Elmira Axundovanın adı keçən məhkəmədə qovğa
Bakı Ağır Cinayətlər Məhkəməsində Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovanın, oğlu Həbib Axundovun adı hallanan dələduzluq işi davam edir. AzEuroNews.com xəbər verir ki, ortada ələ keçirilən pul 1 milyon manatdan artıqdır. Müttəhim kürsüsünə Həbib Axundovun dostu və şəriki Elnur İbrahimov çıxarılıb.
Elnur İbrahimov
Aylardır davam edən prosesdə faktiki olaraq heç bir araşdırma aparılmır, proses qısa müddət keçirilməklə təxirə salınır. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən sonuncu prosesdə zərərçəkənlər Sabir Ağayev və Fərman Məmmədov iştirak ediblər. Həbib Axundovun vəkili Afət Qazıyeva da prosesə qatılıb. Hakimin iş üzrə zərərçəkənlərə çıxış təklifindən sonra A.Qazıyeva çıxışa başlayıb. İddia edib ki, proses getdiyi müddətdə hər dəfə zərərçəkən Fərman Məmmədovun vəsatətləri təmin olunmuş, uzadılmış, süründürməçiliyə yol verilib:
Fərman Məmmədov
“Hazırkı mərhələdə də keçən dəfə proses təxirə salınanda çıxışa vaxt istəmişdi, bu gün də çıxışa hazır olmadığı müəyyən edilib. Bu müvəfəqiyyətlə proses bir neçə ay da uzanacaq“.
Fərman Məmmədov:
– Hörmətli hakim, burada vəkil deyir ki, Fərman Məmmədovun verdiyi vəsatətlər təmin olunub. Hansı vəsatət təmin olunub? Niyə yalan danışır?
Hakim:
– Mən bu suala cavab vermirəm.
Fərman Məmmədov:
– Mən sual vermirəm, xatırladıram. Yalan danışmaq lazım deyil. Mənim Konstitusiya ilə qorunan hüquqlarım var və həmin hüquqlar qorunmalıdır. Amma bunlar burada təqsirləndirilənlə bir adam kimi çıxış edirlər, eyni mövqedədirlər.
Hakim katibə:
– Yaz ki, tərəflər çıxışa hazır deyillər. Deyirsiniz ki, çıxışdan imtina edirsiz?
Afət Qazıyeva:
– Yox imtina etmirik. Hörmətli məhkəmə ötən 7 ay ərzində müəyyən olundu ki, İbrahimov Elnur Rauf oğlu Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədib və onun əməlinə düzgün istintaq orqanı hüquqi qiymət vermişdir. Onun aldatdığı şəxslərdən biri də Həbib Axundovdur. Hesab edirəm ki, İbrahimov Elnurun əməli Cinayət Məcəlləsinin 178.3.2 maddəsiin tərkibi vardır və bu məsələdə dövlət ittihamçısının mövqeyi ilə razıyıq.
Hakim:
– Dövlət ittihamçısının çıxışı ilə razısın yəni. 10 illə?
Afət Qazıyeva:
– Eyni zamanda bildirmək istəyirəm ki, Həbib Axundovun adı burada dəfələrlə başqa qismdə səsləndirildi. Digər zərərçəkən şəxs Fərman Məmmədov öz vəzifələrini yerinə yetirmədi. Daha doğrusu Cinayət Prosessual Məcəlləsinin maddələrində şəxsin həyatın toxunulmazlığına və qanunda nəzərdə tutulan digər hallar üzrə məlumatları yaymamaq zərərçəkənin və zərərçəkənin nümayəndəsinin vəzifəsidir. Əfsuslar olsun ki, Fərman Məmmədov və onun vəkilləri yerinə yetirməmişdir.
Həbib Axundov / Foto © Aytən Məmmədova
Elnur İbrahimova qarşı olan cinayət işi üzrə faktiki olaraq öz niyyətlərini zərərçəkən şəxs Həbib Axundova qarşı yönəltmişdilər, ona qarşı ifadələr, vəsatətlər vermişdilər. Burada niyyətləri bəllidir ki, Həbib Axundova belə yolla şər, böhtan ataraq, özü tərəfindən, onun özünün adamı şahid olan nazir, hansı ki, istintaqda ifadə verib, bəyan edib göstərib ki, həqiqətən onun verdiyi pullar Fərman Məmmədova məxsus olub. Onlar Elnura digər yollarla, hansı yollarla necə verdiyi qaytarılıb Fərman Məmmədova o barədə mən məhkəmə istintaqında araşdırılan sübutları bir daha səsləndirmək niyyətim yoxdur. Fərman Məmmədovun belə yol seçməsi ona yönəlib ki, o Həbib Axundovun adını bu işdə səsləndirməklə Elnur İbrahimova verilən pulu ondan tələb etsin. Və hətta bu işdə o, siyasi və ictimai xadim, xalq yazıçısı, MM-in deputatı olan onun anası Elmira Axundovanın…
Fərman Məmmədov:
– Anasının bura nə dəxli var ki, siz anasının adını çəkirsiz?
Afət Qazıyeva:
– Adı səsləndirlib.
Fərman Məmmədov:
– Möhtərəm hakim, anasının adının bura nə dəxli var?
Hakim:
– İşdə bu haqda məlumatlar var və burada səsləndirilə bilər.
Afət Qazıyeva:
– Hörmətli məhkəmə, siz özünüz…
Fərman Məmmədov:
– Elə anası dayanıb bu işlərin başında.
Afət Qazıyeva:
– KİV-də də, bütün qəzetlərdə də bu haqda yazıblar. Baxmayaraq ki, Elnur İbrahimov barəsində gedirdi KİV-də Həbib Axundovun zərəçəkmiş olduğu halda şəkli göstərilir və az qalırdı ki, onun təqsirləndirilən şəxs qismində göstərilirdi. Bunun arxasında dayanan Fərman Məmmədovdur.
Fərman Məmmədov:
– Mən heç kəsin arxasında dayanmıram.
Hakim:
– İttihamın mahiyyəti ilə bağlı danışın. Elmira adlı qadına ittiham verilməyib.
Afət Qzıyeva:
– Bununla bağlı mülki icraat fəzasında məsələlər öz həllini tapıb. Xətai rayon məhkəməsində, Yasamal məhkəməsində, Binəqədi məhkəməsində…
Fərman Məmmədov:
– İttihamla bağlı çıxış etsin də möhtərəm hakim. Elmira Axundova yazıçıdır, bilmirəm nədir, bunun məsələyə nə dəxli var? Savadı yoxdursa gedib öyrənsin!
Afət Qazıyeva:
– Mənim savadıma qiymət vermək səlahiyətiniz yoxdur.
Fərman Məmmədov:
– Qulaq asın, deyirəm ki, yoxdursa, gedib öyrənsin.
Afət Qazıyeva:
– Mənim savadıma qiymət vermək səlahiyətiniz yoxdur.
Fərman Məmmədov:
– Elmira Axundova sizi bura elçi göndərib ki, onu burada tərifləyəsiz?
Afət Qazıyeva:
– Fərman Məmmədov məhkəmə istintaqını pozub, onun barəsində tədbir görün. O kimdir ki, onu bir dəfə də olsun cərimələdiz. Qanun qarşısında hamı bərabər deyil?
Hakim:
– Sizə də, ona da xəbərdarlıq elan olunub.
Afət Qazıyeva:
– 3-4 ildir ki, ailə ondan özünü müdafiə edir. Hesab edirik ki, hazırki iş üzrə Elnur İbrahimov həqiqətən də 178.3.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, Həbib Axundov da zərərçəkmişdir.
Hakim:
– Fərman Məmmədov çıxış etmək istəyirsiz?
Fərman Məmmədov:
– Material çoxdur, birinci günə qədər vaxt verilsin.
Hakim:
– Sabir Ağayev, siz çıxış etmək istəyirsiz? Gəlin çıxış edin.
Sabir Ağayev:
– Hörmətli məhkəmə, şahidlərin dindirilməsi, sənədlərin elan olunması ilə bağlı narazılıqlarımız olub, var. Mövqeyimizdə qalırıq.
Hakim:
– Fərman müəllim, 1-ci gün, bazar ertəsi.
Fərman Məmmədov:
–1-ci gün.
Hakim:
– Protokola yazın. Zalda olan şəxslərin çıxış etməsi 22-si saat 16:30.
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Amerikalı kişi 3600 qartalı öldürdüyünü etiraf etdi
21 mart 2024 23:52
- Kişi mərc oyunlarından pul udubsa, onu arvadı ilə bölməlidir – Ali Məhkəmədən qərar
21 mart 2024 22:32
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Qayınatasını öldürən kürəkənə - 18 il 9 ay həbs verildi
23 fevral 2024 22:21
- Nəcməddin Sadıkov məhkəməyə çağırıldı
22 fevral 2024 15:52
- Əlisa Nicatdan sensasion sözlər - Bağırov Hüseyn Cavidi yanına çağırıb, deyib ki...
20 fevral 2024 11:34
- Nə cəza verirsiz verin, elə işlər var, mütləq həll olunmalıdır - Fazil Mustafaya qarşı terror törədəndən şok sözlər
19 fevral 2024 09:27
- Elm və Təhsil Nazirliyinin ərazisində qarğıdalı əkdi - Məhkəməlik oldu
17 fevral 2024 17:40
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06