Tələsməyin, Bakıya icra başçısı gedirəm, borclarınızı verəcəm
ZAKİR FƏRƏCOV SAHİBKARLARI NECƏ ALDADIB? "TƏLƏSMƏYİN, BAKIYA İCRA BAŞÇISI GEDİRƏM" - BORC QALMAQALI
Xəbər verdiyimiz kimi, Sumqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisini həyata keçirən bir qrup sahibkar və 400-dən çox fəhlə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı uzun müddətdir ki, davam edir. Belə ki, tikinti işlərini hələ 2016-cı ilin sentyabrında başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala bilməyiblər. Məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edən və dəstək istəyən iş adamları növbəti dəfə Prezident İlham Əliyevə müraciət ediblər.Müraciətdə deyilir ki, Sumqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisinin həyata keçirilməsini onlar böyük zəhmət hesabına həyata keçiriblər. "Bizim gecə-gündüz zəhmətimizn nəticəsində görülən işləri Siz Bulvarın açılışında möhtəşəın işlər adlandırmısınız. Ancaq bu möhtəşəm işləri görən 400-dən artıq iş adamı, sahibkar, fəhlə bu günədək öz halal pullarını ala bilmirlər. Gördüyümz işlərin əvəzi olaraq bizə çatmalı olan milyonlarla vəsaiti Zakir Fərəcov vermir. Zakir Fərəcov hətta bizə hədə-qorxu gəlir, həbslə hədələyir". Müraciət sahibləri bəyan edir ki, dəfələrlə Zakir Fərəcovdan sənəd əsasında işləməyi tələb etsələr də, o "Şəhərin sahibi mənəm, nə sənəd -zad..." deyərək görülən işlərin sənədləşməsinə imkan verməyib. "Zakir Fərəcovdan hər dəfə pullarımızı tələb edəndə "Tələsməyin, Bakıya icra başçısı gedirəm..." deyərək bizləri aldadıb. Zakir Fərəcov deyir ki, guya bizim pullarımızı verib, qoy ortaya bircə sənəd qoysun. Qoya bilməz, çünki bizim halal pullarımızı verməyib". İş adamları qeyd edirlər ki, Zakir Fərəcov onlarla görüşəndə yeni bəhanələr tapır, "Tələsməyin müavinim Adil Xudadatov iş adamlarından pulları yığıb borcunuzu bağlayacaq", deyə bildirir. "Görəsən, vaxtilə KAMAZ şoferi işləyən, heç bir ali təhsili olmayan, Abşeronda çalışarkən Fərəcova milyonlar atan və cəzasını çəkən, sonra Fərəcovun etimadını doğruldan və Sumqayıt İcra Hakimiyyətində işləyən Xudadatov kimdir ki, sahibkarlardan, ticarət obyektlərindən pul yğır? Görəsən şəhərin hüquq-mühafizə orqanları hara baxır? Yeri gəlmişkən, Adil Xudadatov kefi yaxşı olanda "Mən Abdullanın əsgəriyəm" deyir. Qoy, təhlükəsizlik orqanları araşdırsın görək Abdulla kimdir?" Sahibkarlar vurğulayırlar ki, Adil Xudadatov hansı səlahiyyətlə iş adamlarından pul yığır? "Adil Xudadatov dəyəri yüz minlər, milyonlar olan obyektləri hansı pullarla alıb? Zakir Fərəcovun mülklərinin ümumi dəyəri bəlkə də Sumqayıt şəhərinin büdcəsindən çoxdur".Müraciətdə daha sonra deyilir: "Biz dərdimizi kimə deyək, hara şikayət edək, hansı quruma müraciət edək ? Ki, problemimiz həll olunsun. Bizim yazdığımız müraciətlər, şikayətlər niyə Sizə yetişmir? Siz öz çıxışınızda qeyd etmisiniz ki, bəziləri şikayətlərin sizə çatmasına mane olublar. Bəs, bu gün niyə bizim şikayətlərimiz Sizə çatmır? Zakir Fərəcovdan halal pullarımızı necə alaq? Bu adam təkcə bir obyektini satsa borcların hamısını bağlayar. Bizim də canımız qurtarar". Ev-eşiklərini girov qoyaraq, mal və material aldıqlarını, elə bu səbəbdən də borca düşdüklərini vurğulayan sahibkarlar, artıq borc üzündən mülklərinin əllərindən çıxdıqlarını deyirlər. "İndi hamımız çətin durumdayıq. Bizim düşdüyümüz durumu nəzərə alın, göstəriş verin Zakir Fərəcova, pullarımızı qaytarsın. Cənab Prezident! Bir çıxışınızda vicdansız məmurlara müraciətlə "Barı Allahınız olsun" demisiniz. Zakir Fərəcovun Allahı yoxdur. Bizi bu Allahsızın əlindən xilas elə, ya da onu da göndər həbsxanadakı dostlarının yanına". Qeyd edək ki, müraciəti imzalayan 9 iş adamı sonda Zakir Fərəcova da ismarıc göndəriblər. "İşdən çıxsan da, həbsxanaya düşsən də, ölkədən qaçsan da, hətta ölsən də biz səndən halal pulumuzu alacağıq".
Qarşı tərəfi də dinləməyə hazırıq.
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06