SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.
Bu barədə “Report”un SOCAR-da son illərdə həyata keçirilmiş islahatlar (optimallaşdırma tədbirləri, təşkilati strukturun, idarəetmənin, istehsalatın optimallaşdırılması tədbirləri) barədə sorğusuna cavabda qeyd edilib.
“Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq neft-qaz şirkətinə çevrilməklə bağlı SOCAR-ın qarşısına qoyduğu vəzifəyə uyğun olaraq, SOCAR 2007-ci ildən etibarən bu istiqamətdə mühüm addımlar atıb, qabaqcıl təcrübəyə malik dünyanın aparıcı audit məsləhətçi şirkətləri ilə əməkdaşlıq etməyə başlayıb. Hazırda bir çox əsas hədəflərə nail olunub, SOCAR hazırda effektli transmilli şirkət kimi fəaliyyət göstərir, Azərbaycan üçün gəlirlərin böyük hissəsini beynəlxalq bazarlarda əldə edərək, ölkəmizin qlobal brendinə çevrilib. Bu məqsədə nail olmaq üçün aparılan islahatlar hələ 2008-ci ildə başlayıb. SOCAR-da ilk dəfə biznes resurslarının idarə edilməsi üzrə rəqəmsal SAP ERP sistemi və Hesabatlarının Beynəlxalq Standartlarının (BMHS) tətbiqinə başlanıb, korporativ idarəetmənin əsas elementləri tətbiq edilib və SOCAR-ın idarəetmə strukturu buna uyğun olaraq təkmilləşdirilib. Belə ki, SOCAR-ın idarəetmə strukturuna beynəlxalq neft-qaz şirkətlərinin təcrübəsinə uyğun olaraq müvafiq müstəqil, kolleqial idarəetmə qurumları (Risklərin idarə edilməsi komitəsi, Audit komitəsi, Satınalmalar komitəsi, Kadrların idarə edilməsi komitəsi, İnformasiya Təhlükəsizliyi və s.) yaradılıb”, - şirkətdən qeyd edilib.
Bildirilib ki, SOCAR-da davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.
Şirkətdən xatırladılıb ki, 2012-ci ildən başlayaraq tanınmış beynəlxalq “Ernst&Young” (EY) audit şirkəti ilə birgə SOCAR-ın əsas istehsalat müəssisələrində əməliyyatların səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində layihələrə başlanıb, SOCAR strukturuna daxil olan bir çox qurumlarda üç pilləli idarəetmə sistemindən iki pilləli idarəetmə sisteminə keçid tətbiq olunub və xərclərin azaldılması istiqamətində digər tədbirlər görülüb: “Bu layihələrin əsas məqsədi müəssisələrdə problemli biznes prosesləri müəyyən edərək, istehsalat, texnologiya, personal, təchizat, nəqliyyat, podrat işləri və s. istiqamətlər üzrə aparılan əməliyyatların səmərəsini artırmaq, xərclərin azaldılmasına nail olmaqdan ibarətdir. Nəticədə illik iqtisadi səmərənin artımı 128,7mln. manatdan çox olub, şirkət üzrə işçilərin fəaliyyəti 27% optimallaşdırılıb. 2016-cı ildən başlayaraq, istehsalatın vaxtında və fasiləsiz mal-material resurslarına olan tələbatını təmin etmək, dövriyyə kapitalından səmərəli istifadə etmək, anbar qalıqlarının optimal səviyyəsinn müəyyən etmək məqsədi ilə SOCAR EY şirkəti ilə birgə mal-material ehtiyatlarının normalaşdırılması layihəsinə başlayıb. 2015-ci ildən etibarən SOCAR-da “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiya layihəsi” icra olunur. Bu layihə çərçivəsində işçi sayının planlaşdırılması, işə qəbul və adoptasiya, təlim və inkişaf, karyera yüksəlişi, işçilərin motivasiyası və s. üzrə qabaqcıl beynəlxalq təcrübələr SAP ERP sisteminin vasitəsilə tətbiq edilir. 2018-ci ildən etibarən beynəlxalq neft və qaz şirkətləri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, həmin şirkətlər tərəfindən ortaq razılaşdırılan istehsalat standartlarına uyğunlaşmaq və həmin standartların yaradılmasında iştirak etmək məqsədi ilə SOCAR Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasına (IOGP) üzv olub, həmin beynəlxalq qurumda aktiv fəaliyyətə başlayıb. SOCAR-ın daha da effektli qlobal şirkətə çevrilməsi istiqamətində həyata keçirilən islahatlar tanınmış reytinq şirkətləri tərəfindən mütəmadi olaraq yoxlanılır. Nəticədə, “Ernst&Young” şirkəti 2018-ci ildə SOCAR-ın korporativ idarəetmə sistemini “güclü şirkət” kimi qiymətləndirib”.
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06