Rektor İspaniyada içib sərxoş olub? - Sensasion iddia
Dünya15 noyabr 2018 16:38
Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb.
musavat.com -un verdiyi məlumata görə, məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olub. Nümayəndə heyətinin tərkibində olan və adının çəkilməsini istəməyən şəxslərdən birinin verdiyi məlumata görə, səfər başlanğıcdan sona qədər "maraqlı macəralar”la zəngin olub.
Əvvəlcə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.
Sual oluna bilər ki, bir nəfər bu qədər yüklə niyə səfərə çıxır. Mənbəmizin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.
Lakin A. Məhərrəmovu "yandıran” səbəb onun diribaş biznesmen olması, hörmətli şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin "Eurostar Madrid” otelinin restoranında adını çəkmək istəmədiyimiz millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır. Əldə etdiyimiz məlumata görə, gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə "haqq-hesab çürütmək” fikrinə düşüb. "Haqq-hesab” o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb və bardakı hörmətli həmvətənlərimiz dağılışıblar.
İspaniyada keçirilən "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” tədbirindən fraqment
Bəs A.Məhərrəmovu özündən çıxaran o məşum səbəb nə imiş? Deyilənə görə, Azərbaycanın İspaniyadakı səfiri, hörmətli akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi "hörmətsizlik”lər onu özündən çıxarıb. Abel müəllimin fikrincə, Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: "BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm.” Mənbəmizin verdiyi məlumata görə, A.Məhərrəmov hətta şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına "tərbiyə” verməsi” tələbi ilə restorana gətizdirib.
İspaniyada keçirilən "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” tədbirindən daha bir fraqment
Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim, çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib. Mənbəmizin dediyinə görə, orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyir və rişxəndlə gülürdülər.
Bütün bunlardan sonra yəqin ki, A.Məhərrəmov özünün və oğlunun taleyini həll edib. Daha bundan sonra minlərlə tələbənin oxuduğu və çoxsaylı ziyalının işlədiyi BDU ona etibar edilməyəcək. Atalar demişkən artıq tamah baş yarar. Abel müəllimin də tamahı özünün və oğlunun başını beləcə yardı.
P.S. İndicə aldığımız məlumata görə ölkə başçısı Abel Məhərrəmovu BDU-nun rektoru vəzifəsindən azad edib. Bax beləcə, Abel Məhərrəmov da vüsala qovuşdu...
Oxşar xəbərlər
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya