAĞAN...
20 mart 2023 22:21
- Qiyamət Buzlağında qəribə formasiyalar... alimlər həyəcan təbili çaldı
17 fevral 2023 11:27
- Faşizmdən daha təhlükəli FARSİZM
27 yanvar 2023 21:15
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31