BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı...
Maraqlı18 noyabr 2018 09:40
Xəbər verdiyimiz kimi, noyabr ayının 16-sı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov prezident İlham Əlyevin sərəncamı ilə tutuduğu vəzifədən azad edilib. Sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində A.Məhərrəmovun yerinə təhsil-elm sahəsində uzun illərdir əməyi olan bir sıra vəzifəli şəxslərin təyin olunacağı ilə bağlı müzakirələr aparılır.
unikal.org sözügedən müzakirələrin aktivliyini nəzərə alaraq Bakı Dövlət Universitetində elmi işlə məşğul olan şəxslərin ad və vəzifələrini araşdırıb. Məlum olub ki, Azərbaycanın sabiq vəzifəli şəxləri, o cümlədən rektor, millət vəkilləri, səfir qızı BDU-da kafedra müdiri vəzifəsində çalışırlar.
Həmin siyahını sizlərə təqdim edirik:
Misir Mərdanov - Azərbaycanının sabiq təhsil naziri olub. Hazırda Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin "Ali riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışır.
İradə Məmmədova – sabiq təhsil nazirin müavini vəzifəsində çalışıb. Hazırda BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiridir.
Qərib Məmmədov — Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri olub. Hazırda BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir.
Səhər Orucova – hazırda Azərbaycan Respublikasının Qırğızıstandakı fövqəladə və səlahiyyyətli səfiri vəzifəsində çalışan Hidayət Orucovun qızıdır. S.Orucova BDU-Azərbaycan Şifahi Xalq Ədəbiyyatı kafedrasında müdiri vəzifəsini icra edir.
Ədibə Paşayeva - Azərbaycan Respublikasının əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin qızıdır. Ə.Paşayeva hazırda BDU-da kafedra müdiri vəzifəsində çalışır.
Vasim Məmmədəliyev - Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiridir.
Nərgiz Paşayeva - Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti vəzifəsi ilə yanaşı, BDU –nun filologiya fakultəsində kafedra müdiridir.
Ziyafət Əsgərov - Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini vəzifəsi ilə yanaşı, BDU-nun hüquq fakultəsinin konstitusiya hüququ kafedrasının müdiri vəzifəsində çalışır.
Məzahir Pənahov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsi ilə yanaşı, BDU-nun ümumi fizika kafedrasının müdiri vəzifəsində çalışır.
Nizami Cəfərov – hazırda millət vəkilidir. Bununla yanaşı Bakı Dövlət Universitetində kafedra müdiri vəzifəsini icra edir.
Yaqub Mahmudov – hazırda Milli Məclisin deputatıdır. Y.Mahmudov BDU-nun tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir.
Rəbiyyət Aslanova - Azərbaycan Respublikası Milli Məclisinin (II, III və IV çağırış) deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri vəzifəsini tutub. Hazırda BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri vəzifəsində çalışır.
Oxşar xəbərlər
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya