33 il əvvəl, bu gün, Bakı...
İndiki kimi quru soyuqlar keçirdi, yerdə qar yox idi, havadan qəm qoxusu gəlirdi. Əynim nazik deyildi, amma həmin gün getdiyim hər yerdə üşüyürdüm, tezliklə nə isə pis hadisələr olacağını, amma bunun həm də qaçılmaz olduğunu dərk etdikcə adamın ruhu sarsılırdı, canını qoymağa yer tapa bilmirdin.
Bakının müxtəlif yerlərdə adamlar toplaşmışdı, ocaq yandırılan yerlər də vardı... Sanki pis ruhları qovmaq, yaxına buraxmamaq üçün yandırılan ocaqlar kimi. Bir tərəfdə də “qan-qan” deyən adamlar vardı, kimlər idi bilirsiz...
Universitetdə(BDU) ya 17-si, ya da 18-i sonuncu smestr imtahının vermişdim, amma qış tətili üçün Şuşaya getmək əzab kimi görünürdü. Ağdam-Şuşa yolu bağlı idi, qatarla Ağdama gedib, oradan vertolyotla getməyə ümid vardı.
Qarabağ o yanvarda deyəsən, yaddan çıxmışdı, hakimiyyət davası başlamışdı. Bir neçə ay əvvəl məni “AXC üzvü” kimi qələmə vermək istəyən SSRİ tarixi müəlliməsinə verdiyim cavab auditoriyada hamını təəccübləndirməşdi. “Oradakılar də elə Vəzirovun tayıdır” kimi bir şey demişdim qəzəblə....
Günortadan sonra daha şəhərdə qalmadım, evə qayıtmağa qərar verdim. “XI Qızıl Ordu” metrosundan çıxdım, şər qarışırdı, heykəlin yanı ətrafdında xeyli adam toplaşmışdı, burada ləngimədiyimi xatırlayıram.
Ağır addımlarla Alatavaya tərəf dikləndim, Vərəm dispanserinin qarşısında bir neçə adam dayanmışdı, şəhərdən gələnlərdən nələr baş verdiyini öyrənmək üçün vurnuxurdular. Mənzərə ürəyimi daha da sıxdı, addımlarımı yeyinlətdim...
Evə girdim, bitkin olduğumu indi daha çox hiss etdim və üzərimdəkiləri çıxarıb çarpayının üstünə uzandım. Televizorda yanlış xatırlamıramsa, hansısa hind filminin sonları gedirdi... Gözümü tavana zillədim və gözlərimi yumdum...
Nə qədər zaman ötdü, bilmirəm. Gözümü açanda televizor dızıldayırdı. Antennası çıxanda adətən belə edərdi. Xeyli qurdaladım, bir azdan isə məlum oldu ki, həyətdə heç kimin televizoru göstərmir. Kimsə bir azdan köhnə radio gətirdi, atışma başlayanda xalqın küçlərə çıxması çağırışını da oradan eşitdim...Kim idi görəsən?
Evdən çıxmağıma doğmalar imkan vermədi, bizim ev tərəfdən atışma və güllə səsləri isə səhərədək susmadı.
Hava işıqlaşan kimi küçəyə çıxdım. “Salyan kazarması” tərəfdən hələ də güllə səsləri gəlirdi. “Respublika xəstəxanası”nın yanından keçib üzüaşağı piyada ta “Beşmərtəbə”yə- “1001 xırdavat” dükanın yanına kimi birtəhər gəldim. Çox erkən olmasına baxmayaraq, Şuşaya zəng edim, “burda ara qarışıb, şəhərə ordu girib, amma hamımız yaxşıyıq” dedim. Rayonlar və şəhərlərası danışıq məntəqəsinin yanında bir qadının ağladığnı heç vaxt unutmadım. Deyirdi ki, oğlu gecədən çıxıb qayıtmayıb, həm də ruhu xəstədir. Bu, 20 Yanvar faiciəsinə ağlayan bəlkə də ilk ana, şəhidlər üçün ilk göz yaşları idi...
Şuşaya zəngim qısa oldu. Bakıya ordu girdiyini, amma hamımız yaxşı olduğunu dedim, baxmayaraq ki, imtahanlarını hələ verib qurtarmayan və BDU-nun yataqxanasında qalan qardaşımdan(Hikmət Sabiroğlu) bərk narahat idim. Oradan birbaşa universitetə gəldim.
BDU-nun qarşısında qardaşımı tapdım, rəngi qaralmışdı. Xırıltı səslə “camaatı qırdılar” dediyini indiki kimi xatırlayılram. Gecə nələr yaşadığını hələ çox sonralar biləcəkdim. Sonuncu imtahanı verdikdən sonra qatarla Bakıdan çıxdıq. Bakı-Ağdam qatarında keçirdiyimiz gecə cəhənnəm kimi gəlib keçdi. Soyuq qatarla, ağır əhval-ruhiyyədə Ağdama çatdıq.
Ağdam artıq şəhidlərə ağlayırdı. Ağdam belə bir müsibəti bir də Xocalı qırğını baş verəndə yaşayacaqdı...
Ağdam-Şuşa yolu bir neçə gün sonra açıldı. Hərbçilərin müşahidəsi ilə Şuşaya çatdıq. Burda bir başqa yanvar bizi gözləyərdi. Hadisələrdən və bizdən bir neçə gün xəbər çıxmamasından keçirdiyi ağır stress bir neçə gün sonra atamı yatağa yıxdı. Atamızın yastağı başında qaldıq...
Həmin yanvarda Bakıya nə zaman qayıtdığımı nə qədər edirəmsə, xatırlamıram...
Nazim SABİROĞLU,
Musavat. com
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 2024 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53