"Suriya böhranından sonra Türkiyə Qarabağla daha yaxından maraqlanacaq"
Müsahibə11 noyabr 2019 10:43
Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlunun oxu.az-a müsahibəsi
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də ABŞ-a səfər edəcəyi gözlənilir. Sizcə, ABŞ Prezidenti Donald Trampla görüşdə hansı müzakirələr aparılacaq?
- Tramp-Ərdoğan görüşündə iki vacib məsələnin ön plana çıxacağını söyləmək olar. Bunlar Suriya münaqişəsi və ABŞ Konqresinin Nümayəndələr Palatasında Türkiyə əleyhinə qəbul edilən qətnamələrdir.
İlk olaraq Suriya böhranı son aylarda ikitərəfli münasibətlərdə ən çox müzakirə edilən mövzulardan biri idi. Ancaq Türkiyənin "Barış pınarı” əməliyyatından sonra bu müzakirələr yeni bir mərhələyə qədəm qoydu.
ABŞ hərbçiləri Suriya ilə sərhəddən geri çəkilərkən yaranan boşluğu Rusiya və Suriya hərbçiləri doldurdu. Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında Soçidə baş tutan görüşdən sonra bu mövzu Türkiyə və Rusiya arasında daha aktuallıq kəsb etməyə başladı.
Digər tərəfdən, "Barış pınarı” əməliyyatı ABŞ dairələrində Türkiyəyə qarşı cəbhəni hərəkətləndirdi. Təkcə demokratlar deyil, respublikaçılar da Donald Trampın "Barış pınarı” əməliyyatı üçün Ərdoğana "yaşıl işıq” yandırmasını tənqid etdilər.
Bildiyimiz kimi, Suriya məsələsi ilə əlaqəli olaraq Nümayəndələr Palatasında Türkiyəyə qarşı iqtisadi sanksiyaları özündə ehtiva edən qətnamə qəbul olundu.
Bu qanun layihəsinin Senat tərəfindən qəbul edilib qanuni qüvvəyə minmə ehtimalı var. Ərdoğan bu ehtimala qarşı Trampın veto hüququndan istifadə etməsini istəyəcək. Bundan başqa, Ərdoğan "erməni soyqırımı” layihəsinin Nümayəndələr Palatasında qəbul edilməsidən narahatlığını bildirəcək, bunun Senatda qəbul edilməməsi üçün Trampın dəstəyini istəyəcək.
Nəticə olaraq Ərdoğanın bu səfərinin məqsədi ikitərəfli əlaqələrdə mövcud olan problemləri minimuma endirmək üçün Trampdan dəstək almaqdır.
- Türkiyənin Rusiya ilə əlaqələri genişlənir, münasibətlər yeni fazaya keçir. Lakin əsas sual budur – Rusiya Türkiyə üçün hansı təhlükə yarada bilər?
- Türkiyə və Rusiya Suriyanın boru kəmərləri, nüvə enerjisi və müdafiəsi sahəsində yeni əməkdaşlıq formalaşdırırlar. AKP hökumətinin Rusiyadan "S-400” hava hücumundan müdafiə sistemləri alması, ABŞ və digər NATO ölkələri ilə problemlər yaşamasına yol açıb. Bu böhran hələ də bitməyib.
AKP hökuməti Qərb ölkələri ilə yaşadığı problemlərdə Rusiyadan tarazlaşdırıcı mexanizm kimi yararlanmaq istəyir. Ancaq digər tərəfdən, Ankaranın Moskvadan təktərəfli asılılığı artır.
Türkiyənin nüvə enerjisindən müdafiə sənayesi kimi strateji sahələrdə Rusiyadan asılı hala gəlməsi, hər iki tərəfin fərqli cəbhələrdə yer aldığı regional məsələlərdə Moskva lehinə qırılmaya yol aça bilər.
- Moskvanın xeyrinə işləyə biləcək "kartlar” hansılardır?
- Prezident Ərdoğan "Barış pınarı” əməliyyatından öncə rusiyalı deputatları qəbul etmişdi. Bu deputatlar arasında Krımı təmsil edən birinin də olması Ukraynanın reaksiyası ilə qarşılandı. Ankara bu mövzunu diplomatik protokol xətası kimi qələmə versə sə, Kiyev bunu Türkiyənin Rusiyaya güzəşti kimi dəyərləndirir.
- Türkiyə Qarabağ münaqişəsi ilə bağlı siyasətində hər hansı bir redaktələr edibmi?
- Türkiyə Qarabağ məsələsində həmişə Azərbaycanın ərazi bütövlüyü dəstəkləyən mövqe sərgiləyib. Türkiyənin Ermənistana qarşı Azərbaycana tam dəstək verən siyasətində dəyişiklik etməsi müzakirə mövzusu deyil. Nəzərə almaq lazımdır ki, Türkiyə Qarabağ münaqişəsinə görə Ermənistanla quru sərhədini 20 ildən çoxdur ki, bağlayıb.
- Bəs sizcə, Türkiyə Suriyaya ayırdığı diqqəti Qarabağ məsələsində sərgiləyir?
- Ankara Suriyadakı müharibəni yaxından izləyir və öz təhlükəsizliyi əleyhinə hər hansı bir balans dəyişikliyi görmək istəmir. Ankara PKK-nın Suriya qanadı olan YPG-nin Türkiyənin Suriya sərhədi boyunca muxtar bölgə qurmasından xüsusilə narahatdır.
Bu məqsədlə həm təhlükəsizlik qayğısı, həm də Türkiyədə yaşayan dörd milyon suriyalının ölkələrinə geri göndərilməsi üçün Suriyadakı prosesləri yaxından izləyir. Bu vəziyyət Ankaranın Qarabağ və digər problemlərə yetərincə diqqət göstərdiyi anlamına gəlməz. Suriyadakı böhran həll olunduqdan sonra Ankara digər münaqişələrlə də daha yaxından maraqlanmağa başlayacaq.
Oxşar xəbərlər
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya