Xətai rayonunda növbəti “ağac soyqırımı”
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən virtualaz.org saytına bildirilib ki, sözügedən ərazidə ağacların kəsilməsi və yaşıllığın məhv edilməsi ilə bağlı məlumat daxil olan kimi hadisə yerinə mütəxəssilər göndərilib. Araşdırma zamanı 9 ədəd ağacın (5 ədəd şam, 4 ədəd qarağac və bir ədəd zeytun) kəsildiyi aşkarlanıb.
“Əfsuslar olsun ki, bizim təhqiqat aparmaq səlahiyyətimiz olmadığı üçün bu barədə aidiyyatı orqanlara müraciət edilib. Ağacların kim tərəfindən kəsilməsi müəyyən olunduqdan sonra tədbir görüləcək, qanuna müvafiq cərimələr tətbiq olunacaq. Ətrafda yaşıllıqların monitorinqi keçirilib və tərəfimizdən nəzarətə götürülüb”- adıçəkilən nazirliyin əməkdaşı əlavə edib.
* * *15:58
“Ulu öndərin gözəl kəlamı var. O deyirdi ki, bir yaşıl ağac kəsiləndə elə bilirəm ki, mənim sağ qolumu kəsirlər. İndi bunlar gözümüzün önündə ağacları məhv edirlər, deyirlər gedin hara istəyirsiniz şikayət edin, heç kimdən qorxmuruq”.
Bunu virtualaz.org saytına Xətai rayonunun Xudu Məmmədov küçəsindəki 25, 27 və 29 saylı binalarda (metronun “Həzi Aslanov” stansiyasının yaxınlığı) yaşayan sakinlər deyirlər. Onların sözlərinə görə, yaşadıqları ərazidəki ağaclar yerli icra orqanları tərəfindən qanunsuz olaraq kəsilir.
Sakinlərin sözlərinə görə, qeyd edilən ərazi 1970-ci ildən abadlaşdırılmış uşaq meydançası, yaşıllığı ilə seçilən bir yer olub. Sonradan kimlərinsə “sayəsində” bu cür ərazi məhv edilib, hazırda da məhv edilməkdədir.
Bina sakini Cəmilə Ağayeva deyir ki, təxminən üç il bundan əvvələ kimi ərazidəki meydançada həm uşaqlar, həm də yaşlılar istirahət ediblər. Günlərin birində isə meydança dağıdılıb, ərazidə yeni bina inşa olunub: “Əlli ilə yaxındır ki, beşmərtəbəli binalarda yaşayırıq. Həyətimizdə gözəl uşaq meydançamız var idi. Gəldilər, sındırdılar, ağacları kəsib apardılar, yerində bina tikdilər”.
C.Ağayevanın sözlərinə görə, sakinlərə ətrafda təmir-bərpa işləri aparılacağına, yenidən oturacaqlar qoyulacağına söz verilib: “Nə uşaqların oynamağa, tərpənməyə, nə də yaşlıların oturmağa yeri qalmışdı. Bina tikildi, amma hələ də xeyli yer var. Bizə narahat olmamağı məsləhət gördülər, hər şeyin yenidən bərpa olunacağına inandırdılar. Ona görə də səsimizi çıxarmadıq”.
Bina sakinləri deyirlər ki, martın 9-da həyətdə ağacların növbəti dəfə kəsildiyini görüncə etiraz ediblər. Sakinlərin səs-küy qaldırmasından sonra iş dayandırılıb. Amma cəmisi iki gün sonra – 11 martda nəhəng və orta həmişəyaşıl ağaclar kökündən kəsilib, tələm-tələsik üstüörtülü yük maşınına yüklənib və ərazidən kənara daşınıb: “Gözümüzün qabağında şam ağaclarını kəsdilər, maşınlara yüklədilər. Gözəl ağaclardı, qoyardılar qalardı. Onu kəsənlər heç “uf” da elmədilər, elə bil bunlar əkmişdilər. Ağaclar kəsilən zaman sahə müvəkkili, Mənzil-istismar sahəsinin işçiləri də orda idi. İndi də deyirlər ki, bizim beşmərtəbəli binaların arasında 10 mərtəbəli bina inşa olunacaq. Deyirlər ki, gedin hara istəyirsiniz şikayət edin, buranı pulla almışıq, heç kimdən qorxmuruq”.
Sakinlər bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etdiklərini də deyiblər: “Bu gün nazirliyin iki əməkdaşı gəldi, məsələnin ciddi şəkildə araşdırılacağına söz verdilər”.
NUH.az
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım
9 aprel 2024 06:34
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22