Zamirə Hacıyeva Azərbaycana gətiriləcək - İlginc faktlar
Dünya8 noyabr 2018 12:32
Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib. "The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılarkən Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keyt hakim Emma Arbutnota onun 3 uşaq anası olduğunu söyləyib.
Vəkil xahiş edib ki, bunu nəzərə alaraq qadının həbsi girov əvəzində ev dustaqlığı ilə əvəz edilsin. O, vəsatətində göstərib ki, Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası barədə gələn ilin iyununda baş tutacaq məhkəməyə qədər o, ev dustağı kimi Londonda qalmalıdır.
Vəkil bildirib ki, Zamirə Hacıyeva üçün bu həbs qərarı "dəhşətli şok” yaradıb. Hyuqo Kit etiraf edib ki, Zamirə Hacıyeva Londonda böyük pullar xərcləyib, amma Azərbaycan tərəfinin ittihamında onun bilavasitə bankdan pul oğurladığı göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri Cahangir Hacıyev götürüb. Amma hakim Azərbaycan tərəfinin ekstradisiya sorğusundan sitat gətirərək xanım Hacıyevanın bankomatlardan Beynəlxalq Bankın kartları ilə 8 milyon funt sterlinq çıxarıb xərclədiyini bildirib. Barrister bununla razılaşmayıb: "Onu böyük xərcləmələrdə və mənimsəmədə ittiham edirlər. Lakin bu, heç də o demək deyil ki, Hacıyeva həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.
Hakim Z.Hacıyevanın 500 min funt sterlinq girov qarşılığında ev dustaqlığına buraxılmasına razılıq verə biləcəyini ifadə edib, amma prokurorlar dərhal buna etiraz ediblər. Beləliklə, Zamirə Hacıyeva həbsdə qalıb.
55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyəri olan evdə yaşayır. Onun vəkilləri qadının "fırıldaqçı” olmadığını deyirlər. O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Məhkəmədə məlum olub ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır. O, 2 mənimsəmə ittihamı ilə üz-üzədir və noyabrın 1-də polisə təslim olduqdan sonra təcridxanada saxlanılır. Zamirə Hacıyevanın vəkilinin təqdim etdiyi apelyasiya şikayətinə bu gün Ali Məhkəmədə baxılacaq.
55 yaşlı bu qadın kimdir?
Zamirə Hacıyeva bir vaxtlar orta məktəb müəlliməsi işləyib. Ali təhsilini Moskvada alıb, rus dili və ədəbiyyatı müəllimidir. Orta məktəbdə dərs deyib. Ailə qurandan sonra çalışmayıb. Adı müxtəlif vaxtlarda mətbuatda hallanıb. Keçmiş bankir Cahangir Hacıyevin arvadı olduğu üçün oğurlanaraq 1 ay girov saxlanıb. Daha sonra MTN-in xüsusi əməliyyatı ilə azad edilib. 3 övlad anasıdır. 2 oğlu, 1 qızı var. 2 dəfə ailəli olub. Birinci nikahdan olan qızı keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub. 2 oğlu hazırda Böyük Britaniyada "boarding school”da təhsil alır. Zamirə Hacıyevanın məhz övladlarına görə bu ölkədə yaşadığı deyilsə də, bu ölkənin Daxili İşlər Nazirliyi ona Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.
Yada salaq ki, həbsindən az əvvəl Zamirə Hacıyevanın üzərinə həbs qoyulmuş 400 min funt-sterlinq (təxminən 519 min 278 dollar) məbləğində qızıl-zinət əşyalarını xəlvəti satmaq cəhdi ifşa olunmuşdu. Məlum olmuşdu ki, həmin zinət əşyalarını Londondakı "Christie’s” hərrac evində satılmaq üçün verilibmiş. Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın 10 milyonlarla dollarlıq aktivlərinə həbs qoyub. Məlum olub ki, 7 il əvvəl Britaniyanın Virgin adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Bu arada həmin mülkün fotoları da xarici və yerli mətbuatda yayılıb. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində "Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4 min funtdan çox xərcləmə deməkdir.
Cahangir Hacıyev Beynəlxalq Banka 2001-ci ildən sədrlik edirdi. 2015-ci ildə Beynəlxalq Bankla bağlı araşdırma başlanan zaman o da həbs edilib. O, mənimsəmə, vəzifə saxtakarlığı kimi bir neçə cinayətdə ittiham olunub, 15 il azadlıqdan məhrum edilib. Rəsmi məlumatlar cütlüyün "Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) "Gulfstream G550" jet təyyarəsini aldığını da ortaya çıxarıb. Artıq Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib. Z.Hacıyeva zinət əşyalarını qeyri-qanuni satmaq cəhdi ilə əlaqəli istintaqa cəlb olunaraq saxlanılıb. Məlumdur ki, zinət əşyalarının satılmasında adı keçən Leyla Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun həyat yoldaşıdır. Zamirə Hacıyevaya Böyük Britaniyada bu ölkənin Daxili İşlər Nazirliyi varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib. Həmin viza ləğv ediləcəyi təqdirdə Zamirə Hacıyeva Azərbaycana təhvil verilə bilər.
Zamirə Hacıyeva Beynəlxalq Bank işində mənimsəmə faktına görə təqsirləndirilir. 2016-cı il iyunun 1-də Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zamirə Hacıyevanın barəsində axtarışlı həbs-qətimkan tədbiri seçilib və onun tutularaq istintaqa təhvil verilməsi üçün barəsində axtarış elan edilib. Böyük Britaniyada mühakiməsinin ardından Zamirə Hacıyevanın gələn ilin yayında Azərbaycana təhvil veriləcəyi gözlənilir.
Mənbə: Yeni Müsavat
Oxşar xəbərlər
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
- Kirkorov Bakıda - Video
24 mart 2024 06:42
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- TƏCİLİ: Hazırlıq başladı – Tavuş boşaldılır
22 mart 2024 13:07
- Tavuşdakı erməni qadından sensasiya - Uşaqlarımızı müharibədə qırmaq istəyirlər
22 mart 2024 12:59
- Əsirlikdən qayıdan Ruslan Şəmkirdə yaxınları ilə bir arada - Video
22 mart 2024 12:07
- Ruslan ailəsinə qovuşdu
21 mart 2024 23:29
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya