“Azərbaycan Beynəlxalq Bankı ilə birgə bunu bacardıq”
Azərbaycanda biznes və media əməkdaşlığı dərinləşdikcə onların cəmiyyət qarşısında birgə sosial məsuliyyəti məsələsi də gündəmə gəlir. Bəzi media qurumlarının ötəri kütləvi marağı nəzərə alaraq bayağı reytinq ardınca qaçmasında reklamı reytinqə görə verən biznes qurumlarının məsuliyyəti nədən ibarətdir? Onlar kütləvi informasiya vasitələrini cəmiyyət üçün daha faydalı materiallar hazırlamağa həvəsləndirə bilərlərmi?
“Qafqazinfo” xəbər verir ki, bu sualları öz fəaliyyətində daha çox maarifləndirmə xəttini əsas götürən ASAN Radionun İcraçı direktoru Emin Musavi cavablandırıb.
-Emin müəllim, necə bilirsiniz, medianın diqqət yetirdiyi əsas mövzuları, auditoriyanın istəyi müəyyənləşdirməlidir, yoxsa media özü ictimai zövqü formalaşdırmağa çalışmalıdır?
-Düşünürəm ki, bunu bir tərəfdən oxucular, dinləyicilər, tamaşaçılar, digər tərəfdən isə media qurumunun özü müəyyənləşdirməlidir. Media ictimai zövqü formalaşdırmalıdır. Cəmiyyət üçün vacib məsələlərə diqqəti cəlb etməlidir. İstər radio, istər televiziya, istər internet portallar, fərq etməz, bunların hər biri əhəmiyyətli, prioritet mövzular üzrə polemikalar qurmalıdır. Mövzu ilə bağlı dəqiq informasiya verməlidir və əlbəttə, maarifləndirməlidir.
Hər bir media qurumunun öz rolu var: kimsə əyləndirir, kimsə idman yeniliklərini çatdırır, digəri iqtisadi prosesləri təhlil edir. Bizim də ASAN Radio olaraq bir neçə prioritet istiqamətimiz var. Bunlardan ən mühümü dövlət xidmətləri ilə bağlı vətəndaşların bütün suallarına asan dildə cavab verməkdir. Bu, bizim missiyamızdır.
-Çox populyar ifadə də var ki, oxucu, dinləyici, tamaşaçı nəyi istəyirsə, onu təqdim etmək lazımdır...
-Bilirsiniz, bunun özünü tam dəqiq təyin etmək hələ o qədər asan deyil ki, oxucu, dinləyici, tamaşaçı istəyi əslində nədən ibarətdir?! Cəmiyyəti maarifləndirmək, sağlam tərzdə faydalı informasiya çatdırmaq bizim borcumuzdur. Zövqü korlamaq olmaz. İndi bəzi media qurumlarında tez-tez bayağı, qeyri-etik materiallar yayılır. Səbəbləri məlumdur. Bu, bir tərəfdən qeyri-peşəkarlıq problemidir, digər tərəfdən də bununla reytinq toplamaq istəyirlər. Amma reytinq toplamağın yolu axı bu deyil. Daha doğrusu, bu, ən asan və bəsit yoldur. Keyfiyyətli kontent yaradaraq auditoriyanın diqqətini onunla cəlb etmək, bəli, çətindir. Bu, yetərincə peşəkarlıq tələb edir. Amma əgər biz çətin olmayan yolla reytinq istəyiriksə, onda gəlin ancaq elə qeyri-etik materiallar verək. Bu halda hamının diqqətini cəlb edəcəyik və reytinq də yüksək olacaq. Ustalıq və peşəkarlıq isə ondadır ki, daha keyfiyyətli kontentlə diqqət qazana biləsən. Bu, dünyada da belədir. Məsələn, dünyada sırf tarixi mövzularda verilişlər hazırlayan ayrıca televiziya kanalları var. Yaxud “National Geographic” kanalına nəzər salaq. Bu kanalda ayrı-ayrı ölkələr haqqında maraqlı məlumatlar, maarifləndirici informasiya çatdırılır. Çox böyük zəhmət, əziyyət bahasına hazırlanır bu verilişlər və çox da böyük tamaşaçı marağı qazanır.
Dedi-qodu, yoxlanılmamış informasiya, emosional tərzdə təqdim edilən xəbərlər, bunlar hamısı qeyri-peşəkarlıq nümunələridir. Azərbaycanda öz işinə vicdanla və insafla yanaşan, ciddi kontentlər yaradan, faydalı informasiya verən jurnalistlər kifayət qədərdir. Amma təsadüfi insanlar media fəaliyyəti ilə məşğul olanda bu cür xoşagəlməz hallar yaranır.
-Sizcə keyfiyyətsiz, bayağı materialların ortaya çıxmasında belə media orqanlarına, verilişlərə reklam verən şirkətlərin də hər hansı məsuliyyəti varmı?
-Təbii ki, onların da müəyyən məsuliyyəti var. Çünki reklam yerləşdirən şirkət cəmiyyətimiz haqqında, vətəndaşlarımız haqqında, uşaq, böyük, yaşlı, gənc - hər kəs haqqında düşünməlidir.
-ASAN Radio bu məsələdə rəqabətə davam gətirə bilirmi?
-ASAN Radio Azərbaycanda ümumrespublika səviyyəsində fəaliyyət göstərən
13 radiodan biridir. Ən gənc radiodur. Bölgədə dövlət xidmətləri sahəsində ixtisaslaşmış ilk və yeganə radiodur. Rəqabətdə də kifayət qədər uğurluyuq. ASAN Radio verdiyi məlumatları yoxlayıb sonra dinləyicilərinə təqdim edir. Əgər hansısa məlumatla bağlı tərəddüdlərimiz, suallarımız varsa, operativlik naminə onu səsləndirib “sonra düzəliş edərik” prinsipi ilə yanaşmırıq məsələyə. Bizim üçün vətəndaşlara xidmət göstərmək ən vacib məqsəddir. Radiomuzun formatı bəllidir. Xəbərlərlə yanaşı, xoş musiqi, dinamik reportajlar, faydalı məlumatlar təqdim edirik. Hesab edirik ki, keyfiyyətli kontentlə rəqabət aparmaq kifayət qədər çətin olsa da, həm də şərəfli işdir. Eyni zamanda cəmiyyətimiz üçün xeyirlidir. Məsələn, bu ilin mayında Azərbaycan Beynəlxalq Bankı ilə birgə “100 illik tarix” adlı bir layihəyə start verdik. Layihənin məqsədi Azərbaycan Xalq Cümhuriyyəti irsinin öyrənilməsi və qısa audio-video buraxılışlar şəklində auditoriyaya təqdim olunmasıdır. Bu layihə çərçivəsində hazırlanıb yayılan silsiləvi buraxılışlar həm keçmişimiz, həm bu günümüz, həm də gələcəyimiz üçün ən faydalı materiallardandır. “100 illik tarix layihəsi” bu il ən çox qürur duyduğumuz, uğurlu layihələrimizdən oldu.
-“100 illik tarix” ideyası necə meydana gəlmişdi?
-Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100-cü ildönümü tamamlandı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2018-ci il ölkəmizdə “Cümhuriyyət ili” elan edildi. Təbii ki, hər bir azərbaycanlı bu il də, növbəti illərdə də Cümhuriyyət irsinin, istialal dəyərlərimizin öyrənilməsinə və təbliğinə çalışmalıdır. Biz də düşündük ki, Cümhuriyyət ilində böyük bir müddəti əhatə edən silsiləvi buraxılışlar hazırlayaq. Azərbaycan Xalq Cümhuriyyəti necə elan olundu, hansı qərarları qəbul etdi, nə işlər gördü, tariximizdə nə kimi rol oynadı, bunları cəmiyyətimizə təqdim edək. Azərbaycan Beynəlxalq Bankının kreativ komandası bu məsələdə bizi dəstəklədi. Çox fəal şəkildə layihəmizdə iştirak etdilər və etməkdədirlər. Bu da bizə imkan verdi ki, maksimum keyfiyyətli kontentlər hazırlayaq. Layihəmizdə Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı məsələlərdə ekspet kimi qəbul olunan həmkarımız Rahib Azəri də iştirak edir. Təbii ki, ASAN Radionun komandası bu layihə üzərində fəal çalışır. Çox şadıq ki, belə bir layihəni reallaşdırmaq bizə nəsib oldu və “100 illik tarix” layihəsi kimi maraqlı bir silsiləni Azərbaycan ictimaiyyətinə təqdim edə bildik.
-Necə bilirsiniz, indi belə materialların izləyiciləri çoxdur?
-Bu sözlərimi kimlərsə, bəlkə pafos kimi qəbul edə bilər. Amma mən birmənalı şəkildə əminəm ki, Azərbaycan həyatının fəxr etdiyimiz, qürur duyduğumuz anları ilə bağlı bu kontentlər izləyiciləri çox maraqlandırır. Belə buraxılışların da öz auditoriyası var və zaman-zaman onların çevrəsi genişlənir. İnsanların keyfiyyətli kontentlərə marağı artır. Bu mənim şəxsi fikrimdir ki, Azərbaycan dinləyicisi bu gün müasir, keyfiyyətli və faydalı kontentlər üçün darıxıb. Əgər biz bunu media olaraq maraqlı tərzdə təqdim etmək üçün bütün imkanlarımızdan istifadə ediriksə, bütün faktları yoxlayıb, dinləyicilərimizə dəqiq informasiya çatdırmaq üçün çalışırıqsa, deməli buna tələbat var. Sadəcə təqdimat formaları müasirləşir, təqdimatı yeni tərzlərə uyğunlaşdırmalıyıq. Düşünürəm ki, Azərbaycan Beynəlxalq Bankı ilə birgə biz bunu bacardıq.
Sosial media indi kommunikasiya baxımından həyatımızın vacib bir hissəsidir. Ona görə də “100 illik tarix” layihəsi çərçivəsində hazırlanmış buraxılışlar ASAN Radionun efiri ilə bərabər, Azərbaycan Beynəlxalq Bankının və ASAN Radionun sosial şəbəkələrdəki korporativ səhifələrində, o cümlədən Facebook-da və Youtube-də də paylaşılır. Və görürük ki, izləyicilərin sayı həqiqətən çoxdur. İndiyə qədər bu silsilədən 17 buraxılış yayılıb. Elə buraxılışlarımız var ki, onu 130 minə yaxın şəxs izləyib. Buraxılışların sosial şəbəkələrdə orta izlənmə sayı isə, təxminən, 74 mindir.
-“100 illik tarix” layihəsi ilə cəmiyyətimizə nə verə bildiniz?
-Bu layihə ilə, ilk növbədə, biliklərimizi artırdıq. Özümüz üçün Cümhuriyyət tariximizlə bağlı detallı yeniliklər kəşf etdik. Elə informasiya var ki, o təkrar-təkrar verilir. Amma burada ciddi araşdırma işləri də görülüb. Elə məqamlara toxunmuşuq, elə məsələlərdən danışmışıq ki, bu barədə, kütləvi şəkildə, bəlkə də, heç söhbət açılmırdı. Bu layihə bizə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı, onun qurucuları ilə bağlı, ovaxtkı mühit, şərait haqqında yeni-yeni məlumatlar çatdırdı. Virtual məkanda indi “100 illik tarix” layihəsinin zəngin bir arxiv bazası formalaşıb. Bu, öyrənmək, biliklərini artırmaq istəyən insanlar üçün ana dilimizdə misilsiz resursudur.
-Belə layihələrin onlara sponsorluq edən biznes qurumlarına faydası sizcə, nədir?
-Layihəyə dəstək olmuş Azərbaycan Beynəlxalq Bankı da, digər banklar da, başqa biznes qurumları da dövlət üçün, millət üçün, dövlətçilik üçün vacib olan belə layihələrdə iştirak etməlidirlər. Bunun hər şeydən əvvəl mənəvi tərəfi var. Əgər sən vacib əhəmiyyətli layihələrə dəstək olursansa, bunun pozitiv enerjisi mütləq öz bəhrəsini verəcək. Millət üçün gördüyün ən kiçik yaxşı iş də artıqlaması ilə geri qayıdacaq. Məsələyə kommersiya tərəfindən də baxaq. Belə sanballı, əhəmiyyətli layihələrdə iştirak hər bir biznes qurumuna müştərilərin nəzərində yüksək reputasiya qazandırır. Onlar hər hansı xidmətlə, məhsulla bağlı ehtiyac yarananda adekvat olaraq belə qurumları seçirlər. Ona görə belə işlər hərtərəfli xeyirlidir və bu cür layihələrə dəstək vermək lazımdır.
Görün, biz bir xalq olaraq nə qədər şanslıyıq. Dünyada çoxlu sayda xalqlar mədəniyyətlər, dillər var. Amma Yer kürəsində cəmi iki yüzdən bir qədər çox xalqın dövləti var. Və o dövlətlərdən biri də bizimdir. Ona görə də dövlətimizin, müstəqilliyimizin qədrini bilməliyik. “100 illik tarix layihəsi” kimi işlərlə dövlətimiz üçün faydalı olmağa çalışmalıyıq.
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06