“Rəhim Qazıyevə dedim ki, Qraçovla görüşsən səni güllələyəcəyəm”
“Şuşanın işğalında mənim üçün heç bir qaranlıq olan məsələ yoxdur. Şuşanı heç kim düşmənə verməyib. Şuşa sadəcə bacarıqsızlıqdan getdi”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq Baş naziri Sürət Hüseynov bloger Laçın Məmişova verdiyi geniş müsahibəsində bildirib.
Müsahibədə S.Hüseynov 1992-ci ilin mayın 8-də baş vermiş Şuşanın işağlı ilə bağlı danışıb və maraqlı detalları açıqlayıb. O deyib ki, Şuşaya 2 milyon patron göndərib. “Bilirdim Şuşa getsə vəssalam, hər şey çox pis olacaq”.
“1992-ci il mayın 5-də biz artıq bilirdik ki, Şuşa işğal olunacaq. Amma müdaifə naziri Rəhim Qazıyevin çox ümidlə dediyi “Şuşa getməyəcək, Şuşa getsə başıma bir güllə vuracağam” sözləri bizi bunun baş tutmayacağına əmin etmişdi. Bu sözü o Şuşada deyib”-deyib sabiq baş nazir vurğulayıb.
S.Hüseynovun sözlərinə görə, Şuşa işğal olunduğü gün batalyon komandirləri onun yanına gəliblər: “Otaqda Millii Qəhrəman Şahin Tağıyev , Fred Asif, “Şaqan”, “Qatır” Məmməd və digərləri olub. Çox əsəbi idilər. Mənə dedilər ki, “Rəhim başına güllə vuracaqsa gəlsin bura, bizim yanımızda vursun”. Mən zəng vurdum Rəhim Qazıyevə.. Dedim, “Rəhim, komandirlər yığlılıb səni gözləyir, gəlin”.
Rəhim Qazıyev S.Hüseynova deyib ki, o Rusiyanın müdafiə naziri Pavel Qraçovla görüşə gedir: ”Rəhim mənə dedi ki, “gedirəm Qraçovun yanına. Telefonda qəzəblə Rəhimə “Qraçov da belə-belə olsun. Qraçovun yanına getsən Bakıya qayıtma. Qayıtsan səni tutub burda biz güllələyəcyik. Gəl bura sənə deyirəm…”.
Bu hədə-qorxudan sonra Müdafiə naziri Sürət Hüseynovun yanına gəlib: “Rəhim Qazyev vertalyotla gəldi… Başladı günahı AXC-nin üstünə yıxmağa. Dedi “Cəbhə batalyonların hamısını çıxartdı, hakimiyyətə gəlmək üçün getdilər Bakıya çevriliş eləməyə…Mən neyləməliydim?” Dedim, a kişi, Şuşaya gələn yolu bağlamaq lazım idi. 20 nəfərlə bağlamaq olardı. Mən Şuşaya ZEO-23-lər vermişdim. Şuşaya girən erməni tanklarını dəlik-deşik edərdi. O silahlardan istifadə olunmadı”.
S.Hüseynov Rəhim Qazıyevin ünvanına sərt ittihamlar səsləndirib: “Rəhim Qazıyev indi həyasızılığına salıb ən müxtəlif sözlər danışır. Ayıb olsun ona. Rəhim Qazıyev nazir olanda bir batalyon hazırlayıb döyüş bölgəsinə göndərməyib”.
Polkovnik Sürət Hüseynov 1993-cü il iyun 4-də qaldırdığı hərbi qiyamla tarixə düşüb. İyun qiyamı nəticəsində Azərbaycanda AXC hakimiyyəti devrilib.
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Sərdar Cəlaloğlu - İsa Qəmbər başqanlıqdan gedəndə ona dedim ki..
4 aprel 2024 12:37
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- 2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma
23 mart 2024 20:29
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15