Prezidentin rektor təyin etdiyi Aqil Şirinov kimdir? - DOSYE
Dünya12 may 2020 13:16
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.
Qaynarinfo xəbər verir ki, Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub. 1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib.
1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən "ilahiyyatçı” və "ərəb dili müəllimi” ixtisasları üzrə məzun olub.
2001-cu ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olub, 2003-cü ildə "İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meylli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarıhi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)” adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb.
2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə "Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi’de Varlık ve Uluhiyyet)” adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin "İslam elmləri” kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən etibarən isə baş müəllimi vəzifəsində çalışıb. Aqil Şirinov Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsində Fəlsəfə, İslam Məzhəbləri Tarixi, Din sosiologiyası və Din psixologiyası fənlərini tədris edib. Habelə 2015-2017-ci illər ərzində Bakı Dövlət Universitetin Tarix, Folologiya, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində ümumi fəlsəfə və məntiq, İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində ingiliscə ümumi fəlsəfə dərslərini aparıb. Aqil Şirinov hal-hazırda Qafqaz Müsəlmanları İdarəsinin "Fətva və moizə” şöbəsinin müdiri vəzifəsində də çalışır.
Aqil Şirinov 2009-2010-cu illərdə Böyük Britaniyanın Kembric şəhərində Studio Cambridge adlı dil kursunun həm ümumi ingliscə, həm də elmi əsər yazma (Academic writtings) bölmələrini müvəffəqiyyətlə bitirib. O, həmçinin ABŞ Kongres kitabxanasının Açıq Dünya (Open World) proqramının `Dini Dözümlülük` (Religious Toleration) adlı proqramında iştirak etmək hüququ qazanmış və 4-14 may tarixində ABŞ-da olub.
2016-cı ilin iyul ayında ABŞ-ın Çikaqo şəhərində yerləşən və ilahiyyat sahəsində magistratura təhsili verən akademik bir qurum olan "Meadville Lombard Theological School”- un "Dini Multikulturalizm” mövzusuna həsr olunmuş bir aylıq seminar-treyninqinin iştirakçısı olub. Habelə Aqil Şirinov Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Albaniya, Pakistan və Qırğızıstanda multikulturalizm, dinlərarası münasibət və tolerantlıq mövzularına həsr olunmuş müxtəlif konfranslarda iştirak edərək "Azərbaycanın tolerantlıq modeli”, "İslam və tolerantlıq”, "Azərbaycanın multikultural dəyərləri”, kimi mövzularda məruzələrlə çıxış edib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi çox sayda yerli və beynəlxalq tədbirlərdə iştirak edib, radikalizm, tolerantlıq, multikulturalizm, dini dözümlülük və s. mövzularda məruzələrlə çıxış edib, radikalizmin zərərlərindən bəhs edən "Dini radikalizm və onun fəsadları” adlı bir broşura yazıb.
Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifidir. İngilis, ərəb, fars, rus və türk dillərini bilən Aqil Şirinovun 6 kitabı (biri müəllif digərləri həmmüəllif), 2-si xaricdə olmaqla 20-dən çox məqaləsi, ikisi xaricdə olmaqla 8 tezisi nəşr olunub. Ərəb, ingilis, fars və türk dillərindən və bu dillərə bir çox elmi məqalələri tərcümə edən Aqil Şirinov eyni zamanda fəlsəfə, tarix və dinlə əlaqəli bir çox beynəlxalq və yerli simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib.
Aqil Şirinov 09.03.2018-ci il tarixində elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə 7214.01 – "Dinin tarixi və fəlsəfəsi” ixtisası üzrə doktoranturaya qəbul olub.
13 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Aqil Şirinov indiyədək İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edirdi.
Oxşar xəbərlər
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya