Cənab deputatlar və nazirlər mövqeyiniz ortaya qoyun
Cənab deputatlar və nazirlər mövqeyiniz ortaya qoyun
Əksər millət vəkillərinin və nazirlərin bir-biri ilə qohumluq, biznes bağlılıqları var
Parlamentdə təmsil olunan gənc deputatlardan yazmışdım. Bir də yazıram. Amma bu dəfə bir qədər fərqli notlarla qeyd edəcəm fikrimi.
Bu gənclərin yaxşı tərəfləri odur ki, gəncdirlər. Əksəriyyəti xaricdə yaxşı təhsil alıb. Deməli dünyagörüşləri sağlam və zəngindir. Çirkaba hələ tam batmayıblar. Çoxusunun sosial şəbəkələrdə profilləri var. Özlərini əlçatan millət vəkili imici formalaşdırıblar. Pis tərəfləri ...
Əksəriyyəti onlara verilən suallara cavab verməyə ya qorxur, ya da profillərinə özləri baxmır. Köməkçiləridə onlara məlumat vermirlər. İkinci bir məqam. Ölkədə baş verən hadisələrə öz baxışları və fikirləri yox dərəcəsindədir. Əksəriyyəti Prezidentin, Milli Məclis sədrinin, Baş nazirin (hərçənd baş verənlərə prezidentdən başqa fikir bildirən yoxdur) fikirlərini kopyalıyıb öz profillərində paylaşırlar. Millət vəkili kimi cəmiyyəti maraqlandıran, narahat edən problemlərə münasibət bildirmək əvəzinə imitasiya ilə məşğuldurlar. Bir dəfə demişəm yenə deyirəm. Prezident baş verən hadisələrə münasibət bildirirsə bu onun həm dövlət başcısı kimi, həm də Azərbaycanın birinci vətəndaşı kimi mövqeyidir. Vətəndaş kimi baş verən yaxşı və əyri məqamları dilə gətirir, tərifləyir və yaxud tənqid edir. Prezident kimi isə problemləri həll edir, neqativ hallara qarşı ciddi tədbirlər görürür və gördüyü işi ictimaiyyətin, sıravi vətəndaşın diqqətinə çatdırır. Başa düşmədiyim nədir? Prezidentin bu fikirlərini, sözlərini, mətinlərini bəzi millət vəkilləri, yüksək çinli məmurlar, politoloqlar, ziyalılar təkrarlayaraq mətbuatda, cəmiyyətdə öz mövqeləri kimi təqdim etməkləri sizcə nə dərəcədə düzgündür? Rəhmətlik Ümumilli lider Heydər Əliyev demişkən öz mövqeyinizi qoyun ortaya. Ciddiyə qalsa Azərbaycan mətbuatı prezidentin son kadır islahatlarını, koronovirus pandemiyası ilə əlaqədar görülən tədbirləri, DTX-nın apardığı həbslər barədə daha sağlam və aydın mövqe ortaya qoydular. Nəyinki bəzi millət vəkilləri, ziyalılar və yaxud yüksək çinli məmurlar. Əksəriyyəti gözləmə və ehtiyatlı mövqe sərgiləyirlər. Səbəbini axtarsaq daha ciddi məsələlər ortaya çıxacaq. Çünki əksər millət vəkillərinin və nazirlərin bir-biri ilə qohumluq, biznes bağlılıqları var. Ya da bu sadaladıqlarım eyni adamın adamıdırlar. Ona görə dediyim təbəqə sadəcə prezidentin mövqeyinin arxasında gizlənərək, onun fikirlərini paylaşaraq, saytlarda, sosial şəbəkələrdə öz şəkillərinin altından verməklə, adlarını prezident İlham Əliyevin siyahısında görmək istəyirlər.
Telejurnalist Şöhrət Əli
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik
24 fevral 2026 13:21
- Parlamentdə 1 dəqiqəlik sükut
24 fevral 2026 13:01
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
