“Güllələnmiş heykəllərin yeri Şəhidlər Xiyabanıdır” - Deputat
Milli Məclisin deputatı Jalə Əliyevanın müsahibəsi:
– Jalə xanım, hazırda yaşadığımız may ayı xalqımız üçün təəssüf ki, kədərli günlərlə, hadisələrlə zəngindir. Belə ki, 28 il öncə, cəmi 10 günün içərisində Azərbaycan üçün son dərəcə mühüm strateji əhəmiyyətli və bəlkə də Qarabağ münaqişəsinin həllində açar rolunu oynayacaq iki bölgəni–iki dilbər guşəni–Şərqin konservatoriyası sayılan Şuşanı və Laçını itirdik… Torpaqlarımızı geri qaytaracağımıza əminliyimiz bir an olsun belə tükənməyib. Amma itirdiyimiz mənəvi dəyərlərimizi, tarixi-mili-dini sərvətlərimizi geriyə qaytarmaq bəlkə də mümkün olmayacaq. Bu barədə siz nə düşünürsünüz?
– Bəli, çox təəssüflər olsun ki, 32 ildən bəri zorla cəlb olunduğumuz Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də davam edir. Bu gün də faşizmi, nasizmi, rasizmi, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətini davam etdirməsi, hələ də beynəlxalq birliyin, ATƏT-in, onun Minsk qrupu həmsədrlərinin laqeydliyi və biganəliyi, bəzən isə açıq-aşkar işğalçı ilə işğala məruz qalanı eyniləşdirməsi, onların ikili standartları üzündən münaqişə ədalətli və müsbət həllini tapmır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə indiyədək yerinə yetirilmir. Daha çox təəssüf və təəccüb doğuranı isə həmin qətnamələri qəbul edən təşkilatın Ermənistanın işğalçı siyasətini davam etdirməsinə laqeyd və biganə yanaşmasıdır. Daha pis məqamlardan biri də odur ki, BMT, ATƏT, Minsk qrupunun həmsədr dövlətləri həmin qətnamələrin icrası və yerinə yetirilməsi üçün Ermənistana heç bir təsir və təzyiq göstərmir, sanksiyalar tətbiq etmirlər. Bu isə nəticə etibarilə Ermənistanı növbəti dəfə işğalçılığa və təcavüzkarlığa şirnikləndirir. Ancaq dövlətimizin və onun başçısının bu məsələdə mövqeyi qəti, birmənalı və yekdildir. Azərbaycan xalqı və dövləti bu günə qədər işğal faktını qəbul etməyib, onunla barışmayıb, bundan sonra da qəbul etməyəcək və barışmayacaq. Ölkə Prezidentinin də bəyan etdiyi kimi, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır! Ancaq Qarabağın, yurd yerlərimizin, o cümlədən, bir neçə gün öncə növbəti işğal ildönümünü yaşadığımız Şuşanın və Laçının süqutu ilə həm də böyük milli-mədəni-tarixi-dini sərvətlərimizi itirdik. Heç bir dəyər tanımayan Ermənistanın və ermənilərin vandalizm siyasəti nəticəsində işğal olunmuş yurd yerlərimizdəki əsrlərin yadigarı olan tarixi-dini-milli abidələrimiz– məscidlərimiz, ziyarətgahlarımız, qəbiristanlıqlarımız, açıq və qapalı muzeylərimiz, sənət incilərimiz – hamısı məhv edildi, yerlə-yeksan olundu, yağmalandı. Bunları qaytarmaq, bərpa etmək isə olduqca çətin və deyərdim ki, müşküldür. Düzdür, Azərbaycan dövlətinin, ölkə Prezidentinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun apardığı gərgin işlər sayəsində ölkəmizin bu məsələlərdə də haqq səsi dünyaya çatdırıldı, müvafiq qərarlarda, sənədlərdə əksini tapdı, amma bizi yenə də böyük mübarizə və geniş səfərbərlik gözləyir. Canlı itkilərimizi, şəhidlərimizi geri qaytara bilməsək də, qaytara biləcəklərimizi, dünyaya əyani şəkildə çatdıra biləcəklərimizi reallaşdırmaq üçün hamılıqla, elliklə hələ də görüləcək işlərimiz çoxdur. Hamımız düşüncələrimizi bu məsələlər üzərində cəmləşdirməliyik.
– Konkret olaraq, nəyi nəzərdə tutursunuz?
– Bu haqda fikirlərimi bir neçə dəfə açıqlamışam. Həm yazılı mətbuatda, həm də televiziya proqramlarındakı çıxışlarımda, eləcə də Milli Məclisin komitə və plenar iclaslarında bu yöndə öz fikir və təkliflərimi səsləndirmişəm. Elə cəmi bir neçə gün öncə, konkret qeyd etməli olsam, Milli Məclisin mayın 5-də keçirilən iclasında "Nəşrlərin beynəlxalq mübadiləsi konvensiyasının təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu barədə bir daha danışmışam, cəmiyyətə və əlaqədar qurumlara çağırışlar etmişəm. Həmin çıxışımı olduğu kimi, bir daha qeyd etmək istəyirəm. Hamımıza məlum olduğu kimi, Qarabağımızın, bütövlükdə, Azərbaycanımızın mənəvi sərvətlərindən, dühalarından olan Xan qızı Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün uzun illər boyu işğal altındakı torpaqlarımızda vandalizmə məruz qalan güllələnmiş heykəlləri ümummilli lider Heydər Əliyevin səyləri və müdaxiləsi ilə Bakıya gətirildi. Həmin heykəllər indiyədək İncəsənət Muzeyinin arxa həyətində saxlanmaqdadır. Məncə, bu şəhid heykəllər, şəhərin görməli yerlərindən birində, məsələn Şəhidlər xiyabanında yerləşdirilməlidir. Ümumiyətlə, XX əsrdə bir neçə dəfə soyqırımına, repressiyalara məruz qalan bir xalqın tarixi həqiqətlərini və haqqımızın geri qaytarılması uğrunda həyata keçirilən dövlət siyasətini əks etdirən eksponatlardan ibarət bir muzeyin açılmasına ehtiyac var. Bu heykəllər bizim haqlı mübarizəmizin pasportudur, Ermənistanın torpaqlarımızda həyata keçirdiyi dağıdıcı siyasətin daşlaşmış yaddaşıdır və bu heykəllərin göz önündə olması çox əhəmiyyətlidir. Çünki Azərbaycan bü gün bütün sahələrdə inkişaf etdiyi kimi, turizm sahəsində də böyük inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan turistlər üçün cəlbedici ölkəyə çevrilmişdir. Hər il yüz minlərlə turist ölkəmizə, Bakıya axın edir. Onların çoxunun heç də Qarabağ münaqişəsindən, erməni barbarlığı və vandalizmindən geniş, müfəssəl məlumatları yoxdur. Belə bir muzeyi yaratmaqla və oraya turistlərin axınını təşkil etməklə, Qarabağ həqiqətlərini, Qarabağ acılarımızı, başımıza gətirilən müsibətləri əyani şəkildə təqdim etmiş olarıq. İnanıram və əminəm ki, bunun ermənilərin, Ermənistanın iç üzünün açılmasında, erməni yalanlarının ifşa olunmasında böyük təsiri ola bilər. Ona görə də inanmaq istərdim ki, yaxın gələcəkdə bu yöndə təklifimə müsbət rəy veriləcək. Yeri gəlmişkən, parlamentin bu il may iclasında irəli sürdüyüm bu təklifin nəzərə alınması xahişi ilə artıq əlaqədar təşkilatlara müraciət etmişəm. Əminəm ki, müsbət cavab veriləcəkdir.
– Qeyd etmək yerinə düşər ki, sizin bu təklifiniz artıq özünə geniş tərəfdar ordusu toplamaqdadır…
–Bəli, mənim üçün çox xoşdur ki, son bir neçə ildə, eləcə də həmin çıxışımda səsləndirdiyim təkilflər insanlar tərəfindən rəğbətlə qarşılanmaqda və dəstək qazanmaqdadır. Hətta, elə həmin çıxışımdan sonra növbəti iclasımızda həmkarım Qənirə Paşayeva da eyni təkliflə çıxış etdi. Mən ona, təklifimi dəstəklədiyi üçün təşəkkür edirəm. Ümumiyyətlə, bu məsələ zaman-zaman çeşidli fikirlər, təkliflər şəklində ortaya qoyulur. Düşünürəm ki, həm adını çəkdiyimiz güllələnmiş heykəllərin, həm də işğal altındakı torpaqlarda qalan maddi və mənəvi abidələrimiz barədə geniş miqyasda məlumat verilməsi dünya ictimai fikrinin formalaşması, nəticə etibarilə, haqqımızın, ədalətin bərqərar olması baxımından çox vacibdir.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31