İcra başçısı ondan şikayət edən gənci həbs etdirib
Cəmiyyət19 may 2019 14:16
Bu ilin aprel ayının 22-də "Youtube” sosial şəbəkəsi vasitəsilə prezident İlham Əliyevə müraciət edən gənc həbs olunub.
Bu barədə onun həyat yoldaşı məlumat verib. 4 aylıq hamilə olan Rəna Axundovanın prezidentə müraciətini olduğu kimi təqdim edirik:
"Hörmətli Prezident!
Mən Saatlı rayon sakini, Axundova Rəna Rafiq qızı yazıb Sizə bildirmək istəyirəm ki, həyat yoldaşım Axundov Vüsal Əlibala oğu ilə 2016-cı il, may ayının 22- də ailə qurmuşuq. Həyat yoldaşım Axundov Vüsal Əlibala oğlu hər iki valideyinini itirib. Mən özüm Saatli rayon, Qırağlı kəndi, V.Ezimov adına orta məktəbdə müəllimə işləyirəm. Bir övladımız var. Sosial durumumuz olduqca çətindir. Bununla bağlı yoldaşım dəfələrlə iş üçün Saatlı rayon İcra Hakmiyyətinə, Saatlı rayon Məşğulluq İdarəsinə müraciət etsə də bizə heç bir köməklik olmayıb. Həyat yoldaşım rayon rəhbərliyinə dəfələrlə müraciət edəndən sonra, internet üzərindən Sizə video müraciət ünvanladı.
Bundan sonra rayon rəhbərliyi yoldaşımı rayon icra hakimiyyətinə çağırıb Sizə müraciət etdiyinə görə hədə-qorxu gəldi. İcra hakimiyyətindən bildiriblər ki, rayonda işi versək biz verəcəyik, ölkə başçısına müraciət etməyinin xeyri yoxdur. Bu hadisədən sonra may ayının 3-də Saatlı rayon icra başçısının köməkçisi Zaur, yoldaşımı yanına çağıtdırıb ona "Kapital” banka məxsus kart verib ki, bu kartdan hər ay 173 manat çıxart və ehtiyaclarını ödə. Həyat yoldaşım rayon icra başçısının koməkçisi Zaur bəyə bildirib ki, bu pulla mən ailəmin, bir azyaşlı övladımın maddi çətinliklərini ödəyə bilmirəm. Xahiş edirəm mənə işləmək üçün bir iş verin. Bu barədə çoxsaylı müraciətlər olunsa da heç bir işlə təmin olunmadı.
May ayının 15- da tezdən işə gedəndə azyaşlı övladımı da həyat yoldaşımla bağçaya yola salmışam. Günorta dərsdən evə gələndə məlum olub ki, həyat yoldaşım dostu Qarabağ müharibə Qarabağ qazisi Səbuhi ilə Səbuhinin hər hansı bir işi üçün rayon icra hakimiyyətinə gedib. Orada həyat yoldaşıma polis hücum edib, döyüb və onu qanunsuz olaraq 10 günlük həbs ediblər. Bu barədə heç bir məlumat verilmir. Rayon polis şöbəsindən bildiriblər ki, Axundov Vüsal polisə əl atdığına görə onu həbs ediblər.
Cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, bu ağ yalandır. Həyat yoldaşım o fiziki gücə malik deyil ki, on nəfər polis əməkdaşı olan zaman Axundov Vüsal polis əməkdaşına əl qaldırsın. Bu hadisə Rayon İcra Başçısının göstərişi ilə baş verib. Yazıb Sizə bildirmək istəyirəm ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov rayon sakinlərinə qarşı çox sərt, kobud rəftar edir. Mətbuatda yayılan xəbərlərdən də aydındır ki, Siraqəddin Cabbarov dəfələrlə qəbula gedən rayon sakinlərini alçaldıb, təhqir edib.
Bu yaxınlarda Saatlı rayon sakini Şamil Hacıbəylinin qızının toyunun keçirilməsinə icazə verməyib. Cənab Prezident, Sizin ölkədə bir çox sahədə islahatlar həyata keçirdiyiniz, dəfələrlə rayonlara səfərlər etdiyiniz, insanlarla görüşləriniz, Şamaxıda baş verən zəlzələ zamanı da rayona səfərlər etməyiniz, evləri dağılmış insanlarla görüşməyiniz, şəhid ailələrini qəbul etməyiniz, siyasi məhbusların azadlığa çıxması ilə bağlı əfv sərəncamı imzalamağınız xalqımız tərəfindən böyük sevgiylə qarşılanıb. Çox təəssüflər olsun ki, Sizin apardığınız islahatlar fonunda rayon icra başçıları özlərini yenə də padşah kimi apararaq, islahatlara ləkə salmaqla məşğuldurlar. Cənab Prezident, bu müraciətdən sonra mən həyat yoldaşım Axundov Vüsal Əlibala oğlu kimi həbs olunacağımdan və yaxud işimdən azad olunacağımı nəzərə alıb Sizdən təhlükəsizliyim və həyat yoldaşımın qanunsuz olaraq azad olunması üçün köməyinizi istəyirəm. Çox xahiş edirəm mənə kömək edin. Bir azyaşlı körpə övladımı, və dörd aylıq hamilə olduğum üçün çox pis vəziyyətdə qalmışıq”.
Oxşar xəbərlər
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya