Məhərrəmlik bitdi, toylar başladı - 2 ayda dəyişən menyu qiymətləri
Hadisə16 sentyabr 2023 13:30
Bu gün - sentyabrın 16-da iki aylıq məhərrəmlik əyyamı bitir. Toy mövsümü yenidən başlayır. Bəs ötən iki aylıq zaman, daha doğrusu, inflyasiya şadlıq evlərindəki menyu qiymətlərinə necə təsir edib?
Bildirilir ki, qiymətlərdə əvvəlki ilə müqayisədə minimum 5 manat artım müşahidə olunur. Hazırda 35-40 manata kimi olan menyularda qiymətlərin 20 faizə qədər artdığı deyilir. O da qeyd edilir ki, menyu qiymətlərində artım olsa da, restoranların əksəriyyətində demək olar ki, boş yer qalmayıb. İnzibatçılar deyir ki, menyularda tətbiq olunan qiymət artımı ümumi ərzaqların qiymətinin dəyişməsi ilə bağlıdır. Hətta elə restoranlar var ki, yaranmış qiymət fərqinə baxmayaraq, oktyabr ayına qədər demək olar ki, bütün günlər bron edilib.
Qiymətlər nə dərəcədə reallıqla uzlaşır?
"Saffir” şadlıq sarayından "Yeni Müsavat”a bildirilib ki, ümumiyyətlə, Məhərrəm ayında toy etməyiblər: "İki ay müddətində şadlıq sarayını təmirə bağlamışdıq. Amma işçilərin maaşlarını verirdik. O ki qaldı, qiymətlərin artmasına, bu amil menyulara təsir etməyəcək. Köhnə qaydada necə olubsa, bu il də elə olacaq, qiymətləri artırmayacağıq”.
"Crand Neon” şadlıq sarayının adminstratoru Əfqan Məmmədov da deyib ki, köhnə qiymətlərlə davam edəcəklər: "Hələ ki qiymətləri qaldırmamışıq. Çünki artıq sentyabr, oktyabr, noyabr ayları üçün sifarişlər əvvəldən edilib. Onları da köhnə qiymətlərlə qəbul etmişik”.
Restoranın nümayəndəsi əlavə edib ki, sifarişlər çox azdır: "Özümüz də məəttəl qalmışıq, iki aydır, toy yoxdur. Əslində indi sifarişlər həddən çox olmalı idi. Çünki əvvəlki illərdə avqust ayında çox müraciətlər olurdu, toy, nişan, ad günü və sairə. İndi sanki yoxa çıxıb. Sentyabrın 15-dir, tək hallarda müraciətlər olur. Yəni müraciətlərdə təqribən 50 faiz azalma var. Bilmirəm, bəlkə sentyabr ayı 44 günlük Vətən müharibəsinin anım dövrünə təsadüf edir ona görə. Amma biz səbəbini anlaya bilmirik”.
"Böyük Saray”da da vəziyyət eynidir. Şadlıq evinin adminstratoru Əli Qasımov deyib ki, bazarda qiymətlər artsa da, menyunun qiyməti artırılmayacaq: "Biz əvvəldən sifarişləri artıq götürmüşük, qiymətləri artırmaq düzgün olmaz. Düzdür, sifarişlər azdır, durğunluqdur. Bunun da səbəbi Bakıda şadlıq evi, restoranların sayının çox olmasıdır. İstər-istəməz bu sifarişlərin azalmasına öz təsirini göstərir”.
"Xəmsə” şadlıq sarayının rəhbəri, tanınmış iş adamı Mürvət Həsənli "Yeni Müsavat”a bildirib ki, restoranda ciddi qiymət artımı yoxdur: "Amma digər restoranlardan eşidirəm ki, ola bilər ki, qiymət artımı olsun. Ciddi qiymət artımının olması üçün bazardakı ümumi qiymətlərdə artımın olması lazımdır. Bazarda qiymətlər qalxıb deyə qiymət artımı ola bilər. Amma bizdə qiymət artımı yoxdur. Toylar normal qaydasında gedir. Fikrimcə, bu il belə də davam edəcək. Gələn il qiymətlər qalxarsa, biz də menyuların qiymətini artıra bilərik. Hazırda sifarişlər əvvəlki illərə baxanda çox azdır. Bildiyim qədər Bakıda 600-dən çox şadlıq evi var. Onlardan neçəsi hazırda bağlanıb bilmirəm. Çox güman ki, yaxın gələcəkdə şadlıq saraylarının bağlanması mümkündür. Kim işləyə biləcəksə, müəyyən dövr üçün işləyəcək”.
Artıq neçə aylardır ki, iqtisadçılar da şadlıq sarayları ilə bağlı bədbin proqnozlar verirlər. Qeyd edilir ki, yaxın gələcəkdə şadlıq saraylarının müflis olması qaçılmazdır. Nəzərə alınsa ki, toy mövsümünün ən aktiv dövrü Ramazan ayına təsadüf etdi. Həm mart ayı, həm də aprel ayı təsir göstərdi. May ayında da adətlərə görə toy edilmir. Ekspertlər qeyd edir ki, ötən ildən inflyasiya gedir, bu 40 faiz özünü göstərdi. Hazırda da davam edir. Qiymətlərin artması sözsüz ki, restoranlarda menyuların bahalaşmasına səbəb olub.
İkinci məsələ - şadlıq evlərinin ən böyük problemi onların standart menyu təklif etməsi ilə bağlıdır. Müştərinin tələbinə uyğun yox, özlərinin təqdim etdiyi standart menyu var ki, orada da bəzən müştəri çox dəyişiklik edə bilmir. Bu da öz növbəsində bahalaşmaya səbəb olur. Çünki şadlıq evləri əvvəlki dövrə görə işləri yaxşı gedirdi, heç nə onlara təsir etmirdi. Tələb çox, rəqabət az olduğundan daha çox özlərinin diktə etdiyi menyular var idi. Hazırda bu da məsələyə öz təsirini göstərir. Ona görə də insanlar daha az toy etməyə meylidirlər. Böyük toyların azalması, həm də pandemiya insanlara məsələyə fərqli yanaşmağı öyrətdi. Artıq dəbdəbəli toylar gündəmdə deyil, kiçik kompakt toylar etmək istəyirlər. Bir sözlə, ekspertlər hesab edir ki, yaxın gələcəkdə şadlıq saraylarının bəziləri sıradan çıxacaq, iflasa uğrayacaq.
Oxşar xəbərlər
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
1 may 2024 09:37
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 2024 19:29
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 2024 11:50
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 2024 23:51
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 2024 13:01
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
Xəbər lenti
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
Video & Fotoqalereya
Video
Fotoqalereya