Yüzminlər adından deputatlara: mühüm və təcili müraciət
Xalqın haqqını müdafiə edin ki, daxili problemimiz xaricə ayaq açmasın
Hörmətli Milli Məclis üzvləri! Çox xahiş edirik, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirəsiniz və yardım edəsiniz.
Ümummilli Lider Heydər Əliyev kapitalizmə keçid üçün əmlak bölgüsünün nə qədər həssas bir məsələ olduğunu cox gözəl bilirdi. Bəs kimlər onun siyasətindən xəbərsizdir, yaxud bu siyasəti bəyənmirlər?
Burada Heydər Əliyevin Prezident Sarayındakı 7 mart 1995-ci il tarixli çıxışını yada salmaq vacibdir - Bizim Sözümüz Bizim İmzamızdır!
Tarixi çıxışın yekun nitqi:
“… Ona görə də mən görürəm ki, bu barədə fikir ayrılığı tamamilə təbiidir və qəti bir fikir də demək çətindir. Şəxsən mən bunu demək istəmirəm. Ancaq bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır, hər bir vətəndaş öz payını almalıdır, bu payından istədiyi kimi istifadə etməlidir. O, ya özəlləşdirilən müəssisənin bir hissəsinin sahibi olacaqdır, yaxud öz payını başqasına verəcək və ya satacaqdır. Bunlar hamısı gələcək proseslərdə olacaqdır. Amma vətəndaşın payı olmalıdır. Yəni bu özəlləşdirmə 10 il, 15 il, 20 il çəkəcəkdir. Belə olan surətdə, əgər biz bu gün hesab ediriksə ki, dövlət əmlakı özəlləşdiriləcək və insanlar ondan bu payı alacaqlar, bəs bu payı nə vaxt alacaqlar? Belə çıxır ki, biri payını bu gün alacaq, biri bir ildən sonra, biri də 15 ildən sonra, 20 ildən sonra alacaq. Bəs bu, necə müəyyən olunacaq?”.
Hətta yadımızdadır ki, Ulu Öndər özəlləşdirmə çekləri paylanan zaman Az.TV-də xalqa müraciət edərək özəlləşdirmə paylarını satmamağı, tələsmədən çeklərdən bir-bir istifadə etməyi məsləhət verirdi və deyirdi ki, əgər bir müəssisədən az dividend verilsə, o birisi çox verər və tarazlıq olar.
Əziz deputatlar!
“Dövlət Özəlləşdirmə Payı” Respublikamızın qanunvericiliyində ilk dəfə 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Həmin Qanunun 18-ci maddəsində “özəlləşdirmə payı” anlayışı verilərək deyilir:
- Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir;
- Özəlləşdirmə payları respublikanın vətəndaşlarına özəlləşdirmədə iştirak etməyə ilkin bərabər imkan yaratmaq üçün verilir.
Yenə həmin dövrdə Ulu Öndər Heydər Əliyevin imzası ilə Qanunla qəbul olunmuş I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü Bölməsinin 4-cü abzasında deyilir:
- Dövlət özəlləşdirmə payı – adsız, (təqdim edənə) nağd qiymətli kağız formasında olan 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an Eyni Dəyərə malikdir.
3-cü bölmənin 6-cı bəndində deyilir:
- Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri İNFLYASİYANIN təsirindən qorunan maddi ekvivalentdir: çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir.
Eyni zamanda bu qanunda bir qayda olaraq orta və iri müəssisələrin 15+50%-nin çeklərlə özəlləşdiriləcəyi bir dövlət öhdəliyi kimi öz əksini tapıb. Yəni qanunla bütün özəlləşdiriləcək orta və iri müəssisələrin 65 faizi dövlət əmlak payı olaraq dövət qiymətli kağızı olan çeklərin birincili olaraq yerləşdirilməsindən sonra (vətəndaşlara paylanandan sonra) vətəndaşların halal MİRAS ƏMLAK PAYI hesab olunur.
Bildiyiniz kimi, Dövlət Özəlləşdirmə Çeklərinin (DÖÇ) tədavül müddəti əvvəl Qanun ilə təsdiq olunmuş “I Dövlət Proqramı” ilə 3 il müddətinə təyin olundu, daha sonra Fərman ilə təsdiq olunmuş “II Dövlət Proqramı” ilə 2011-ci ilin yanvarın 1-nə qədər uzadıldı. Göründüyü kimi, burada Qanunla müəyyənləşdirilmiş müddət sonradan Fərman ilə uzadıldı.
Bundan belə, bir əsas sual meydana gəlir: DÖÇ-lər üçün ilk təyin olunan 3 illik müddət fərman ilə uzadılmasaydı, nə baş verəcəkdi?
Fərz edək ki, DÖÇ-lər ilk 3 ildən sonra tədavül müddəti bitdiyi üçün 1999-cü ildə tədavüldən çıxarıldı. Burada sual olunur: müddəti uzadılmayıb, tədavüldən çıxarılsaydı, onda kompensasiya veriləcəkdimi?
Təbii ki, həmin qanunvericiliyə görə, 3 illik müddət bitəndən sonra özəlləşdirmə dövründə vətəndaşlar tərəfindən istifadə olunmayan payların (çeklərin) dövriyyədən çıxarılması üçün (I Özəlləşdirmə Qanunu, maddə 19), onlar dövlət tərəfindən yaradılmış İnvestisiya Fonduna qoyulmalı, oradan vətəndaşlara dividend verilməli və istifadə olunmalı idi. Lakin dövlət pozitiv öhdəliyini icra edib İnvestisiya Fondu qurmadığı üçün (bildiyiniz kimi, heç Çek İnvestisiya Fondu da yaradılmadı) vətəndaşların hüquqları pozuldu.
Hesab edirik ki, bunu da DÖÇ-lərin tədavül müddətini Fərmanla uzatmaq ilə ödəməyə çalışdılar. Bu da öz növbəsində indiki pozuntulara səbəb oldu.
Bunlardan başqa, 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.4-cü maddəsinə görə, “Özəlləşdirmə payı respublikanın hər bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanılır”.
Fərz edək ki, həmin dövrdə (1999-da) bu normaya əməl olunaraq, bu payların dəyəri hesablanıb PUL formasında banklara qoyuldu. Sual olunur: əgər belə olsaydı, həmin pulların aqibəti necə olacaqdı?
Bu suallar və 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Prezident Sarayındakı XALQA VƏDİ özü-özlüyündə bir daha özəlləşdirmə payına düşən mülkiyyət hüququnun dövlət tərəfindən vətəndaşlara ömürlük və əvəzsiz verildiyini təsdiq edir. Özəlləşdirmə payları (çekləri) Xalqa – vətəndaşlara ata-babalarının canı-qanı və özlərinin zəhməti hesabına Sovet Dövləti dövründə qurub-yaradılmış var-dövlətdən, əmlakdan düşən MİRAS ƏMLAK PAYIdır. Onlar verilən zaman qüvvədə olan qanunlara əsasən, hər bir vətəndaşa verilmiş özəlləşdirmə payı inflyasiyadan qorunan əmlak ekvivalentinə və EYNİ DƏYƏRƏ malik idi. Bu gün üçün hüquqşünas və iqtisadçı alimlərin hesablamalarına görə, dəyəri ən azı 20 000 ABŞ dollarıdır.
Yaxşı yadımızdadır, “sberkassa”larda Sovetdən qalan pullara kompensasiya barədə bizim dövlətimizin qanunla heç öhdəliyi yox idi. Ancaq cənab Prezident alicənablıq edərək, o pullara dövlətdən kompensasiya verdi.
DÖÇ-lərin üzərində bütün qiymətli kağızların üzərində olduğu kimi qanun gücünə malik olan müəyyən yazılar var və həmin yazıların (öhdəliklərin) heç birinə əməl olunmayıb. Məhz DÖÇ-nin üzərində yazılır ki, “Bu özəlləşdirmə çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin olunmuşdur”. DÖÇ-nin arxasında yazılır ki, “Dövlət özəlləşdirmə çeki – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.
Dolayısı ilə, bu yazılar belə, həmin çekin vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənəd olduğunu göstərir. Hətta, dövlətin ən kasıb vaxtında, tarixi sosial ədalət naminə, Heydər Əliyev kapitalizmə dinc keçid üçün dövlət öhdəliyi olaraq özəlləşdiriləcək bütün orta və iri dövlət əmlakının 65%-nin özəlləşdirilməsinin ancaq və ancaq DÖÇ ilə aparılmasını və bütün investorların özəlləşdirmədə iştirakı üçün ancaq və ancaq vətəndaşlarda olan DÖÇ-ləri alaraq iştirak edə biləcəyini qəti qayda olaraq təsdiqlədi.
Qanuna əsasən, xarici investorlar ancaq opsion aldıqdan sonra DÖÇ-ləri ala bilərdi. Qanunla dövlət orta və iri müəssisələrin ancaq ona məxsus olan 35%-ni PUL ilə sata bilərdi.
Ümummilli Liderimizin göstərişi ilə, dövlət qiymətli kağızı kimi 8 milyon özəlləşdirmə payını (32 milyon çeki) təkcə çap etdirmək üçün 1995-ci ildə – dövlətin ən kasıb vaxtında 64 milyon ABŞ dolları ödənilib. Çünki DÖÇ-lərin dollardan çox qoruyuculuğu və qoruyucu nişanları var.
Artıq bir neçə ildir ki, qeyrətli deputatların, siyasətçilərin, hüquqşünasların, ziyalıların dövlətçiliyimizə inanaraq bəyan etdikləri vahid mövqe var: tezliklə Ulu Öndərin siyasəti, imzaladığı qanunlar və Konstitusiyaya əsasən, hər özəlləşdirmə payına düşən inflyasiyadan qorunan əmlak ekvivalentinin dəyəri qanunda göstərilən qaydalara uyğun hesablanacaq, DÖÇ-lər ya dövriyyəyə qaytarılacaq, ya da kompensasiya ödəniləcək ki, yüzminlərlə ailə böyük özəlləşdirmədə iştirak etsin.
Hörmətli millət vəkilləri!
Artıq vətəndaşlar bu faktları oxuyub-öyrənir, öz haqlarını bilirlər və tələb edirlər.
Konstitusiya Məhkəməsinin (KM) ekspertləri olan 10-dan çox hüquqşünas alim tərəfindən, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının (AAK) “Qanun” jurnalında çap olunmuş 4 məqalədə isbat olunur ki, DÖÇ-lər verilən zaman qüvvədə olan qanunvericilik aktlarına uyğun olmayaraq, yəni kompensasiya verilmədən 13 ildir aparılan özəlləşdirmə prosesi dövlət siyasətinə ziddir və cinayətdir.
Xahiş edirik, KM-in Konstitusiya, mülkiyyət və qiymətli kağızlar üzrə ekspertləri olan hüquqşünas alimlərin dediklərinə qulaq asın - birmənalı olaraq DÖÇ-nin qiyməti və dövriyyəsi qanunla tənzimlənməlidir. Nazirlər Kabineti də bunu təsdiq edir:
Çox hörmətli deputatlar!
Özəlləşdirmə payları ilə bağlı bəzi hüquqi aktların araşdırılması barədə KM-in 3 hakimi (sədrlik edən və məruzəçi-hakim Rövşən İsmayılov, hakimlər Sona Salmanova və Kamran Şəfiyev) bizim müraciətdən 8 ay sonra – 19 dekabr 2023- cü ildə bu hüquqi problemin araşdırılmasından İMTİNA qərardadı çıxarıb. KM Palatasının imtina qərarındakı Konstitusiya və qanunlara ZİDD olan yozma və əsaslandırma özəlləşdirmə paylarına aid əvvəlki qanunlarda olan dövlət öhdəliklərini və vətəndaşlara verilmiş hüquqları heçə saymaqla yanaşı, hüquqi-demokratik dövlət imicimizə və dövlətçiliyimizə qarşı təxribatdır, xalqa qarşı düşməncilikdır (daha ətraflı BURADA).
KM-in bu 3 hakiminin İMTİNA qərarı özəlləşdirmə başlayan zaman qanunla vətəndaşlara verilmiş mülkiyyət və bərabərlik hüquqlarını, dövlət öhdəliklərini, 2000-ci il tarixli özəlləşdirmə haqqında qanunun bu gün də qüvvədə olan 33.1-ci maddəsini (bu maddə heç bir Qanunla bu günə qədər qüvvədən düşməyib) tapdayır. Onların qərarında naməlum səbəbdən və Konstitusiyaya zidd olaraq, həmin Qanunun 33.2-ci maddəsi ilə TAM ləğv olunduğu göstərilib.
Əziz parlament üzvləri!
KM Plenumu özü 10-larla hüquqi məsələ, xüsusilə mülkiyyət hüququ ilə bağlı qərarlarında müqayisəli problemlərin həllində hüquqlar verilən zaman qüvvədə olan qanunların əsas sayılmasını şərtləndirib. Ancaq nədənsə, KM-də bu imtina qərarını qəbul edən 3 hakim KM-in qanun gücündə olan bu qərarlarını yaddan çıxarıb.
Niyə? Bəlkə, yaddaş problemləri var? Yoxsa bunlara vicdanı və əxlaqı olmayan hansısa oliqarx məmurlar təzyiq edirlər?
Hesab edirik ki, respublikamızda aşağıdakı hüquqi faktı bilməyən 1 nəfər belə, hüquqşünas yoxdur. Bildiyiniz kimi, Konstitusiya şikayətində göstərilən məsələ “Dövlət özəlləşdirmə payları (DÖP) və dövlət özəlləşdirmə çeklərinin tənzimlənməsi” məsələsinin hansı qanunvericiliyə tabe olması məsələsidir. Yəni DÖP-lərin və DÖÇ-lərin tənzimlənməsi, onların üzərində vətəndaşların mülkiyyət hüququnu əldə etməsi və özəlləşdirmədə əmlak bölgüsü zamanı mülkiyyət və bərabərlik hüquqlarının mühafizə olunması prosesinin bu hüquqların verildiyi tarixdə qəbul edilmiş qanunvericilik ilə tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu və digər maddələrinin tələblərinə görə məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə görə, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.
Hörmətli deputatlar!
Biz 50-dən çox hüquqşünasın KM-in bu 3 hüquqşünasının yazdığı rəy barədə fikirlərini öyrəndik. Hamısı ancaq bunu deyir: Konstitusiya Məhkəməsinin Palatasındakı bu 3 hakimin İMTİNA qərardadındakı bu cür əsaslandırma absurddur, qəbuledilməzdir! Bu cür hüquq yozumu hüququn ayaqlar altına alınmasıdır, Konstitusiya və qanunların tapdanmasıdır, beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin heçə sayılmasıdır. Ən əsası, Dövlətin və Dövlət rəhbərliyinin tarixi sosial ədalət siyasətinə qarşı gəlməkdir.
KM-in hakimləri hansı səbəbdən bu qərara imza atıblar? Bunlar KİMƏ və NƏYƏ xidmət edirlər? Bunların prezident seçkiləri öncəsi imtina qərardadı çıxarmasında əsas məqsəd nə idi? Bu cür hüquqsuzluğa hansı cürətlə yol verirlər? Bu suallar bizi çox narahat edir.
Belə çıxır ki, KM Palatası öz qərəzli yozmasında vətəndaşların hüquqlarının 2000-ci ilin may ayından sonra yavaş-yavaş, Konstitusiyaya, qanunlara və beynəlxalq hüquqa zidd olan qanunvericilik aktları ilə pozulduğunu və ölkəmizin hüquqi və demokratık dövlət olmadığını erməni faşistləri kimi həm yerli, həm də beynəlxalq ictimaiyyətə nümayiş etdirməyə calışır.
Əziz Milli Məclis üzvləri!
Yəqin bilirsiniz ki, Sovet dövlətindən qalan və xalqa məxsus olan əmlaklar qanunla vətəndaşlara miras əmlak payı olaraq verilib və onlar arasında bölünməlidir. Yəni vətəndaşlara məxsus 65%-lik əmlakın sonradan qəbul olunan qanunvericilik aktları ilə Konstitusiyaya zidd olaraq əllərindən alınması və İqtisadiyyat Nazirliyi tərəfindən ancaq pulla özəlləşdirilməsi oliqarx məmurların xalqa qarşı ağır mütəşəkkil korrupsiya cinayəti sayılir. Bu cinayəti bilərəkdən hansısa yerli və ya xarici sahibkar özəlləşdirmədə iştirak edirsə ya axmaqdır, ya da bu korrupsiyanın başında duran məmurların adamıdır - yəni erməni xislətli dayısına arxalanır.
“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, KM-in hakimləri öz səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyinə, Konstitusiyanın aliliyini qoruyacaqlarına, baxdıqları məsələləri ədalətlə həll edəcəklərinə and içirlər. Həmin qanunun 23.1.7-1-ci maddəsinə görə, Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Konstitusiya Məhkəməsi hakiminin adına, şərəf və ləyaqətinə ləkə gətirən hərəkətə yol verdikdə mümkündür. Bu əsas şərtdir.
Əziz deputatlar!
Sizcə, hüquqşünasların yüzminlərlə ailənin mülkiyyət və bərabərlik hüquqlarını tam əlindən alan Konstitusiyaya zidd bu hərəkəti vicdansızlıq və ləyaqətsizlik deyilmi?
Heç kim unutmasın ki, dövlətimizin və dövlət rəhbərliyinin siyasətinə xələl gətirən bütün bu faktlar gec-tez cənab Prezidentə çatdırılacaq. O zaman dövlət öz dəmir yumruğunu daxildə də işə salacaq. Qarabağı yağı düşməndən xilas edən o dəmir yumruq xalqı və dövləti aldadan, haqq yeyən, həqiqəti gizlədən məmurların başına enəcək.
Mətbuatda 30-dan çox deputat bu barədə danışıb, xalqın haqqının bərpası ücün müraciətlər edib və hətta Milli Məclisdə kicik qrup formatında müzakirələr aparılıb. İnanırıq ki, bütün deputatlar haqqın, ədalətin və xalqın tərəfindədir.
Hörmətli xalqın vəkilləri!
İnanırıq ki, sizlərin köməyi ilə cənab Prezidentə bu hüquqi faktlar barədə tam məlumatlar catdırılarsa, bu problem dərhal öz həllini tapacaq. Bu səbədən sizlərdən çox xahiş edirik ki, məsələni bütün deputatların iştirakı ilə Milli Məclisdə təcili müzakirəyə çıxarasınız.
Bilirsiniz ki, Baş nazir hələ 2016-ci ildə yeni özəlləşdirmə qanununun hazırlanması barədə Milli Məclisdə anons vermişdi. Sonradan hətta cənab Prezident özəlləşdirmə haqqında yeni qanun layihəsini İqtisadiyyat, Ədliyyə və Maliyə nazirliklərinin birlikdə hazırlayıb, 2023-cü ildə Milli Məclisə təqdim etməsi barədə sərəncam verdi. Ancaq bu məsələ məmurlara sərf etmədiyi ücün hələ də gecikdirilir.
Əziz deputatlar!
Vətəndaşlar çox xahiş edirlər ki, qanunların və Konstitusiyanın sizlərə verdiyi hüquqlara uyğun olaraq, Milli Məclisin tribunasından hökumətə yeni özəlləşdirmə qanunu layihəsinin hazırlanması barədə cağırış edəsiniz. Eyni zamanda, həmin qanun layihəsi sizə təqdim edilənə qədər, 13 ildir davam edən cinayətkar özəlləşdirmənin qarşısının alınması, mülkiyyət və bərabərlik hüququ pozuntularının aradan qaldırılması üçün köhnə qanunda olan hüquqazidd maddələrin ləğv olunması və yeni maddələr əlavə olunması məqsədilə MM-də xüsusi komissiya yaratmağınız xahiş olunur. Bunun vacibliyini öz həmkarınız da bəyan edib.
Bizim istəyimiz odur ki, vətəndaşların ümidləri üzülüb Avropa Məhkəməsinə, səfirliklərə, beynəlxalq təşkilatlara üz tutmasınlar, bu problem öz daxilimizdə həll olunsun. Dövlətçiliyimizə dəstək olun ki, daxili işimiz xaricə çıxmasın! Xalqın haqqını müdafiə edin ki, vətəndaşların zalım məmurlara bədduası, söyüşü, qarğışı dayansın!
Hörmətli parlamentarilər!
Tarixi sosial ədalətin, mülkiyyət və bərabərlik hüququnun pozulması, məmurların qanunsuz hərəkətləri yüzminlərlə vətəndaşı çox narazı salır və məmur-vətənaş qarşıdumasını qaçılmaz edir. Ölkə daxilində oliqarx məmurlara və onların adamları olan sahibkarlara qarşı nifrət, düşmənçilik və intiqam toxumu səpilir. Tarix, hüquq, sosiologiya, psixologiya və siyasətlə məşğul olanlar öz təcrübələrindən bunu yaxşı bilirlər.
Diqqət edin, gec-tez hansısa siyasi qüvvələr ədalətin və konstitusiyanın bu cür kobud şəkildə pozulmasından istifadə edəcək. Hansısa Koroğlular oliqarx məmurlarin və acgöz sahibkarların ailələrinin əmlakına göz qoyacaq.
Düzgün olmayan əmlak bölgüsünün nə qədər ağır nəticələrə gətirib çıxaracağını anlamaq çətin deyil. Bu cür ədalətsizliyi görüb susmaq günah və cinayətdir. Dövlətə və xalqa qarşı düşmənçilikdir. Torpaqlarını qanı bahasına alan xalq öz halal haqqı üçün vicdansız məmurlara qarşı da ermənilərə davrandığı kimi davransın? Bunumu istəyirlər?
Mütləq nəzərə alınmalıdır ki, 65%-i çeklərlə miras əmlak payı kimi xalqa qanunla vəd olunmuş orta və iri müəssisələrin Konstitusiya və qanunlara zidd olaraq ancaq PULLA özəlləşdirilməsi gələcəkdə yerli və xarici investorlar üçün böyük təhlükədir.
Hörmətli millət vəkilləri!
Konstitusiya və qanunlar bərabərlik hüququnu, hər bir vətəndaşın özəlləşdiriləcək dövlət əmlakında payının olduğunu (Heydər Əliyevin tarixi çıxışda da deyildiyi kimi) və hər bir əmlak payının qanunla inflyasiyadan qorunan əmlak ekvivalenti kimi hamı üçün eyni dəyərə malik olduğunu bir qayda olaraq təsdiqləyir. Buna baxmayaraq, sonradan bu qaydanın qanundan aşağı hüquqi aktlarla pozulduğunu bilirsiniz. Belə ki, bir vətəndaşın payı üçün 500 ABŞ dolları, başqası üçün 65 min ABŞ dolları əmlak ekvivalenti olan səhm verildi. Eyni müəssisənin kollektiv üzvlərinin payı 50 ABŞ dolları, ancaq həmin müəssisəni alan investor üçün 1 pay 1800 ABŞ dolları olaraq hesablandı.
Bu səbəbdən də qanunda hər DÖÇ-lərə düşəcək əmlak ekvivalentinin qiyməti hesablanaraq açıq yazılmalıdır ki, belə ədalətsizlik bir daha təkrarlanmasın. Əmin olun ki, Xalqın yaddaşı heç nəyi unutmur!
Xahiş edirik, diqqət edin!.
Cənab Prezidentə Konstitusiya Məhkəməsi hakimlərinin etdiyi bu kobud səhvələr barədə məlumat verləndən sonra cənab Prezidentin göstərişi ilə Prezident Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsi tərəfindən KM-nin Plenumunda işə baxılması ücün 04.03.2024-cü il tarixində 1-1-8/2-Kol-1362/3-019/3 N-li yeni məktub göndərilib.
Əziz Deputatlar. Bu məktuba qanunla 10 gün müddətində cavab verilməlidir. Xahiş edirik, siz də KM-də gedən prosseslərlə maraqlanasınız.
Hörmətlə: Özəlləşdirmə Çekləri Qrupu
Müəllif: Aydın Gəray
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 2024 23:11
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 2024 13:38
- Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Prezidentə və Baş Prokurora ŞİKAYƏT
29 oktyabr 2024 21:01
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərdi
29 oktyabr 2024 11:49
- Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Prezidentə və Baş Prokurora ŞİKAYƏT
29 oktyabr 2024 10:14
- Prezidentdən mühüm sərəncam: Ramiz Mehdiyev də...
26 oktyabr 2024 12:02
- Şok: İsrail İranın nüvə stansiyasını vurdu – Təcili
26 oktyabr 2024 11:53
- Bu yollar üç saatlıq bağlanacaq - Siyahı
26 oktyabr 2024 10:15
- İlham Əliyev Tokayevi təbrik etdi
25 oktyabr 2024 13:15
- Baxçalı danışdı, Öcalanla 43 ay sonra görüş keçirildi - Nə baş verir ?
24 oktyabr 2024 11:07
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22
- Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay HƏBS !
30 oktyabr 13:10
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 11:11
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 10:56
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 10:18
- Talıbovlara bağlı daha bir şirkət ləğv olunur
30 oktyabr 09:58
- Xurmanın orqanizmimizə faydaları
30 oktyabr 09:34
- Daha heç kimdən icazə almırıq - Ərdoğan
30 oktyabr 09:14