Gəncənin “təhsil şefi” haqqında ŞOK İTTİHAMLAR
“Uğurlarından daha çox, baş verən biabırçı hadisələrlə gündəmdən düşməyən Gəncə Şəhər Təhsili haqqında hər gün yeni məlumatlar yayılır. Müraciətlərə, şikayətlərə baxdıqda böyük bir şəhərin Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun təhsili hansı səviyyədə idarə etməsini təsəvvür eləmək elə də çətin olmur. Elə bu nöqteyi-nəzərdən aidiyyəti orqanlara, Təhsil Naziri Ceyhun Bayramova müraciət edirik ki, aşağıda yazdıqlarımız faktları araşdırsınlar”.
Bu haqda adının qəzetimizdə açıqlanmasını istəməyən Gəncə sakini tərəfindən “Hürriyyət”in redaksiyasına göndərilən şikayət məktubunda qeyd olunur. Müəllif daha sonra qeyd edir:
“Etiraf edək ki, əslində problem və nöqsanların gündəmə gətirilməsi ilə təhsil ocağında iş bitmir. Çünki bu istiqamətdə həqiqətən də, ciddi addımlar atılmalıdır ki, zamanla da olsa, nəticəni görə bilək. Dövlət qurumları, Təhsil Nazirliyi susur. Təhsil bizə uşaq yaşlarından orta məktəbdə verilməsi ilə başlayıb, ali məktəbdə də davam edir. Lakin bu gün Gəncə şəhər təhsili ölkəmizdə məktəblər sırasında ən sonuncu yerlərdən birində dayanıb. İldən-ilə problemlər azalmaq əvəzinə, Zakir Hüseynovun belə idarə etmənsinin qarşısında nöqsanların sayı artır. Bunun da səbəblər var.
Təhsildə məktəb direktorları, müəllimlər şagirdlərdən inventar adı ilə, eləcə də müəyyən kitab-dəftər və digər şəhər tədbirlərinə yığılan külli miqdarda pulların nəticəsi əsasında baş verənlərin söylənməsi, saxta diplomla orta məktəbdə dərs yükləri verilən şəxslərin müəllim kimi fəaliyyət göstərməsinin nəticəsi belə arzuolunmaz narazılığa səbəb olur.
Onu da qeyd edim ki, Təhsil Nazirliyinə davamlı olaraq şikayətlər getsə də, bu qanunsuzluqlara göz yumulur. Bir vaxtlar ölkəmizdə ən qabaqcıl təhsil müəssisələrindən biri hesab edilməsinə baxmayaraq, hal-hazıra statistikanın nəticəsi acınacaqlı mənzərəni ortaya qoyur.
Zakir Hüseynov 2012 ci ildə Gəncə Şəhər Təhsil İdarəsinə müdir vəzifəsinə təyin edilib. Lakin bu 7 il ərzində təhsil müəssisəsində yaxşılığa doğru heç bir dəyişiklik baş verməyib. Belə ki, problemlər öz aktuallığını qoruyub saxlayır. Zakir Hüseynov elə "qaydalar" müəyyənləşdirib ki, buna tab gətirmək hər əməkdaşın işi deyil.
Gəncə Təhsili haqqında hədsiz şikayətlər, narazılıqlar olsa da, hələlik bu istiqmətdə ciddi addım atılmır. Bununla da istər-istəməz şəhər məktəblərində işləyən müəllimlər, şagirdlər və valideyinlər ümidsizliyə qapanırlar.
Zakir Hüseynov 2012-ci ildən bəri Gəncə Təhsilinin bütün maddi- texniki bazasını məhv edib. Heç bir idarəçilik qabiliyyəti olmayan bu adam rəhbərlik etdiyi 7 il müddətində bütün orta məktəbləri iflic vəziyyətinə salıb. Zakir Hüseynov üçün idarəçilikdə heç bir sərhəd, qayda-qanun yoxdur. Onun törətdiyi qanunsuzluqlardan bəzilərini, yəni üzdə olanlarını nəzərinizə çatdırırıq.
Əldə etdiyimiz məlumatlara görə, Zakir Hüseynov Bakı şəhərində təzə tikilən 2 binadan 4 otaqlı evlər alaraq qapılarına qıfıl vurub.
Məlumatların doğruluğunu araşdıranda yeni bir məlumat əldə etdik ki, Zakir Hüseynovun Daşkəsən rayonunda “Xoşbulaq” adlı istirahət mərkəzində villa tipli böyük evi də var.
Digər məlumata görə, Zakir Hüseynov iki dənə bahalı avtomobil alaraq, hər gün işə növbəli şəkildə həmin avtomobillərlə gəlir.
Zakir Hüseynovun qanunsuz işlərinə dəstək verən müdir müavini İsmayıl İsmayılov bəzi qanunsuzluqları bağlı qapı arxasında hələlik gizlıdı bilir.
Amma bu sadalananlar da göstərir ki, Gəncə Təhsilinin maddi-texniki bazasını istədiyi kimi mənimsəyən şəxslərin sayı Zakir Hüseynovun ətirafında cəmləşib.
Araşdırmamız nəticəsində məlum oldu ki, Marif İdarəsində sürücü ştatı yoxdur, lakin Zakir Hüseynov qeyri-ştat şəxsi sürücü götürərək, ayda ona 500 manat əmək haqqı verir. Görəsən bu şəxsin aylıq nə qədər gəliri var ki, ştatdan kənar sürücüyə 500 manat əmək haqqı versin? Araşdırdıqca dəhşətə gəlirik, bu qədər də anarxiya olarmı?!
Zakir Hüseynov hər yerdə bildirir ki, “Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevlə isti münasibətim var”. Mən buna inanmıram ki, akademik, ziyalı bir insanın Zakir Hüseynov kimi çirkaba bulaşmış bir şəxslə hansısa əlaqəsi olsun. Sadəcə, Zakir Hüseynov özünü Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevlə “dostluq” münasibəti olduğunu hər yerdə qeyd edir ki, onun işinə digər məmurlar kölgə salmasın.
Hələ bu azmış kimi, Zakir Hüseynov 1999-cu ildə Gəncə şəhər 39 saylı orta məktəbə direktor vəzifəsinə təyin olunandan bir neçə il sonra, Təhsil İdrəsinin sabiq müdiri Mahal Əliyev sabiq Təhsil naziri Misir Mərdanova təqdimat yazaraq, ona (Zakir Hüseynova) “Əməkdar müəllim” adının verilməsini xahiş edib. Təqdimatda göstərilib ki, Gəncə Şəhər 39 saylı orta məktəbin Riyaziyyat müəllimi Zakir Hüseynova Əməkdar müəllim adı verilsin. Bununla da Gəncə Şəhər Təhsil İdarəsinin sabiq müdiri və hal-hazırda Təhsil İdarəsinin müdiri işləyən Zakir Hüseynov əvvəl sabiq Təhsil nazirini, sonradan isə Prezident İlham Əliyev cənablarını aldadıblar.
Sual yaranır ki, məktəb direktoru işləyən şəxs, “Əməkdar müəllim” adı almaq üçün nəyə görə Təhsil nazirini və cənab Prezidenti aldadır? Bu “Əməkdar müəllim” adı nəyi dəyişir və Zakir Hüseynov bununla nə əldə etmək istəyib? Görünür, daha yüksək vəzifələrə təyin olunmaq üçün belə bir gediş etmək ona lazım olub. Amma belə məmurların sənəd saxtalaşdırmağı vətənə xəyanətə bərabərdir.
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynova “Əməkdar müəllim” adı verilməsi üçün yazılan təqdimatı arxivdən qaldırsalar, onda aydın olar ki, belə bir çinayət halı baş verib. Üstəlik, Təhsil Nazirliyi mütləq Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun “Əməkdar müəllim” almağı üçün yazılan təqdimatı araşdırıb, hüquq mühafizə orqanlarına məlumat verməlidir. Hansı ki, sabiq Təhsil naziri Misir Mərdanovun işlədiyi illərdə belə bir qanun tərtib olunmuşdur ki, məktəb direktoru işləyən müdirlərə Əməkdar müəllim adı verilməsi qanuna ziddir.
Aydındır ki, adları qeyd olunan şəxslər sənəd saxtalaşdırıb, sabiq Təhsil nazirini, Cənab Prezidenti aldadıblar. Aidiyyəti orqanlar, Təhsil Nazirliyi, Hüquq Mühafizə orqanları bu işi araşdırıb, təsdiqini tapdığı halda ,adı çəkilən şəxsləri mənsuliyyətə cəlb etməlidirlər...
Gələn yazımızda Zakir Hüseynovun “Fəlsəfə doktoru” alması haqqında məlumat verəcəyik”.
Hurriyyet.org
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10