Heydər Əliyevin adını daşıyan mərkəz satışa çıxarıldı
Müsahibə6 mart 2019 15:03
Türkiyədəki "Heydər Əliyev adına Mədəniyyət Mərkəzi” yaranmış borca görə satışa çıxarılıb.
Bu barədə Demokrat.az-a sözügedən mərkəzin rəhbəri olan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal dündar məlumat verib.
O bildirib ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri dəyişəndən sonra "Heydər Əliyev adına Mədəniyyət Mərkəzi”nin vergi borcları yaranıb.
Onun sözlərinə görə, yaranmış vergi borcları ilə bağlı dəfələrlə Azərbaycan hökumətinin rəsmilərinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova məlumat verilib.
"Çox təəssüf ki, yeni Komitə sədri olan Fuad Muradov Ulu öndər Heydər Əliyevin adını daşıyan bu Mərkəzin saxlanılması üçün bizə dəstək olmadı. Əksinə, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bizə bildirdi ki, bizim adımız olmadan gedin o Mərkəzi bağlayın. Bu sözlərdən sonra bir anlı özümdə düşündüm ki, bu adamlar zərrə qədərmi Heydər Əliyev şəxsiyyətinə dəyər vermirlər? Necə yani gedin bağlayın? Mən Valeh Hacıyevdən tələb etdim ki, Ulu öndər Heydər Əliyevin adını daşıyan bu mərkəzi bağlamağımız üçün bizə yazılı formada icazə sənədi verin. Ancaq o bundan dərhal qaçdı və bildirdi ki, bunu edə bilməz. Mən bu barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin köməkçisi hörmətli Əli müəllim Həsənova da məlumat vermişəm. Çox təəssüf ki, indiyədək yaranan borc məsələsi həllini tapmadığı üçün mən də məcbur olub şəxsi avtomobilimi satıb borcun bir hissəsini ödədim. Ancaq "Heydər Əliyev adına Mədəniyyət Mərkəzi"nin adına gələn xeyli miqdarda borc hələ də qalır. Artıq Azərbaycan tərəfi mənə başqa çıxış yolu buraxmadığı üçün "Heydər Əliyev adına Mədəniyyət Mərkəzi” bağlamaq qərarına gəldik".
Bilal Dündar Ulu öndər Heydər Əliyevin adını daşıyan bu mərkəzin saxlanılması üçün Azərbaycan Prezidenti İlham Əliyevə də müraciət edib:
"Cənab Prezident, "Heydər Əliyev adına Mədəniyyət Mərkəzi” ilk növbədə sizin rəhmətlik atanızın adını daşıyır. Fəaliyyətimiz boyu daim sizin yürütdütyünüz uğurlu siyasəti daim dəstəkləmişik, Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun qorunması üçün əlimizdən gələni etmişik və bundan sonra da belə davam edəcəyik. Sədrlik etdiyim Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası da Azərbaycan diasporunun formalaşmasında müstəsna xidmətlər göstərib və bunu zaman-zaman sizin yüksək vəzifələrə təyin etdiyiniz şəxslər də söyləyib.
Eyni zamanda, biz Türkiyədə "Azərbaycanın səsi” adlı jurnal təsis etmişik. İzmit şəhərində Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad olunması məqsədilə möhtəşəm abidə kompleksi yaradılmasına nail olmuşuq.
Həmçinin, Sizin dəstəyiniz və xeyr-duanızla Kocaeli şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan "Heydər Əliyev adında Mədəniyyət Mərkəzi” açmışıq. Vaxtilə bu mərkəzin açılışına Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olmuş Nazim İbrahimov, Azərbaycan dövlətinin digər yüksək vəzifəli şəxsləri qatılıblar.
Möhtərəm cənab Prezident, təəəssüflər olsun ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbərliyinin vəzifəsindən sui-istifadə etməsi nəticəsində mərhum Prezidentimiz Heydər Əliyevin adını daşıyan "Heydər Əliyev adına Mədəniyyət Mərkəzi” külli miqdarda (təxminən yüz min manat) ziyana düşüb. Bu problemin həllinə kömək məqsədilə bir neçə dəfə Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovla, yeni sədr Fuad Muradovla, onun birinci müavini Valeh Hacıyevlə, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanovla görüşüb onlara vəziyyəti izah etmişəm. Hətta, bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimi-siyasi məsələlər şöbəsini və Milli Məclis rəhbərliyini də məlumatlandırmışam.
Təssüfflər olsun ki, mənə verilən vədlər indiyədək vəd olaraq qalıb. Türkiyə qanunlarına görə Kocaelidə fəaliyyət göstərən həmin Mərkəz tərəfindən vergiyə borc yaranıb və 5 aydan çoxdur ki, "Heydər Əliyev adında Mədəniyyət Mərkəzi” satışa çıxarılıb. Bu zərbə təkcə mənə deyil, eyni zamanda müasir Azərbaycanın qurucularından biri olan, Azərbaycan disporunu min bir əziyyətlə formalaşdıran Ulu öndər Heydər Əliyev və onun qurduğu müstəqil dövlətə dəyəcək.
Cənab Prezident, son ümid yeri kimi Sizə üzümü tutub xahiş edirəm: Ulu öndər Heydər Əliyevin adını daşıyan "Heydər Əliyev adına Mədəniyyət Mərkəzi”nin bağlanmasına imkan verməyin. Çünki bu mərkəz Azərbaycan dövlətinə və xalqına xidmət edir".
Oxşar xəbərlər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Kirkorov Bakıda - Video
24 mart 2024 06:42
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya