Afaq Aslan: “O, estetik cərrah deyil, mal həkimidir”
Mədəniyyət14 may 2020 15:39
Xəbər verdiyimiz kimi 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Onun həkimi məşhur plastik cərrah Sirus Qoçxani olub.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə olunan məsələyə müğənni Afaq Aslan da sərt reaksiya verib. İfaçı Siruz Qoçxanini qatil adlandırıb və onun həbs edilməsini tələb edib: "Bu videoya baxan insanın ürəyi necə param-parça olmasın axı? Bu gənc qızın yerində hər birimizin övladı və ya yaxını, doğması ola bilər! Bu qaçılmazdır... Amma mənə maraqlı gələn isə həkim deməyə belə dilim gəlməyən, daşıdığı həkimlik peşəsinə böyük bir ləkə olan "estetik cərrah"(heç bir tibbi savadı olmayan mal həkimi) Siruz Qoçxani sizcə, gənc xanımların həyatlarını niyə məhv edə-edə gedir??? Bu artıq neçənci gənc xanımdır Siruz Qoçxani əməliyyat masasında öldürür və hərkəs buna susur!!! Niyə heç kim də buna heç bir reaksiya vermir? Deməli, bir il bundan öncə mən bu həkimlə bağlı bir paylaşım etdim, dərhal əl-ayağa düşərək başladı bütün jurnalistlərə pul paylamağa və mənim açıqlamamı xəbər səhifələrindən sildirməyə! Hətta öldürdüyü gənc xanımların ailələrini belə pulla susdura biləcək gücü hardan alır bu Siruz bəy, çox maraqlıdır! Kimə güvənir? Bəs bu qədər insanların həyatına son qoyur niyə hüquq mühafizə orqanları həbs etmir bu qatili? Bəlkə, bunun bizim millətlə nəsə bir şəxsi qərəzliyi var deyə cavan-cavan qızları öldürə-öldürə gedir?! Yəqin ki, Siruz bəy ölkəmizdə ermənilər tərəfindən məaliyyələşdirilən və yüksək qonorarlar müqabilində bilərəkdən sifarişli şəkildə həmyerlilərimizi öldürən bir fiqurdur! Məncə, hüquq mühafizə orqanları Siruz Qoçxani barəsində ciddi araşdırma aparmalıdır görək arxasında kim dayanır bu Siruz bəyin? Kimə güvənir? Və millətimizi qırıb batırmaqda məqsədi nədir? Kimdir görəsən bu həkimi məaliyyəşdirib həbs olunmasına imkan verməyən? Bu həkimə bilirsiniz nə etmək lazımdır? Dövlət başçısının xüsusi götərişi ilə DTX-nın keçirməkdə olduğu həbs qəti imkan tədbirləri nəticəsində millətimizin qanını içən və dövlətə xəyanət edən icra başçılarının həbsə salındıqları dustaqxanada Siruz Qoçxaniyə də bir kamera hazırlatmaq lazımdır ki, bütün cəmiyyətə də örnək olsun ki, belə dırnaqarası həkimlərin yeri xəstəxana yox həbsxanadır”.
Qeyd edək ki, ölüm may ayının 11-də "Baku Medical Plaza”da qeydə alınıb. Əslən Qəbələ rayonundan olan 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Məlumata görə, hadisə yerində olan T.Musazadənin anası bildirib ki, bundan öncə də qızı 2 dəfə plastik əməliyyat keçirib. Bu dəfə isə onun üzərində gluteoplastika-popo şəkilləndirmə əməliyyatı keçirilib.
Oxşar xəbərlər
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
Xəbər lenti
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
