Mirbaba indi də Xəzər rayonunda internet böhranı yaradır – Nazirin xəbəri varmı?
Azərbaycanda internetin hələ də ciddi problem olaraq qalması sözün əsl mənasında gülüş yaradır. Qəribəsi odur ki, bu sahəyə nə qədər maliyyə vəsaiti ayrılsa da, problem kökündən həll olunmur ki, olunmur. Dünya internet sürətli adam yaradır, biz isə hələ də 1 mb sürət internet ala bilmirik.
Amma burada bir maraqlı məqama diqqət çəkmək lazımdır. Necə olur ki, özəl şirkətlərin internet yayımında problemlər yaranmır və ya yarandığı təqdirdə dərhal həll olunur, dövlət balansında olan, “Aztelecom”, “Azeronline”, “Bakinternet” həmişə problemlə üzləşir və təssüflər olsun ki, bu problemlər illərdir həll olunmadan qalır.
Daha bir maraqlı nüans isə özəl şirkətlərin internetdən istifadə edən müştəriyə olan sayğı və münasibətdir. Bu gün bütün özəl internet yayımçı şirkətlər günün 24 saatı vətəndaşın xidmətindədir, yaranmış problemlər bağlı etdiyin zənglərə cavab verilir, problemlər aradan qaldırılır. Bəs, “Aztelecom”, “Azeronline”, “Bakinternet”-də yaranan problemlər necə həll olunur, ümimiyyətlə olunurmu?
Məsələn, Xəzər rayonunda təxminən 1 ildir ki, internet böhranı yaşanır. Nə internet var, nə də bu problemı həll edəcək bir şəxs. Hər ay internet pulunu ödədiyin şəkildə, bir gün internetdən rahat və əsəbsiz istifadə etmək sözün həqiqi mənasında mümkün deyil. Ən biabırçısı isə odur ki, sənin telefonlarına cavab verən şəxslər səni təhqir edib dəstəyi asır.
Təhqir etmək sadəcə kiminsə atasını üzünə söymək deyil. Təhqir etmək pulunu ödədiyin təqdirdə internetin olmasın və sadəcə uzunqulaq hesab edilib, gözün görə-görə hansısa savadsız və məntiqsiz biri tərəfindən aldadılmağındır.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin yeni qaydalarına görə, internetin ödənişi 1 dəqiqə gecikirsə avtomatik olaraq internet bağlanır. Yəni dövlət vətəndaşa artıq bir dəqiqə pulsuz internet vermək istəmir. Düz edir, bunu dəstəkləyirəm.
O zaman nazirliyin tabeçiliyində olan internet yayımçısı olan qurumlar vətəndaşla bağladığı müqaviləyə hörmət etsin, insanların cibinə girməsin, normal müqaviləyə uygun olaraq fasiləsiz internetlə təmin etsin. Bunu etmək başda nazir olmaqla diğər şəxslərin vəzifə borcudur. Ödəniş varsa, internet də verilməlidir. Əgər olunmusra deməli, bu vətəndaşın cibinə girmək və haqqlarının kobud şəkildə pozulmasıdır.
Ən qəribəsi odur ki, ATS işçiləri ilə əlaqə saxlamaq mümkün deyil. 6-çi gün saat 14:00-a kimi işləməli olduqları halda ATS-də kimsə tapılmır. Nə Mirababa var, nə də işçiləri. Onlar üçün vətəndaşın internetinin olub-olmadığı maraqlı deyilsə, hörmətli nazir Ramin Quluzadə zəhmət çəkib Xəzər rayonunun Qovşaq müdirini dəyişsin və bu işi görə biləcək adam təyin olunsun.
2019-cu ildə insanların Mirbaba Babayevi və onun işçilərini axtarası deyil. Biz dünyaya inteqrasiya edirik, yoldaş Quluzadə. Mirbabalarla vuruşmaqdansa, vaxtımızı daha səmərəli işlərə sərf edək. Odur ki, zəhmət çəkib, Xəzər rayonundakı internet problemini həll edin.
Yəqin ki, gənc və perespektivli nazir kimi cəmiyyətə təqdim olunan, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu problemlərin kökündən həll edilməsinə çalışacaq. Mən sadəcə buna inanmaq istəyirəm.
Məlumat üçün bildirək ki, Xəzər Telefon Qovsağının rəisi, adı “MTN işi” qalmaqalında keçən Mirbaba Babayevdir. Hamı onu keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun kadrı kimi tanıyır. Akademik vəzifədən uzaqlaşdırlanda Mirbaba Babayev Yasamal Telefon Qovşağının rəisi işləyirdi.
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov həbs olunanda onun adı ilə ən çox çəkilən adamlardan idi.
Hətta bildirilirdi ki, Beytulla Hüseynovla şərikli biznesi var və sairə. Amma nədənsə həbsdən qurtula bildi və hətta diğərlərindən fərqli olaraq vəzifədə qaldı. İndi isə yəqin ki, özünü Ramin Quluzadənin adamı kimi hesab edir. Hər halda belədir. Yoxsa indi həbsdə olardı….
Ədil Hüseynli
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15