Hacıyevadan sonra Londonun növbəti hədəfi Anar Məmmədovdur
Hər şeydən görünür ki, Britaniya öz paytaxtına bütün dünyadan oliqarxların “zəvvarlığına” son vermək qərarına gəlib. Və istənilən təbəqələrdən olan varlıların qarşısında əsas maneə “İzahedilməz Sərvət Sərəncamı”dır (UWO).
Britaniya dövləti ölkədə mülklərə malik olan xarici siyasətçilər və oliqarxlar barəsində məhz ona əsasən cinayət istintaqı başlatmaq hüququ əldə edib. Bu məcburi qəbul edilmiş qərardır, çünki belə getsə, tezliklə Londonda “təmiz ingilis” evləri torpaqları qalmayacaq.
“Transparency International UK”un məlumatına görə, Londonda elit evlərin 87%-ni əcnəbilər alıblar və əldə edilmiş mənzillərin 42%-i korrupsiyanın yüksək səviyyədə olduğu ölkələrdən olan alıcılara məxsusdur. Qeyri Hökumət Təşkilatının fəalları hesab edirlər ki, “Londonda 4,2 milyard funt sterlinqlik mülklərin əldə edildiyi vəsaitlərin mənşəyini müəyyən etmək mümkün deyil”.
Britaniya ədalət qoruyucularının diqqət mərkəzinə ilk düşən Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin, öz pul səpmək ehtirasını cilovlaya bilməyən xanımı Zamirə Hacıyeva oldu. Britaniya hüquqşünasları onun kapitalına baxaraq maliyyə vasaitini şübhəli hesab ediblər və xanım Hacıyevaya qarşı vəsaitlərin mənimsənməsi ittihamı üzrə iki cinayət işi qaldırıblar.
Demək lazımdır ki, Britaniya ölçüləri üzrə mülk planka, hansıyla ki, belə araşdırmalar mümkündür, tamamilə kiçikdir — vur-tut 50 min funt sterlinq. Özü də bu halda “siyasi əhəmiyyətli şəxslər” (SƏŞ) kimi müxtəlif səviyyəli deputatlar, keçmiş və indiki məmurlar, dövlət müəssisələrinin rəhbərləri, həmçinin onların köməkçiləri və ailə üzvləri tanınırlar. Və qonaqpərvər London belələrinə qucağına sığınmaq üçün müəyyən bir vaxta kimi o qədər cox imkan verib ki... Deyək ki, keçmiş SSRİ-nin sanballı və imkanlı vətəndaşları öz vasitələrini sərmayə şəklində Böyük Britaniyanın aktivlərinə və daşınmaz əmlak bazarına fəal şəkildə hələ keçən əsrin 90-cı illərinin ortalarından qoymağa başlamışdılar. Və bu gün Dumanlı Albiona postsovet məkanından biznesmen və məmurların milyardlarla dollar vəsaiti axıb gedib.
Bəs necə, axı Knight Frank mülkiyət agentliyinin məlumatına görə, Londondakı elit mülk sahiblərinin beşdə bir hissəsi rus dilində danışanlardır.
Bununla belə, Britaniya hakimiyyətinin yeniliyinə, pul vəsaitlərinin Rusiya Federasiyasına mümkün qayıdışı haqda fikir ayrılıqlarına baxmayaraq, dəfələrlə məhz Rusiya ekspertləri reaksiya veriblər.
Hər halda Rusiyanın biznes-ombudsmanı Boris Titov bir məsələdə əmindir: Rusiya aktivlərinə Londonun gücləndirilmiş diqqəti hər şeydən əvvəl rusiyalıların, hansılar ki, öz ölkələrində təqibdən qaçaraq Böyük Britaniyada gizlənməyə məcbur olublar, həyatını çətinləşdirəcək.
“Onlara oliqarxlarla, hansılar ki, öz varidatlarını gizlədirlər və ya hansısa səbəblərdən Rusiya ilə münaqişədədirlər, eyni münasibət olacaq. Halbuku həmin kasıb insanlar gizlənməyə məcbur olublar və Rusiyaya qayıtmaq istəyirlər. Amma onlara da oliqarxlara olan münasibət bəslənəcək”, - deyə Titov vurğulayıb.
Tanınmış vəkil Əkrəm Həsənov isə Virtualaz.org-a açıqlamasında Azərbaycan hakimiyyətini qaçmış oliqarxların pulunu leqallaşdırmağa çağırıb.
“Onsuz da Qərb onları bizə qaytarmayacaq, belə olan halda niyə ağıllı hərəkət edib, onların pulunu leqallaşdırmayaq? Həm də ki, Britaniya qaçmış əcnəbilərin pulunu birinci dəfə ekspropriasiya etmir. Heç olmasa ağ emiqrasiyanın nümayəndələri ilə bağlı yüzillik köhnə tarixi xatırlayaq. Demək istəyirəm ki, Londonun bu planda zəngin təcrübəsi var.
Mən bildiyim qədəri, Britaniya yaxın vaxtlarda sabiq spiker Rəsul Quliyevin və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun əmlakına da həbsi qoymaq niyyətindədir. Ümumiyyətlə, London hələlik yalnız Azərbaycanın ədalət sistemi ilə problemləri olan azərbaycanlıların pulunu alır. Bilmirəm, ingilislər Zamirə Hacıyevanın pulunu Azərbaycana qaytaracaqlarmı, amma özünü vətənə ekstradiya edə bilərlər. Ancaq o, pulsuz bizə ümumiyyətlə lazım deyil, ona görə daha məntiqli olardı ki, bizim hüquq-mühafizə orqanlarımız onunla sazişə getsinlər: özün pulu qaytar və biz sənə toxunmayacağıq.
Bir sözlə, qaçmış korrupsionerlərin pulu ölkəyə qayıtmayacaqsa, onların ekstradisiyasından bizə heç bir xeyir gəlməyəcək”, - deyə vəkil əminliklə bildirib.
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10