Vəkil Sevil Hacıyeva harada və nə vaxt ali təhsil alıb?
Keçmiş nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun külli miqdarda dələduzluq əməlinə görə istintaqa cəlb edilmiş baldızı oğlu Rahib Hüseynovla bağlı mövzu ölkə mediasının gündəmindən düşmür.
Moderator.az saytı bir neçə gün əvvəl Rahib Hüseynovun vəkili Sevil Hacıyeva ilə bağlı maraqlı məlumatlar dərc etdi.
Saytın məlumatına görə, Rahib Hüseynov həbs olunmamaq üçün kimsənin ağlına gəlməyən bir çıxış yolu seçibmiş. O vəkili Hacıyeva Sevil Balasoltan qızı ilə 2017-ci ilin aprel ayının 13 - də nikaha daxil olubmuş və barəsində axtarış verilən təqsirləndirilən şəxs bu müddət ərzində həyat yoldaşı Sevil xanımın himayəsinə sığınıbmış.
Saytın yazdığına görə, özündən 10 yaş kiçik Rahib Hüseynovla nikahdan sonra astronomik sürətlə varlanan S. Hacıyeva bahalı mobil telefondan, "zerkalnı" nömrədən tutmuş "Range Rover" markalı avtomobilə sahiblənməklə kifayətlənməyib, Tovuz rayonu Qovlar stansiyasındakı iri fermer təsərrüfatını da öz adına keçirməyə imkan tapıb.
Əlbəttə, saytın yazdıqlarının nə dərəcədə həqiqətə uyğun olub-olmadığını araşdırmaq, axtarışda olan şəxsi gizlətməyin nəticəsi ilə bağlı qərar vermək hüquq-mühafizə orqanlarının vəzifəsidir. Və kimin özündən 10, yaxud 15 yaş kiçik şəxslə nikaha girməsi özəl məsələ olduğu üçün bizim üçün maraqlı deyil.
NUH.az-a daxil olan məlumata görə, vəkil Sevil Hacıyevanın ali təhsili ilə bağlı məsələ mübahisəlidir. Və bir media olaraq bu məsələni araşdırmaq qərarına gəldik.
Məlumat üçün onu da qeyd edək ki, tanınmış şəxslərin, hətta bəzi millət vəkillərinin diplomlarının saxta olması ilə bağlı ölkə mətbuatında kifayət qədər məlumatlar dərc olunub. Hətta bir neçə il əvvəl TQDK-nın sədri Məleykə Abbaszadə ölkədə minlərlə saxta diplomun olmasını açıqlamışdı. Yəni saxta diplom məsələsi bu gün ölkədə ciddi problemdir. Ona görə də Sevil Hacıyevanın ali təhsil diplomu ilə bağlı saytımıza daxil olan məlumat diqqətimizi cəlb etdi.
Və Sevil Hacıyevanın da üzv olduğu Vəkillər Kollegiyasının saytına (barassociation.az) daxil olub onunla bağlı məlumatlara nəzər saldıq:
Hacıyeva Sevil Balasoltan qızı,
Fəaliyyət göstərdiyi vəkil qurumu: Bakı şəhəri 4 saylı Vəkil Bürosu,
Bildiyi xarici dillər : Xarici dil biliyi yoxdur,
Vəkillik fəaliyyətinin müddəti: 5 il,
1998-2001-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində ( ABU) təhsil alıb.
Sözün düzü, Elşad Abdullayevin “ABU”-sunu görən kimi şübhələrimiz daha da artdı. Və Sevil Hacıyevanın özü ilə telefon əlaqəsi saxlayıb məsələyə aydınlıq gətirməyə çalışdıq.
Bizimlə telefon söhbətində Sevil Hacıyeva əvvəl Rusiyada təhsil aldığını, sonra isə Ukraynada universitet bitirdiyini bildirdi. Bizim “ Ukraynanın hansı şəhərində və neçənci illərdə, konkret hansı ali məktəbdə təhsil almısınız?” sualımıza Sevil Hacıyeva cavab verməkdən qəti imtina edərək, “ Nəyinizə lazımdır” cavabını verdi.
Görəsən, xanım vəkil öz ali təhsili ilə bağlı suala cavab verməkdən niyə imtina edir?
Və Vəkillər Kollegiyasının saytında “Xarici dil biliyi yoxdur” yazan Sevil Hacıyeva Rusiyada, yaxud Ukraynada hansı dildə təhsil alıb ?
Əlbəttə, bizim hörmətli Sevil Hacıyevanın reputatsiyasına kölgə salmaq məqsədimiz yoxdur. Sadəcə, bizə daxil olan məlumatı dəqiqləşdirmək fikrimiz var.
Sevil Hacıyeva suallarımıza cavab vermədiyi üçün mətbuat vasitəsilə yuxarıdakı sualları müvafiq dövlət orqanlarına ünvanlayırıq. Qoy vəkilin ali təhsili ilə bağlı məsələyə dövlət qurumları aydınlıq gətirsin.
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20